Sənədin İnternet ünvanı: http://www.soft.tusi.biz/ts_general/azl/news/tsn-4.htm   
TSW sisteminin KERNEL moduluna yeni funksiya - Ts_ViewPicRand_D əlavə olunub
TSW sisteminin KERNEL moduluna yeni funksiya - Ts_ViewPicRand_D əlavə olunub
bu funksiya dinamik baner məsələsini həll etmək üçün nəzərdə tutulub...
TSW sistemində mövcud olan Ts_ViewPicRand funksiyası, göstərilmiş qrafik fayllar siyahisi əsasında, təsadüfü qaydada baner/şəkilləri Web baxıcıya(brovserə) çıxarırdı. Banerlər hər yeni yükləmədə dəyişirdi.

Bu funsiyaya JS skripti əlavə edərək yeni Ts_ViewPicRand_D - dinamik baner sistemi yaradılıb. İndi verilmiş fayl-massiv vasitəsilə baner/şəkillər dinamik və səhifə təzədən yüklənmədən görsənir. Funksiya parametrləri vasitəsilə çıxarılacaq banerlərin ölçüləri, yüklənmə müddətləri(sükuta görə 3 san), çərçivə və s. müəyyənləşdirilir. Bu Web səhifənin sağ yuxarı küncündə "Milli Layihələr" baner seksiyası bu funksiya vasitəsilə realizə olunub.