Soft bir addım irəlidə...  

VTS-TEST sistemi 6 dekabr 2007-ci il tarixindən  başlayaraq,  Azərbaycan Dövlət Pedaqoji Universitetində istismar olunmağa başlanmışdır. ADPU-nun 10 fakultəsinin, 4500 yaxın tələbəsi bu sistem vasitəsilə kollekvium və imtahan vermişlər...
 

 

Məhsullarımız

TSW - unversal, çoxmodullu Web sistem

VTS-TEST - biliklərin yoxlanılması və qiymətləndirilməsi sistemi

AzMum - Web və Poliqrafiya dizaynerləri üçün zəruri olan sistem

TusiProfi - Gənclərəmizə peşə seçimində yardım edəcək ekspert sistem

TsFPF - VBA-da yazılmış, FrontPage fayllarını "abıra" salan PLUG-INS

digər məhsullarımız

Sayğaclar

 
 
 

 

VTS-TEST sisteminin Beta versiyası yaxın günlərdə sınaqdan çıxarılacaq
VTS-TEST sisteminin Beta versiyası yaxın günlərdə sınaqdan çıxarılacaq
virtual təhsil sisteminin bir hissəsi olan VTS-TEST sisteminin Beta versiyası Azərbaycan Dövlət Pedaqoji Universitetində tətbiq olunacaq...
 
VTS-TEST sistemi əsasən 3 kompleks sistemin məcmui olub, təhsil sisteminin istənilən pilləsinə tətbiq oluna bilər. Bu sistem TSW3.1.1-in bazasında hazırlanıb. Sistem lokal şəbəkədə(intranetdə) və İnterentdə istismar üçün nəzərdə tutulub. Bundan başqa sistemdə çox dilli interfeyslər yaratmaq mümkündür...

Müasir təhsil problemlərindən biri effektiv test-imtahanların təşkilidir. 1997-ci ildən TusiSoft şirkəti təhsil problemlərilə məşğul olmuş, bu işin nəticəsinə DOS əməliyyat sistemində işləyən, TEST sistemini yaratmışdır. Bu sistem "Şirvan" hazırlıq kurslarında 1 ilə yaxın istismar olunmuşdur. Amma, bir neçə problem bu layihənin gələcək inkişafının qarşısını aldı. Bunların əsasən:

1. Fərdi kompüterlərin geniş yayılmaması;

2. Təhsil sistemində mövcud olan obyektiv problemlər;

3. Kompüter təhsilinin aşağı səviyyədə olması;

4. Rabitə imkanlarının aşağı imkanları və İnternetin səviyyəsinin aşağı olması;

və s. TusiSoft şirkəti ADPU-nun sifarişi əsasında qısa müddətə unversal, çoxmodullu, miqyaslanan VTS-TEST sistemini hazırlamış, yaxın günlərdə bu sistemin Beta versiyasının sınağı keçiriləcək. Bu sistemin əsas üstün cəhətləri aşağıdakılardır:

1. MsWord formatında olan test mətn fayllarının VTS-TEST sisteminin tələbləri əsasında formatlaşdırır: ASCİİ koddan UNİCODE-yə çevirmək, test mətninin və qrafik obyektlərin formatlaşdırılması mərhələsi (AzMum və Ts_MainClient sistemləri vasitəsilə - VB və VBA-da hazırlanıb)

2. Tələblərə uyğun formatlaşdırılmış test mətnlərinin və qrafikin ilkin test bazasına yerləşdirilməsi və göstərilən miqdarda və müəyyən parametrlər nəzərə alınmaqla testin müxtəlif variantlarının alınması - sual və cavabların yerini dəyişməklə. (Ts_MainServer sistemi vasitəsilə - VBA-da hazırlanıb)

3. İlkin test bazasından istifadə edən VTS-TEST sistemi tələbə/şagirdlər üçün testlər seçir, cavabları qiymətləndirir. Bu zaman hər bir tələbənin şəxsi işi - qiymətləndirlmə kartı yaradılır. Tələbənin bütün təhsil müddətində əldə etdiyi nəticələr bu karta yazılır. Bu isə öz növbəsində zəruri analizlərin aparacaq alt-sistemlərin yaradılmasına ideal şərait yaradır. Bu sistemin istifadəçiləri arasında ekspertlər, təhsil müəssisəsinin rəhbərliyi və digər qruplar vardır. VTS-TEST sistemi hər qrupun tələblərini yenrinə yetirmək üçün nəzərdə tutulub. (VTS-TEST sistemi, Apache/HTML/PHP/JS -də hazırlanıb və TSW3.1.1 unversal VEB sisteminin bazasında fəaliyyət göstərir.)

Bu məhsulun kommersiya variantı yaxın zamanlarda hazırlanacaq. Bu haqda əlavə məlumat verəcəyik.

 

1 ... 6 7 8 ... 14 A

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.859829