Soft bir addım irəlidə...  

VTS-TEST
VTS-TEST sistemi aşağıdakı ali məktəblərdə istismar olunur:

- Azərbaycan Dövlət Pedaqoji Universiteti ( 2007-ci ildən)

- Azərbaycan Memarlıq İnşaat Universiteti (2009-cu ildən)

daha geniş...

Dərsliklər

Məhsullarımız

TSW - unversal, çoxmodullu Web sistem

VTS-TEST - biliklərin yoxlanılması və qiymətləndirilməsi sistemi

AzMum - Web və Poliqrafiya dizaynerləri üçün zəruri olan sistem

TusiProfi - Gənclərəmizə peşə seçimində yardım edəcək ekspert sistem

digər məhsullarımız

Sayğaclar

 
 
 

TsFPF(Front Page Formating), ver 2.0.1 hazırdır
TsFPF(Front Page Formating), ver 2.0.1 hazırdır
Front Page & MsWord sistemləri ram olundu!!!
Veb ustaların, adminlərin, moderatorların ən böyük baş ağrısı MsWord-də yığılmış mətnlərin HTML formata keçirməkdir. Əlbəttə əgər siz HTML-i bilirsinizsə - bu problem deyil. Admin və moderatorların böyük əksəriyyəti HTML teqləri ya bilmir, ya da çox səthi bilir. Çıxış yolu kimi  MsWord-ə oxşayan MsFrontPage-dən istifadə edirlər. Amma FrontPage-in belə "unversallığı" əvəzinə nə itirdiklərinin fərqində deyillər. Faylın ölçüsü 2-3 dəfə böyüməklə yanaşı sənədə yüzlərlə (bəzən minlərlə) lazımsız teqlər düşür. Nəticədə faylın yüklənməsi həm gecikir, həm də sənədin formatı(stili) dəyişir. Belə sənədləri əllə "abıra" salmaq həddən artıq vaxt aparan və zəhlətökən bir prosedurdur.

Bu problemi həll etmək üçün 2 istiqamətdə iş aparılmışdır:

  1. Regular Expressions ("nizamlanmış ifadələr") AD (PERL funksiyalarından: preg_match_all, preg_match, preg_replace, preg_split, preg_quote, preg_match) vasitəsilə TSW3XX sitsteminin nüvə funksiyası - "Auto-Format" scripti yaratdıq. Bu skript kifayət qədər sürətli olmasına baxmayaraq, onun idarəolunması yenə mütəxəssislərə həvalə olunmalı idi. Bu isə qabaqcadan qoyulmuş məsələyə uyğun deyildi.
  2. VBA vasitəsilə TsFPF(Front Page Formating) proqram sistemi istifadəçinin işini asanlaşdırır və faktiki "Auto-Format" skriptinin gördüyü işlərin hamısını görməklə yanaşı, veb dizaynerdən xüsusi hazırlığ tələb etmir.

Artıq müəyyən müsbət nəticələr var. TsFPF ver 2.0.1 hazırdır!!! İstismarı zamanı heç bir problem əmələ gəlməmişdir. HTML səhifələrin "abıra" salınması üçün sərf olunan vaxt 10 dəfə azalmışdır. Bu haqda daha geniş hazırlanacaq məqalədə oxuya bilərsiz.

Hələlik bu qədər.

1 2 ... 25 A