|
AZMİU-da 2009/2010 qış sessiya imtahanları
AZMİU-da 2009/2010 qış sessiya imtahanları
imtahanlar VTS-TEST sisteminin 1.3.65 (Stable) relizi vasitəsilə keçirilmişdir
 Azərbaycan Memarlıq və İnşaat Universitetində qış sessiya imtahanları VTS-TEST sisteminin tətbiqilə həyata keçirilib. Universitetin gündüz şöbəsinin 1-ci və 2-ci kurs tələbələri (2500 nəfər) sessiya imtahanları vermişlər.
2009/2010 tədris ilinin qış sessiyasının imtahanlarında VTS-TEST şəbəkəsinə qoşulmuş 50 kompüterdən və 2 auditoriyadan istifadə olunmuşdur. Universitetdə VTS-TEST sistemini daha optimal və effektiv istismar etmək üçün aşağıdakı işlər görülməkdədir: 1) Ümumi sahəsi 300 kv.m olan ixtisaslaşdırılmış kompüter auditoriyaları tikilir. 2) VTS-TEST şəbəkəsinə qoşulacaq kompüterlərin sayının 200-ə çatdırılması qərarlaşdırılıb. 3) 3-cü və 4-cü kurs tələbələrinin yay sessiyasını VTS-TEST sistemi vasitəsilə keçirilməsi planlaşdırılıb. 4) VTS-TEST sisteminin istismar qaydalarının tələbləri əsasında işçi qruplar yaradılır.
|