|
20-21 noyabr 2007: VTS-TEST sisteminin Beta versiyası ADPU-nun Tarix
fakultəsində sınaqdan keçirilmişdir
20-21 noyabr 2007: VTS-TEST sisteminin Beta versiyası ADPU-nun Tarix
fakultəsində sınaqdan keçirilmişdir
VTS-TEST sisteminin bu versiyası qarşısında qoyulmuş tələblər
ödənmişdir...
Xəbər verdiyimiz kimi VTS-TEST sisteminin Beta versiyası (1.1.6)
noyabr ayının 20-21 tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Tarix fakultəsində müvəffəqiyyətlə sınaqdan keçirilmişdir.
 VTS-TEST sisteminin yaradıcıları | İlk sınaq Ekspremental tətbiq xarakteri daşımaqla yanaşı, qarşıdakı aylarda ADPU-da VTS-TEST sistemi vasitəsilə keçiriləcək imtahanlara hazırlıq kimi tələbələrin treninqi üçün aparılmışdır. 2 gün ərzində (cəmi 8 saat) fakultənin 450 tələbəsi (Azərbaycan və rus bölmələri) sistemin sınaqdan çıxarılmasında yaxından iştirak etmişlər. Ekspremental tətbiq üçün nəzərdə tutulmuş 3 fənnli, 10 suallı, 90 variantlı test tapşırıqlarının yerinə yetirilməsi gözlənilən nəticələri doğrultmuşdur. Beləki, bu sınaq zamanı: - Web server (Apache) eyni zamanda 50 kliyent kompüterə xidmətin öhdəsindən gəlmişdir. Hətta qabaqcadan hazırlanmış ekstrimal müraciətləri (eyni vaxt kantiniumunda və eyni resursa müraciət vaxtı) Web server tərəfindən gecikmədən icra olunmuşdur;
- Funksionallıq nöqteyi nəzərdən, yaradılmış alt-rejimlər, o cümlədən,
- qeydiyyata alınma və klientlərin tanınması alt-sistemi;
- şəxsi kartların yaradılması və müşayət olunması alt-sistemi;
- tələbələrin cavablarının real cavablarla müqayisəsi və qabaqcadan müəyyən olunmuş qaydada qiymətləndirilməsi alt-sistemi
və digər zəruri sistemlər normal işləmiş, heç bir gözlənilməz nəticə alınmamışdır. VTS-TEST sisteminin Beta versiyasının sınağında yaxından iştirak etmiş ADPU-nun Tarix fakultəsinin rəhbərliyinə və tələbələrinə öz təşəkkürümüzü bildiririk. Sistemin zəruri alt-sistemləri tamamlanıb. İndi müxtəlif servis alt-sistemlərin proqramlaşdırılması mərhələsi başlayıb. Bu sistemlər əsasən analiz/sintez məsələlərini əhatə edəcək və ali məktəbin rəhbərliyinə yeni təhsil texnologiyaları əsasında təhsil problemlərini həll etməyə yardım edəcəkdir. Yaxın günlərdə VTS-TEST sistemi, http://vedu.tusi.biz saytına yerləşdiriləcək. Onuda qeyd etmək istəyirik ki, bu sayt yeni təhsil texnologiyalarına və o cümlədən "Virtual Təhsil Sistemləri"nə həsr olunmuş İnternet resurs olub, tezliklə Azərbaycan istifadəçilərinin ixtiyarına veriləcək. Sistemə əlavə olunacaq alt-sistemlər haqqında sizi məlumatlandıracağıq. |  | | VTS-TEST sisteminin ilk sınağı | |  | |