|
VTS-TEST sisteminin Beta versiyası yaxın günlərdə
sınaqdan çıxarılacaq
virtual təhsil sisteminin bir hissəsi olan VTS-TEST sisteminin Beta
versiyası Azərbaycan Dövlət Pedaqoji Universitetində tətbiq olunacaq...
VTS-TEST sistemi əsasən 3 kompleks sistemin məcmui olub, təhsil
sisteminin istənilən pilləsinə tətbiq oluna bilər. Bu sistem TSW3.1.1-in
bazasında hazırlanıb. Sistem lokal şəbəkədə(intranetdə) və İnterentdə
istismar üçün nəzərdə tutulub. Bundan başqa sistemdə çox dilli interfeyslər
yaratmaq mümkündür...
1. Fərdi kompüterlərin geniş yayılmaması; 2. Təhsil sistemində mövcud olan obyektiv problemlər; 3. Kompüter təhsilinin aşağı səviyyədə olması; 4. Rabitə imkanlarının aşağı imkanları və İnternetin səviyyəsinin aşağı olması; və s. TusiSoft şirkəti ADPU-nun sifarişi əsasında qısa müddətə unversal, çoxmodullu, miqyaslanan VTS-TEST sistemini hazırlamış, yaxın günlərdə bu sistemin Beta versiyasının sınağı keçiriləcək. Bu sistemin əsas üstün cəhətləri aşağıdakılardır:
2. Tələblərə uyğun formatlaşdırılmış test mətnlərinin və qrafikin ilkin test bazasına yerləşdirilməsi və göstərilən miqdarda və müəyyən parametrlər nəzərə alınmaqla testin müxtəlif variantlarının alınması - sual və cavabların yerini dəyişməklə. (Ts_MainServer sistemi vasitəsilə - VBA-da hazırlanıb) 3. İlkin test bazasından istifadə edən VTS-TEST sistemi tələbə/şagirdlər üçün testlər seçir, cavabları qiymətləndirir. Bu zaman hər bir tələbənin şəxsi işi - qiymətləndirlmə kartı yaradılır. Tələbənin bütün təhsil müddətində əldə etdiyi nəticələr bu karta yazılır. Bu isə öz növbəsində zəruri analizlərin aparacaq alt-sistemlərin yaradılmasına ideal şərait yaradır. Bu sistemin istifadəçiləri arasında ekspertlər, təhsil müəssisəsinin rəhbərliyi və digər qruplar vardır. VTS-TEST sistemi hər qrupun tələblərini yenrinə yetirmək üçün nəzərdə tutulub. (VTS-TEST sistemi, Apache/HTML/PHP/JS -də hazırlanıb və TSW3.1.1 unversal VEB sisteminin bazasında fəaliyyət göstərir.) Bu məhsulun kommersiya variantı yaxın zamanlarda hazırlanacaq. Bu haqda əlavə məlumat verəcəyik. |