Sənədin İnternet ünvanı: http://www.soft.tusi.biz/ts_general/azl/news/tsn-13.htm   
"Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı"nın saytı fəaliyyətə başlamışdır
"Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı"nın saytı fəaliyyətə başlamışdır
bu sayt TSW 3.1.3 sisteminin əsasında realizə olunmuş növbəti layihədir...
Cəmiyyətimiz üçün mədən sənayesində xüsusi çəkisi olan Neft sənayesində çalışan insanların hüquqlarının müdafiəsi ən aktual məsələlərdən biridir. Neft kontraktları əsasında Azərbaycanda fəaliyyət göstərən bir çox xarici şirkətlər Azərbaycanın Qanunlarını məhəl qoymadan neftçilərin hüquqlarını kobudcasına pozurlar. Belə dözülməz hala qarşı çıxış edən "Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı" öz fəaliyyətini genişləndirərək İnternet mühütə çıxmışdır...

Sayt http://www.nhmt-az.org ünvanında yerləşir. Saytın gələcək inkişafı, ən yeni texnologiyların tətbiqi ilə yeni funksional imkanların yaradılması və tətbiqi üçün gələcəkdə də tərəfdaşlığımızı davam etdirəcəyik.