|
TsFPF(Front Page Formating), ver 2.0.1 hazırdır
Front Page & MsWord sistemləri ram olundu!!!
Veb
ustaların, adminlərin, moderatorların ən böyük baş ağrısı MsWord-də yığılmış
mətnlərin HTML formata keçirməkdir. Əlbəttə əgər siz HTML-i bilirsinizsə -
bu problem deyil. Admin və moderatorların böyük əksəriyyəti HTML teqləri ya
bilmir, ya da çox səthi bilir. Çıxış yolu kimi MsWord-ə oxşayan MsFrontPage-dən
istifadə edirlər. Amma FrontPage-in belə "unversallığı" əvəzinə nə itirdiklərinin
fərqində deyillər.
Faylın ölçüsü 2-3 dəfə böyüməklə yanaşı sənədə yüzlərlə
(bəzən minlərlə) lazımsız teqlər düşür. Nəticədə faylın yüklənməsi həm gecikir,
həm də sənədin formatı(stili) dəyişir. Belə sənədləri əllə "abıra" salmaq
həddən artıq vaxt aparan və zəhlətökən bir prosedurdur.
Bu problemi həll etmək üçün 2 istiqamətdə iş aparılmışdır:
Artıq müəyyən müsbət nəticələr var. TsFPF ver 2.0.1 hazırdır!!! İstismarı zamanı heç bir problem əmələ gəlməmişdir. HTML səhifələrin "abıra" salınması üçün sərf olunan vaxt 10 dəfə azalmışdır. Bu haqda daha geniş hazırlanacaq məqalədə oxuya bilərsiz. Hələlik bu qədər. |