Soft bir addım irəlidə...  

VTS-TEST sistemi 6 dekabr 2007-ci il tarixindən  başlayaraq,  Azərbaycan Dövlət Pedaqoji Universitetində istismar olunmağa başlanmışdır. ADPU-nun 10 fakultəsinin, 4500 yaxın tələbəsi bu sistem vasitəsilə kollekvium və imtahan vermişlər...
 

 

Məhsullarımız

TSW - unversal, çoxmodullu Web sistem

VTS-TEST - biliklərin yoxlanılması və qiymətləndirilməsi sistemi

AzMum - Web və Poliqrafiya dizaynerləri üçün zəruri olan sistem

TusiProfi - Gənclərəmizə peşə seçimində yardım edəcək ekspert sistem

TsFPF - VBA-da yazılmış, FrontPage fayllarını "abıra" salan PLUG-INS

digər məhsullarımız

Sayğaclar

 
 
 

 

20-21 noyabr 2007: VTS-TEST sisteminin Beta versiyası ADPU-nun Tarix fakultəsində sınaqdan keçirilmişdir
20-21 noyabr 2007: VTS-TEST sisteminin Beta versiyası ADPU-nun Tarix fakultəsində sınaqdan keçirilmişdir
VTS-TEST sisteminin bu versiyası qarşısında qoyulmuş tələblər ödənmişdir...
Xəbər verdiyimiz kimi VTS-TEST sisteminin Beta versiyası (1.1.6) noyabr ayının 20-21 tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakultəsində müvəffəqiyyətlə sınaqdan keçirilmişdir.

VTS-TEST sisteminin yaradıcıları

İlk sınaq Ekspremental tətbiq xarakteri daşımaqla yanaşı, qarşıdakı aylarda ADPU-da VTS-TEST sistemi vasitəsilə keçiriləcək imtahanlara hazırlıq kimi tələbələrin treninqi üçün aparılmışdır. 2 gün ərzində (cəmi 8 saat) fakultənin 450 tələbəsi (Azərbaycan və rus bölmələri) sistemin sınaqdan çıxarılmasında yaxından iştirak etmişlər. Ekspremental tətbiq üçün nəzərdə tutulmuş 3 fənnli, 10 suallı, 90 variantlı test tapşırıqlarının yerinə yetirilməsi gözlənilən nəticələri doğrultmuşdur. Beləki, bu sınaq zamanı:
  1. Web server (Apache)  eyni zamanda 50 kliyent kompüterə xidmətin öhdəsindən gəlmişdir. Hətta qabaqcadan hazırlanmış ekstrimal müraciətləri (eyni vaxt kantiniumunda və eyni resursa müraciət vaxtı) Web server tərəfindən gecikmədən icra olunmuşdur;
  2. Funksionallıq nöqteyi nəzərdən, yaradılmış alt-rejimlər, o cümlədən,
    • qeydiyyata alınma və klientlərin tanınması alt-sistemi;
    • şəxsi kartların yaradılması və müşayət olunması alt-sistemi;
    • tələbələrin cavablarının real cavablarla müqayisəsi və qabaqcadan müəyyən olunmuş qaydada qiymətləndirilməsi alt-sistemi

və digər zəruri sistemlər normal işləmiş, heç bir gözlənilməz nəticə alınmamışdır. VTS-TEST sisteminin Beta versiyasının sınağında yaxından iştirak etmiş ADPU-nun Tarix fakultəsinin rəhbərliyinə və tələbələrinə öz təşəkkürümüzü bildiririk.

Sistemin zəruri alt-sistemləri tamamlanıb. İndi müxtəlif servis alt-sistemlərin proqramlaşdırılması mərhələsi başlayıb. Bu sistemlər əsasən analiz/sintez məsələlərini əhatə edəcək və ali məktəbin rəhbərliyinə yeni təhsil texnologiyaları əsasında təhsil problemlərini həll etməyə yardım edəcəkdir.

Yaxın günlərdə VTS-TEST sistemi, http://vedu.tusi.biz saytına yerləşdiriləcək. Onuda qeyd etmək istəyirik ki, bu sayt yeni təhsil texnologiyalarına və o cümlədən "Virtual Təhsil Sistemləri"nə həsr olunmuş İnternet resurs olub,  tezliklə Azərbaycan istifadəçilərinin ixtiyarına veriləcək.

Sistemə əlavə olunacaq alt-sistemlər haqqında sizi məlumatlandıracağıq.

VTS-TEST sisteminin ilk sınağı

 

1 ... 8 9 10 ... 14 A

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.835859