|
TsFPF ver 2.0.1
TsFPF ver 2.0.1
Front Page Formating
Bu sistem VBA(Visul Basic for Aplication)-da
realizə olunmuş, Front Page üçün
PLUG-INS-dir.
Ən əsas funksiyası Front Page-ə import olunmuş Ofis proqramlarının mətnlərini
formatlaşdırmaqdır. Onu qeyd edək ki, ofis proqramlarından import olunmuş
faylın ölçüsüs minimum 4-5 dəfə(!!!) real ölçülərdən böyük olur. Bu isə bir
çox problemlərin səbəbi olur: trafik böyüyür, səhifə gec yüklənir, CSS-dən
istifadə vaxtı problemlər və s. ortaya çıxır.
Problem Web proqramçılar, saytların admin/moderatorları geniş yayılmış MicroSoft ofis proqramlarından məlumatları HTML səhifəyə import edəndə nə qədər çətin (hətta deyərdim "zəhlətökən") bir problemlə üzləşirlər. Bu gün üçün reallıq ondan ibarətdir ki, ofis proqram-sistemləri sahəsində MsOfis proqramları irəlidədir. Adi istifadəçilərin əksəriyyəti bu proqramlarda işləyirlər. İnternetin inkişafı kompüter istifadəçilərinin (fərdi insandan təşkilatlara qədər) öz məlumatlarının İnternetdə yerləşdirilməsinə sövq edir. Amma MicroSoft-un Web texnologiyaları İnternetdə heç də qabaqcıl mövqelər tutmur(bu ayrı söhbətin mövzusudur). İnternetdən istifadə edən və ya potensial istifadəçilər faktiki olaraq bir-birilə "yola" getməyən kompüter texnologiyalarından tam istifadə etmək imkanlarından mərhumdurlar. İnternetdə peşəkar səviyyədə çıxış etmək üçün bir çox şirkət/təşkilatlar mütəxəsisləri, o cümlədən, Web proqramçıları işə dəvət edirlər. Çünkü yalnız mütəxəsislər İnternet texnologiyaları sahəsində mövcud problemlərlədən bu və ya digər şəkildə tanışdırlar və bu problemləri həll etməyə qadirdirlər. Bizim şirkət İnternet texnologiyaları adi, qeyri-mütəxəssis İnternet istifadəçiyə yaxınlaşdırmaq üçün uzun illərdir çalışır. Bizim gərgin səylərimiz nəticəsində istifadəçiyə maksimum yaxınlaşmış Web - çoxmodullu proqram təminatı (TSW sistemini) hazırlanmışdır. TSW sistemi (göstərilən problemləri həll edən TSW Indexer modulu) tamamilə Web texholoyalar (HTML/JS/PHP) vasitəsilə realizə olunub. Sizə təqdim etdiyimiz TsFPF (Front Page Formating) Front Page VBA-da realizə olunmuş, yuxarıda göstərilən problemləri həll edən qeyri-Web sistem olub, alternativ olaraq yaradılıb. TsFPF(Front Page Formating) sisteminin imkanları Bu sistem VBA(Visul Basic for Aplication)-da realizə olunmuş, Front Page üçün PLUG-INS-dir. Ən əsas funksiyası Front Page-ə import olunmuş Ofis proqramlarının mətnlərini formatlaşdırmaqdır. Onu qeyd edək ki, ofis proqramlarından import olunmuş faylın ölçüsüs minimum 4-5 dəfə(!!!) real ölçülərdən böyük olur. Bu isə bir çox problemlərin səbəbi olur: trafik böyüyür, səhifə gec yüklənir, CSS-dən istifadə vaxtı problemlər və s. ortaya çıxır. Məlum olduğu kimi, VBA kodlar açıq proqram kodlarıdır və onları ofis proqramlarına qoşmaq üçün VBA redaktordan istifadə olunur(bu haqda ayrıca yazacağıq). TsFPF Front Page-ə qoşulandan sonra, dərhal istifadə etmək olar. Daxil edilmiş və ya import olunmuş mətni "abıra" salmaq üçün TsFPF çağırılır. Sistemin bütün rejimləri anlaqlı və üzdə olduğu üçün sistemə HELP qoşulmayıb. Sistem pəncərəsinin sağ tərəfində formatlaşdırma qaydalarının siyahisi verilib: -
TSW sisteminin HTML seksiyasını generasiya etmək; -
SCRIPT teqlərin təmizlənməsi; -
PHP teqlərin silinməsi; -
CSS teqlərin silinməsi; -
SPAN teqlərin (ən zəhlətökən teqlər) silinməsi; -
<p> - yeni sətir teqlərinin formatlaşdırılması; -
<table> - cədvəl teqlərin formatlaşdırılması; -
<title> - teqinin redaktəsi; -
<table> - cədvəl teqlərini ləğv edib, mətni cədvəldən çıxarmaq; -
TSW sistemi üçün məqalə seksiyalarının yerləşdirilməsi (art_name1, art_name2, art_autor, art_anons); -
kommentariyaların silinməsi; -
<font> teqlərinin silinməsi; -
<hr> teqlərinin silinməsi; -
səhifənin UTF-8 kodlaşdırılmasına gətirilməsi; -
h1 - h6 başlıq teqlərinin yığışdırılması. Bundan başqa "Interactive Condition" (İnteraktiv Şərtlər) bölməsində siz isdədiyiniz dəyişiklikləri edə bilərsiz: Pəncərənin sol tərəfində faylın HTML teqləri görsənir. Siz əməliyyatlar apardıqca teqlərin necə dəyişəcəyinin şahidi olacaqsınız. "Save&Exit" düyməsi vasitəsilə, nəticəni fayla yazıb çıxa bilərsiz. Suallarınız olsa Forumda müraciət edə bilərsiz. Qiymət və güzəşt: - 15 AZN
- Növbəti versiyaları pulsuz alacaqsınız
Download: - ödənişdən sonra, göstərilən email ünvana göndərilir və ya diskə yazılıb verilir
|