Sənədin İnternet ünvanı: http://www.soft.tusi.biz/ts_general/azl/news/tsn-21.htm
ADPU-nun 2008/2009-cu tədris ilinin qış sesiyası başladı
ADPU-nun 2008/2009-cu tədris ilinin qış sesiyası başladı
VTS-TEST sisteminin 1.3.34. relizi ADPU-nun 2008/2009-cu tədris ilinin qış sesiya imtahanlarında istismar olunmağa başladı. VTS-TEST sisteminin TsClient və TsServer alt-sistemlərində, və admin rejimlərində müəyyən yeniliklər edilmişdir. İlkin test fayllarının daha sürətli emal olunması üçün müəyyən texnoloji yeniliklər tətbiq olunmuşdur. Lokal şəbəkənin ziyanlı kodlardan (virus, troyan, qurd və s.) qorunması üçün xüsusi tədbirlər görülmüşdür.
10/12/2008 tarixindən qış sesiyasının aralıq imtahanları başlayıb. Sistem aşağıdakı parametrli mühütündə istismar olunmuşdur:
  • Fakultələrin sayı: 10
  • İxtisasların sayı: 30
  • Tələbələrin sayı: 5000-ə yaxın
  • Fənnəlrin sayı: 480
  • Bazanın ölçüsüsü: 633 Mb
  • Şəbəkəyə qoşulmuş kompüterlərin sayı: 115
  • Tələbələrin iş yerlərinin sayı: 101
  • Fənn test fayllarında istifadə olunan sualların sayı: 100
  • İstismar olunan otaqların sayı: 3

Serverlər əvvəlki imtahanlara nisbətən təqribən 20% artıq yüklənmişdir. Bu əlavə yüklənmələr əsasən şəbəkəyə əlavə kompüterlərin qoşulması, fənn testlərinin sayının artması, test suallarının sayının artması və s. hesabına olmuşdur. Bütün bu əlavə yükləmələr sistemin istimarının effektivliyini aşağı salmamışdır. Sistemin istismarı müvəffəqiyyətlə davam etdirilir. Test Qrupu yeni ilin ilk ayında keçiriləcək semestr imtahanlarının test bazasını hazırlamağa başlamışdır.

 

Tələbələr hazırlaşırlar...

   

Test Qrupu da hazırlaşır...

   

İmtahan başladı...

   

Nəticələr müzakirə olunur...