|
|
|
TusiSoft şirkətinin proqram sistemləri
TusiSoft şirkətinin Tətbiqi Proqram Sistemləri
Lokal, şəbəkə, WEB mühütlərində işləyən proqram təminatlarımız...
 |
VTS-TEST 1.3.x
biliklərin yoxlanılması və qiymətləndirilməsi sistemi
VTS-TEST tətbiqi proqram sistemi, təhsilin ixtiyari pilləsində öyrədilən/tədris olunan məlumatların istehlak dərəcəsini müəyyən etmək üçün nəzərdə tutulub. Bu sistemin ilk versiyaları 1988-ci ildə hazırlanmışdır.
Keçən illər ərzində “Virtual Təhsil Sistemi” layihəsilə bağlı tədqiqatlar davam etdirilmişdir. İKT-nin inkişaf səviyyəsi və təhsil sisteminin tələbləri nəzərə alınaraq, yeni texnologiyalar əsasında VTS-TEST sisteminin Lokal və Qlobal şəbəkələrdə istismarı üçün nəzərdə tutulmuş variantları yaradılmışdır...
daha geniş... |
 |
AzMuM 3.4.1
Nəşr və Web dizaynerlər üçün sistem
Kompüterdə işləyən azərbaycanlı istifadəçilər milli dillə bağlı daim problemlərlə
üzləşib. Bu sistemin ilk versiyası 2000-ci ildə yaradılıb. Keçən illər ərzində
AzMuM öz funksiyalarını itirməyib. Windows95 əməliyyat sistemində işləyən bu sistem
Windows2000/XP əməliyyat sistemlərində problemsiz işləyir. İlk əvvəl əsasən nəşri
tərtibat (verstka) üçün nəzərdə tutulmuş sistem Web tərtibatçıların yaxın köməkçisinə
çevrilib. Şirkətimiz tərəfindən yaradılmış demək olar ki, bütün web saytların
aparılmasında geniş istifadə olunur. VTS-TEST sisteminin istismarında zəruri bir proqram sistemə çevrilib.
daha geniş...
|
 |
TusiProfi 1.0.7
Meyl və maraqları müəyyən edən ekspert sistemi
Sizə təklif edilən Tusi Profi ekspert sistemi gənclərin peşəyönümü işinin təşkili üçün nəzərdə tutulmuşdur. Məktəb məzunları, abituriyentlər, peşə litseyi tələbələri, ordudan tərxis olunmuş gənclər, işsiz vətəndaşlar,bir sözlə özünə peşə seçmək və ya peşəsini dəyişmək istəyənlər bu metodikadan istifadə edə bilərlər. Gənclərin peşə seçiminə kömək məqsədi ilə yaradılmış bu metodika peşəyönümü üzrə Məşğulluq Xidməti Orqanları mütəxəssisləri, psixoloqlar üçün köməkçi bir vasitədir.
daha geniş... |
 |
SMS TSW 3.X.X
universal, çox modullu sayt sistemi...
Əsas üstünlükləri: 1) tamamilə HTML&PHP əsasında yaradılıb 2)
yüksək mühafizə moduluna malikdir(TsSecurity) 3) masştablaşdırma imkanları verir
4) çoxmodullu sistem olub, yeni funksiyalı modulların problemsiz istifadəsinə
şərait yaradır 5) trafiki 2 dəfə aşağı salır 6) istifadəçidən minimal kompüter
bilikləri tələb edir 7) import olunmuş şəkillərin avtomatik formatlaşdırılması 8) avtomatik
FTP protokulu ilə işləmək imkanları yaradır 9) server və klient arasında sinxronizasiya
məsələlərini həll edir 10) indeks faylların avtomatik yaradılması və ya
korrektəsini təmin edir 11) html faylların avtomatik formatlaşdırıraraq, onu əlavə
teqlrədən təmizləyərək, maksimum optimal HTML səhifələr generasiya edir 12) çoxsəhifəli
sənədlər və onlar üçün avtomatik rejimdə mündəricat/anons indekslərinin yaradır...
daha geniş... |
 |
TsFPF 2.0.1
Front Page fayllardan lazımsız teqlərin yığışdırılması.
Bu sistem VBA(Visul Basic for Aplication)-da
realizə olunmuş, Front Page üçün
PLUG-INS-dir.
Ən əsas funksiyası Front Page-ə import olunmuş Ofis proqramlarının mətnlərini
formatlaşdırmaqdır. Onu qeyd edək ki, ofis proqramlarından import olunmuş
faylın ölçüsüs minimum 4-5 dəfə(!!!) real ölçülərdən böyük olur. Bu isə bir
çox problemlərin səbəbi olur: trafik böyüyür, səhifə gec yüklənir, CSS-dən
istifadə vaxtı problemlər və s. ortaya çıxır...
daha geniş... |
 |
TsViewModel&TsViewStok modulları
avtomobil WEB saytlar üçün unversal skriptlər...
Avtomobil satışı ilə məşğul olan şirkətlər üçün unversal skriptlər potensial alıcılar
üçün virtual mühitdə maksimum şərait yaratmaqla, avtomobillərin satışını optimallaşdırmaq
üçün nəzərdə tutulub. Potensial alıcı şirkətin avto-salonuna və ya ofisinə getmədən
maraqlandığı model haqqında ətraflı məlumat ala bilər...
daha geniş... |
| |
|
|
|
|
|
|
|