Sənədin İnternet ünvanı: http://www.soft.tusi.biz/ts_general/azl/news/tsn-2.htm   
TSW3XX sisteminin növbəti versiyası tətbiq olundu
TSW3XX sisteminin növbəti versiyası tətbiq olundu
http://www.eiti-az.org , http://www.azadqarabag.azerall.info və http://www.tusisoft.azerall.info saytları TSW3XX sisteminə keçirildi
TSW3XX (3.0.1 versiyası) WEB sisteminin nüvə modulu (Kernel) işlək vəziyyətə gətirildikdən sonra, bu sistemin köhnə versiyalarında işləyən WEB səhifələrə tətbiq olunmağa başlanmışdır.

Hal-hazırda  http://www.eiti-az.org , http://www.azadqarabag.azerall.infohttp://www.tusisoft.azerall.info saytları TSW3XX sisteminə keçirilib. Məlumatların həcmi çox böyük olduğundan (130 mb və daha çox mətni məlumat) http://www.eiti-az.org http://www.azadqarabag.azerall.info saytlarındakı köhnə fayllar tədricən, TSW3XX standartlarına keçirilir. Bu isə öz növbəsində TSW301-sisteminin maksimum imkanlardan istifadə etmək imkanları verəcək (TSW3XX-nin imaknları ilə bağlı məqaləyə baxa bilərsiz ). Bu prosesi sürətləndirmək üçün  şirkətimiz tərəfindən FrontPage-ə Plug In kimi yaradılmış TsFPF(Front Page Formating) sistemindən istifadə olunur.

TSW1XX və TSW2XX sistemlərində işləyən WEB səhifələr tədricən və zərurət nəzərə alınaraq, TSW3XX-sisteminə keçiriləcək. Burda ən ağır iş "Qarabağ Sənədlərdə" ( http://www.karabakh-doc.azerall.info ) saytıdır.  Onuda qeyd etmək istərdik ki, bu sayt Azərbaycanın Qarabağla bağlı ən böyük saytıdır. 2004-cü ildə sayt "Humay mükafatına", MTN-nin "Samir Əsgərxanov adına" müsabiqənin mükafatçısı, 2007-ci ildə "Qarabağ Harayı" müsabiqəsinin diplomuna layiq görülmüşdür.