|
ADPU və AZMİU-da 2009/2010 tədris ilinin yay sessiya imtahanları və növbəti tədris ilində planlaşdırılan işlər
ADPU və AZMİU-da 2009/2010 tədris ilinin yay sessiya imtahanları və növbəti tədris ilində planlaşdırılan işlər
imtahanlar VTS-TEST sisteminin 1.3.76 (Stable) relizi vasitəsilə keçirilmişdir
 Azərbaycan Dövlət Pedaqoji Universitetində(ADPU) və Azərbaycan Memarlıq və İnşaat Universitetində(AZMİU) yay sessiya imtahanları VTS-TEST sisteminin tətbiqilə həyata keçirilib. ADPU-nun 4500 və AZMİU-nun 3500 tələbəsi aralıq, əsas və dövlət imtahanlaını bu sistem vasitəsilə vermişlər. İmtahanlar şəffaf və obyektiv şəraitdə keçirilmişdir.
Statistik göstəricilər: 2009/2010 tədris ilinin yay sessiyasının imtahanları üzrə bəzi statistik göstəricilər aağıdakı kimidir: ADPU - Fakultələrin sayı: 10
- İxtisasların sayı: 35
- Tələbələrin sayı: əyani şöbə üzrə 4500
- Təhsil pillələri: 1,2,3,4 kurslar
- İmtahanlar: aralıq, əsas, dövlət
- Kompüterlərin sayı: 170
AZMİU - Fakultələrin sayı: 7
- İxtisasların sayı: 40
- Tələbələrin sayı: əyani şöbə üzrə 3500
- Təhsil pillələri: 1,2,3,4 kurslar
- İmtahanlar: əsas
- Kompüterlərin sayı: 150
Növbəti tədris ilində - ADPU-da qiyabi və maqistratura şöbələrinə VTS-TEST sisteminin tətbiqi nəzərdə tutulur.
- ADPU-da testlərin keyfiyyətini yüksəltmək üçün, bu testləri tərtib edən pedaqoji kadrların özlərinin VTS-TEST sisteminə qoşulması nəzərdə tutulub.
- Hər iki universitetdə VTS-TEST sistemində tələbələrin kod identifikasiyasıla yanaşı, qrafik/foto identifikasiyası həyata keçirilməsi planlaşdırılır.
- AZMİU-da Tədris şöbəsinin avtomatlaşdırılmış sisteminin yaradılması və bu sistemin VTS-TEST sisteminə inteqrasiyası planlaşdırılır.
- ADPU-dakı VTS-TEST sisteminə video nəzarət serverinin və proqram təminatının qoşulması prosesi başlamışdır.
- "VTS-TEST sisteminin istismar qaydaları" sənədinin əmrləşdirilməsi və tətbiqi nəzərdə tutulur.
|