|
VTS-TEST 1.3.65 stabil versiyası hazırdır!
VTS-TEST 1.3.65 stabil versiyası hazırdır!
VTS-TEST sisteminin üzərində işlər tamamlanmış və 2009-cu ilin sonunda sistemin stabil 1.3.65 -ci relizi tamamlanmışdır. Sistemə bir çox yeni funksional imkanlar əlavə olunmaqla yanaşı, işin tam avtomatlaşdırılması üçün mövcud WEB serverlə yanaşı, FTP, Backup, File serverlər VTS şəbəkəsinə qoşulmuşdur. Bundan başqa sistemə video-konfrensiya və video-nəzarət sistemləridə inteqrasiya olunmuşdur. Sistem Azərbaycan Respubliksının 2 Universitetində - Azərbaycan Dövlət Pedaqoji Universitetində(ADPU) və Azərbaycan Memarlıq və İnşaat Universitetində(AZMİU) istismar olunur...
Sistemin 1.3.65-ci relizinə aşağıdakı funksional imkanlar əlavə olunmuşdur: 1) İstismar mühütü. Lokal(LAN) və Qlobal(WAN) şəbəkələrdə, o cümlədən İnterentdə istismar oluna bilər. 2) İstismar parametrlərinə tam nəzarət. İstismar üçün rəhbərliyə zəruri parametrlərinə nəzarət mexanizmləri realizə olunub: A) Kredit borclarıla bağlı parametrlərin müəyyən olunması; B) İmtahanların təqvimilə bağlı parametrlərinə nəzarət mexanizmi; C) Statusundan asılı olaraq (rəhbərlik, ekspert, admin, tələbə, qonaq, müsabiqə iştirakçısı və d.) istifadəçi rejimlərinə nəzarət; D) Biliklərin qiymətləndirilməsi üçün nəzərdə tutulan düz və səhv cavabların əmsallarının qabaqcadan müəyyən olunması imkanları var. 3) Avtomatlaşdırılmış Appelyasiya xidməti realizə olunub. 4) Müəssisə tərəfindən müəyyən olunmuş qaydaları pozmuş tələbələrin aşkarlanması üçün “Black List” alt-sistemindən istifadə olunur. 5) Video-nəzarət sistemi avtomatik qaydada imtahanların gedişatının video çəkilişlərini aparmaq imkanına malikdir. 6) "Tələbələrin Qiymətləndirmə Kartları" Məlumat Bazası vasitəsilə müxtəlif tipli hesabatlar əldə etmək olar: A) Ixtiyari tələbənin təhsilin müxtəlif pillələrində əldə etdiyi nəticələr; B) Müəllimlərin, kafedraların, fakultələrin tədris sahəsindəki fəaliyyəti ilə bağlı hesabatlar; C) Ali məktəbin fəaliyyəti ilə bağlı hesabatlar. 7) Sistemə qısa müddətdə 5 alt-sistem inteqrasiya oluna bilər: A) Elektron Kitabxana sistemi; B) Fayl Mübadiləsi Sistemləri; C) Kliyent kompüterləri optimal şəkildə istisamar etmək üçün “VTS-TEST Qeydiyyat” alt-sistemi. 8) Sistem, kompüterlərdə Power düyməsini sıxmaqla işə düşür və ya dayandırılır. 9) Sistemə inteqrasiya olunmuş Backup alt-sistemi, avtomatik qaydada Verilənlər Bankının gündəlik arxivini yaradır. Sistemdə qəza baş verərsə, məlumatların avtomatik bərpası imkanı var. 10) Şəbəkənin zərərli kodlardan mühafizəsi. Şəbəkəyə qoşulmuş server və kliyent kompüterlərin viruslardan mühafizəsi sistemi avtomat rejimində işləyir və anti-virus proqram bazaları (Internet qoşulmadan) avtomatik təzələnir. 11) Şəbəkənin hackerdərdən mühafizəsi. TSW 3.1.4.m5 platformasının mühafizə imkanları VTS-TEST sistemində hacker hücumlarından qorunmaq üçün istifadə olunur. 12) Sistemin tətbiqi üçün tələb olunan vaxt. Sistem, bütün zəruri tələblər yerinə yetiriləndən sonra, təhsil müəssisəsinin məlumatları əsasında 7-gün ərzində istismara hazır vəziyyətə gətirilir. (Bu sistem AZMİU-da 7 gün ərzində istifadəyə verilmişdir); 13) Sisteminin effektiv və optimal istismarı üçün “VTS-TEST sisteminin istismar qaydaları” sənədi təqdim olunur. Təhsil müəssisəsi istismarın ilk dövründə bu sənəddən istifadə edə bilər. Sonradan, ehtiyac olarsa, təhsil müəssisəsi öz tələbləri əsasında bu qaydaların yeni versiyasını hazırlayıb, əmrləşdirə bilər. 14) VTS-TEST sistem həftənin 7 günü 24 saat işləmək imkanına malik olub, provayder funksiyalarını özündə cəmləyib. daha geniş...
|