|
VTS-TEST 1.3.x
VTS-TEST 1.3.x
Virtual Təhsil Sistemi - biliklərin yoxlanılması və qiymətləndirilməsi sistemi
 VTS-TEST
təhsil sisteminin ixtiyari pilləsində öyrədilən/tədris olunan məlumatların istehlak
dərəcəsini müəyyən etmək üçün nəzərdə tutulub. Sistemin ilk versiyası 1997-ci
ildə Bakının 98 saylı məktəbində, “İnformatikanın əsasları” fənninin tədrisində
tətbiq olunmuşdur. Daha sonra sistem “Şirvan” hazırlıq kurslarında istismar olunmuşdur.
Keçən 10 il ərzində “Virtual Təhsil Sistemi” layihəsilə bağlı tədqiqatlar davam
etdirilmişdir. İKT-nin inkişaf səviyyəsi və təhsil sisteminin müasir tələbləri
nəzərə alınaraq, yeni texnologiyalar əsasında(qarışıq proqramlaşdırmadan istifadə
edərək) VTS-TEST sisteminin yeni versiyası yaradılmışdır. VTS-TEST sisteminin
hal hazırkı (1.3.x) versiyası, müasir İKT texnologiyaları əsasında hazırlanmış
və Azərbaycan Dövlət Pedaqoji Universitetində tətbiq olunmuşdur.
ADPU-nun 10 fakultəsinin, 4500 yaxın tələbəsi bu sistem vasitəsilə
kollekvium və imtahan vermişlər.
Sistem qarşısında qoyulmuş bütün tələblər ödənilmiş və real nəticələr gözlənilən
nəticələrdən fərqlənməmişdir.
1. VTS-TEST sisteminin əsas funksional imkanları - Lokal(LAN) və Qlobal(WAN) şəbəkələrdə, o cümlədən İnterentdə istismar oluna bilər.
- Bir səviyyəli lokal şəbəkədə istismar imkanının olması. WEB server(Apache) şəbəkəyə qoşulmuş adi kompüterə instal olunur. Bu isə iri həcmli maliyyə yatırımı tələb edən çox səviyyəli şəbəkənin yaradılması zəruriyyətini aradan götürür.
- Test mətnlərinin VB(verilənlər bazasına) daxil olunması üçün xüsusi redaktorlara ehtiyac yoxdur. Mətn, qrafika, audio/video elementli ilkin test materiallarını yaratmaq üçün MsWord və bu sistemdə minimal biliklər kifayətdir.
- Test mətnlərinin VB(verilənlər bazasına)-ə daxil edilməsi üçün xüsusi struktura – İnformasiya daxil edən operatorlar qrupuna ehtiyac yoxdur.
- Biliklərin qiymətləndirilməsi üçün nəzərdə tutulan düz və səhv cavabların əmsallarının qabaqcadan müəyyən olunması imkanları var.
- Eyni zamanda test olunananların, fənnlərin, variantların, hər variantda mövcud sualların və cavabların sayına məhdudiyyət yoxdur.
- Sistemin hər bir tələbə üçün yaratdığı şəxsi qiymət kartında, onun təhsilin müxtəlif pillələrində topladığı ballar qeyd olunur. Şəxsi Qiymət Kartları vasitəsilə müxtəlif tipli hesabatlar əldə etmək olar:
- Ixtiyari tələbənin təhsilin müxtəlif pillələrində əldə etdiyi nəticələr
- Müəllimlərin, kafedraların, fakultələrin tədris sahəsindəki fəaliyyəti ilə bağlı hesabatlar
- Ali məktəbin fəaliyyəti ilə bağlı hesabatlar
- Sistem həftənin 7 günü 24 saat işləmək qabiliyyətinə malik olub, provayder funksiyalarını özündə saxlayır.
2. VTS-TEST-in alt-sistemləri VTS-TEST sistemi 3 alt sistemdən ibarətdir: - Ts_MainClient - Word fayl kimi hazırlanmış test mətnlərinin sistemin tələbləri əsasında formatlaşdırılması sistemi. Mətnlərin ASCII kodlardan UNICODE-a keçirilməsi üçün AzMuM 3.4.1 sistemi vasitəsilə həyata keçirilir.
- Ts_MainServer – sistemin tələbləri üzrə hazırlanmış testlərin (mətn, qrafika, animasiya, audio/video) VTS-TEST sisteminin verilənlər bazasına keçirilməsi.
- VTS-TEST – İnternet texnologiyalar vasitəsilə (Apache Web server, HTML&JS&PHP&MySQL) hazırlanmış sistem olub biliklərin qiymətləndirilməsi və əldə olunan nəticələr əsasında hesabatların hazırlanması üçün nəzərdə tutulub.
3. VTS-TEST-in tərtib olunan testlərə tələbləri Testlərin tərtib olunması ilə bağlı tələblər aşağıdıkı sadə qaydalardan ibarətdir: - Sual və hər bir cavab ayrıca abzas kimi daxil edilməlidir
- Cavablar latın əlifbasının böyük hərflərilə A) B) C) D) E) F) G) və s. işarələnməlidir
- Cavabla hərfi nömrə arasında probel olmalıdır
- Qrafik obyektlər və onlara bağlı yazılar rəsm qutusunun içərsində yerləşdirilməlidir.
- Sualda sıralamalar rəqəmlə və qarşısında, probelsiz “-” işarəsi olmaqla ayrıca abzaslarda yığılmalıdır.
- Düzgün cavab həmişə A) bəndi olmalıdır
 Şəkil 1. VTS-TEST standartlarına cavab verən test 4. VTS-TEST-in istismarı ilə bağlı tələblər Qeyd etdiyimiz kimi sistemin istismarı üçün xüsusi operator qrupuna ehtiyac yoxdur. Bununla yanaşı sistemin istismarı üçün bir neçə ekspertin bu işə cəlb olunması məqsədəuyğun olardı. 5. VTS-TEST-in texniki təminatına tələblər | № | Nə üçün | Konfiqurasiya | Miqdarı | Təqribi qiyməti | | 1 | Web Server Ts_MainServer | CoreDua2/RAM2gb/HDD80+HDD160/MultyMedia/USB2x6/UPS1500 | 2 | 1300 | 5. VTS-TEST-in qiymətləri Sistemin qiymətləndirilməsi bir neçə parametr üzrə müəyyənləşdirilir. - Sistemin istismar variantının seçilməsi (Lokal və ya İnternet şəbəkə)
- Testlərin məzmunu və formatı ilə bağlı işlərin həcmindən
- İstismar üçün nəzərdə tutulan treninqlərə sərf olunacaq vaxtdan
- Müəlliflik, yayımlanma və digər hüquqi məsələlərin həllindən
və digər parametrlər VTS-TEST sistemin qiymətləndirilməsinə bir başa təsir göstərir. Son qiymət danışıqlar vasitəsilə müəyyənləşdirilir. |