|
TSW3.1.1 sistemində edilmiş dəyişikliklər
TSW3.1.1 sistemində edilmiş dəyişikliklər
TSW sisteminin növbəti versiyası hazırdır
 TSW
sistemində prinsipial dəyişikliklər edilib. MicroSoft ofis proqramlarından
inport olunmuş mətnlərin və qrafik obyektlərin formatlaşdırılması tamamilə bu
versiyada tam realizə olunub...
TSW 3.0.1 versiyasında sistemin əsas modulu olan INDEXER bütünlükdə saytın formatlaşdırılması, o cümlədən, faylların formatlaşdırılması, böyük ölçülü şəkillərin qabaqcadan müəyyən olunmuş ölçülərə gətirilməsi, bütün şəkillərin SMALL variantlarının yaradılması, ofis proqramlarından import olunmuş mətnlərdən "lazımsız" teqlərin yığışdırılması, FTP protokolu vasitəsilə yeni və ya korrektə olunmuş faylların serverə yüklənməsi və bir çox digər məsələlər həll olunmuşdu. Amma şəkillərin ofis sistemlərdən importu zamanı gözlənilməz və arzuolunmaz variantlar ortaya çıxdı. MicroSoft ofis proqramlarının daxili şəkil redaktorları vasitəsilə çəkilmiş və ya yaradılmış GİF tipli fayllar profesional qrafik paketlər (PhotoShop, Corel PhotoPaint) tərəfindən yaradılmış GİF fayllardan fərqlənirdi!!! Beləki, PHP-də yazılmış Ts_ImgResize funksiyası MicroSoft ofisdən import olunmuş GİF faylları formatlaşdırarkən korlayırdı. Bundan başqa bütün şəkillərin SMALL varianta ehtiyacı yoxdur. Bu ehtiyac yalnız İNDEKS fayllara aiddir. TSW3.1.1 -də SMALL fayllar yalnız zərurət olanda yaradılır. Bununla saytda əlavə faylların sayı xeyli azalmış olur. TSW3.1.1-də digər bir dəyişiklik faylların yaranma/korreksiya tarixlərinin daha əlverişli üsulla göstərilmə imkanları verir. İndeks faylların seksiyalarında məsələdən asılı olaraq bu tarixlərin çıxış formatını dəyişmək olar. |