|
Kataloqun mündəricatı(/ts_general/azl/news)
Kataloqun mündəricatı(/ts_general/azl/news)
VTS-TEST sisteminin üzərində işlər tamamlanmış və 2009-cu ilin sonunda sistemin stabil 1.3.65 -ci relizi tamamlanmışdır. Sistemə bir çox yeni funksional imkanlar əlavə olunmaqla yanaşı, işin tam avtomatlaşdırılması üçün mövcud WEB serverlə yanaşı, FTP, Backup, File serverlər VTS şəbəkəsinə qoşulmuşdur. Bundan başqa sistemə video-konfrensiya və video-nəzarət sistemləridə inteqrasiya olunmuşdur. Sistem Azərbaycan Respubliksının 2 Universitetində - Azərbaycan Dövlət Pedaqoji Universitetində(ADPU) və Azərbaycan Memarlıq və İnşaat Universitetində(AZMİU) istismar olunur...
VTS-TEST sisteminin 1.3.34. relizi ADPU-nun 2008/2009-cu tədris ilinin qış sesiya
imtahanlarında istismar olunmağa başladı. VTS-TEST sisteminin TsClient və TsServer
alt-sistemlərində, və admin rejimlərində müəyyən yeniliklər edilmişdir. İlkin
test fayllarının daha sürətli emal olunması üçün müəyyən texnoloji yeniliklər
tətbiq olunmuşdur. Lokal şəbəkənin ziyanlı kodlardan (virus, troyan, qurd və
s.) qorunması üçün xüsusi tədbirlər görülmüşdür.
Saytımıza yeni bölmə ("Sual-Cavab") əlavə olunmuşdur. Bu bölmədə saytın
ziyarətçilərinin kompüter texnologiyaları, o cümlədən, əməliyyat sistemləri, proqramlaşdırma, servis sitemlər və s. bağlı sualları
cavablandırılacaq. Bu bölmədə məqalələrin sayı artıqca onlar uyğun
kateqoriyalar üzrə cəmlənəcəklər...
TusiSoft şirkətinin əsas proram
təminat sistemlərindən biri olan SMS TSW 3.1.x
sisteminin qiymətlərində ciddi endirim həyata
keçirilmişdir. İndi orta səviyyəli saytın yaradılması və idarə olunması üçün
generasiya olunan SMS TSW 3.1.x-nin
qiyməti 500AZN olmuşdur...
İyulun
1-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin kompüter mərkəzində filologiya
fakültəsi IV kurs tələbələri İKT-nin tətbiqi ilə dövlət imtahanı verib.
İmtahanda təhsil naziri Misir Mərdanov iştirak edib...
Virtual
xarakterli təhsil sistemləri sahəsində uzunillər aparılan tədqiqatların
nəticəsi kimi bu məqalə-layihə hazırlanıb. Məqalə-layihə "Texniki Layihə"
xarakterini daşımır. Bununla yanaşı təhsil sistemlərində mövcud
qlobal problemlərin İKT vasitəsilə həll üsulları populyar formada təsvir
olunub...
"Nə üçün istifadəçilər
NoteBook-da Windows Vista-nı silib WindowsXP-ni yazırlar?" məqaləsində
qaldırılmış problem şirkətimiz tərəfindən həll olundu...
VTS-TEST 1.3.22. ADPU-nun 2007/2008-ci tədris ilinin yay
sesiyasının aralıq, semestr və dövlət imtahanlarında istismar olunur...
TusiSoft şirkəti tərəfindən
hazırlanan "Virtual Təhsil Sistemi" layihəsi üzrə realizə olunmuş, biliklərin
yoxlanılması və qiymətləndirilməsi sisteminin 1.3.15 versiyası aşağıdakı
dəyişiklik və yeni imkanları özündə cəmləyir:
Cəmiyyətimiz
üçün mədən sənayesində xüsusi çəkisi olan Neft sənayesində çalışan insanların
hüquqlarının müdafiəsi ən aktual məsələlərdən biridir. Neft kontraktları
əsasında Azərbaycanda fəaliyyət göstərən bir çox xarici şirkətlər Azərbaycanın
Qanunlarını məhəl qoymadan neftçilərin hüquqlarını kobudcasına pozurlar. Belə
dözülməz hala qarşı çıxış edən "Neftçilərin Hüquqlarının Müdafiəsi
Təşkilatı" öz fəaliyyətini genişləndirərək İnternet mühütə çıxmışdır...
Kitabxanamıza
Delphi alqoritmik dili üzrə 2 CD əlavə olunmuşdur. Bu disklərdə həm Delphi
AD-dən istifadə edən professional proqramçılar, həm də bu dili yeni öyrənənlər
üçün E-kitablar yerləşdirilib. Bu kitablar arasında Михаил Фленов. Библиотека
программиста в среде Delphi, Михаил Фленов. Delphi глазами Хакера, Marco
Cantu. Delphi7 для профессионалов, А. Архангельский. Приемы программирования в
Delphi на основе VCL, А.Я. Архангельский. Delphi 2006. Справочное пособие.
VTS-TEST
təhsil sisteminin ixtiyari pilləsində öyrədilən/tədris olunan məlumatların istehlak
dərəcəsini müəyyən etmək üçün nəzərdə tutulub. VTS-TEST sisteminin
hal hazırkı (1.3.x) versiyası, müasir İKT texnologiyaları əsasında hazırlanmış
və Azərbaycan Dövlət Pedaqoji Universitetində tətbiq olunmuşdur.
ADPU-nun 10 fakultəsinin, 4500 yaxın tələbəsi bu sistem vasitəsilə
kollekvium və imtahan vermişlər.
Sistem qarşısında qoyulmuş bütün tələblər ödənilmiş və real nəticələr gözlənilən
nəticələrdən fərqlənməmişdir.
Bu sayt Azərbaycanda robot texnologiyası, süni intelekt, habelə NUO (UFO) – lara həsr olunmuş ilk milli elmi – texnoloji saytdır. Bu saytı yaratmaqda əsas məqsədimiz Azərbaycanda texnologiyanın, xüsusilə robot texnikası və süni intelekt sahəsinin inkişfına təkan olmaq, həmçinin tətbiqi riyaziyyat, informatika, proqramlaşdırma, mühəndislik və bir çox bunlara yaxın ixtisaslarda təhsil alan tələbələrə, bu sahələrlə maraqlanlara yaxından kömək etməkdir.
Xəbər verdiyimiz kimi VTS-TEST sisteminin Beta versiyası (1.1.6)
noyabr ayının 20-21 tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Tarix fakultəsində müvəffəqiyyətlə sınaqdan keçirilmişdir.
Burada
Ümumi Proqramlaşdırma üzrə fundamental xarakter daşıyan kitabların elektron
variantları daxil edilmişdir. Kitablar həm təcrübi, həm də nəzəriyyə nöqteyi
nəzərdən yüksək dəyər kəsb edir. Peşəkar proqramçıların bu kitablarla tanış
olması zəruridir.
VTS-TEST sistemi əsasən 3 kompleks sistemin məcmui olub, təhsil
sisteminin istənilən pilləsinə tətbiq oluna bilər. Bu sistem TSW3.1.1-in
bazasında hazırlanıb. Sistem lokal şəbəkədə(intranetdə) və İnterentdə
istismar üçün nəzərdə tutulub. Bundan başqa sistemdə çox dilli interfeyslər
yaratmaq mümkündür...
Avtomobil
satışı ilə məşğul olan şirkətlər üçün unversal skriptlər potensial alıcılar
üçün virtual mühitdə maksimum şərait yaratmaqla, avtomobillərin satışını
optimallaşdırmaq üçün nəzərdə tutulub. Potensial alıcı şirkətin
avto-salonuna və ya ofisinə getmədən maraqlandığı model haqqında ətraflı
məlumat ala bilər.
MsOffice
proqram-sistemləri arasında üstün yer tutan
Excel-ə həsr olunmuş daha 2 CD disk kitabxanaya əlavə edilmişdir. Hər
birinin ölçüsu 600 mb-dan çox olan bu disklərdə Excel-lə bağlı bütün
mövzuları əhatə edən çoxlu miqdarda elektron kitablarlar var.
TSW sistemində mövcud olan
Ts_ViewPicRand funksiyası, göstərilmiş qrafik fayllar siyahisi əsasında,
təsadüfü qaydada baner/şəkilləri Web
baxıcıya(brovserə) çıxarırdı. Banerlər hər yeni yükləmədə dəyişirdi.
TSW
sistemində prinsipial dəyişikliklər edilib. MicroSoft ofis proqramlarından
inport olunmuş mətnlərin və qrafik obyektlərin formatlaşdırılması tamamilə bu
versiyada tam realizə olunub...
TSW3XX (3.0.1 versiyası) WEB
sisteminin nüvə modulu (Kernel) işlək vəziyyətə
gətirildikdən sonra, bu sistemin köhnə versiyalarında işləyən WEB
səhifələrə tətbiq olunmağa başlanmışdır.
Veb
ustaların, adminlərin, moderatorların ən böyük baş ağrısı MsWord-də yığılmış
mətnlərin HTML formata keçirməkdir. Əlbəttə əgər siz HTML-i bilirsinizsə -
bu problem deyil. Admin və moderatorların böyük əksəriyyəti HTML teqləri ya
bilmir, ya da çox səthi bilir. Çıxış yolu kimi MsWord-ə oxşayan MsFrontPage-dən
istifadə edirlər. Amma FrontPage-in belə "unversallığı" əvəzinə nə itirdiklərinin
fərqində deyillər.
Faylın ölçüsü 2-3 dəfə böyüməklə yanaşı sənədə yüzlərlə
(bəzən minlərlə) lazımsız teqlər düşür. Nəticədə faylın yüklənməsi həm gecikir,
həm də sənədin formatı(stili) dəyişir. Belə sənədləri əllə "abıra" salmaq
həddən artıq vaxt aparan və zəhlətökən bir prosedurdur.
|