Soft bir addım irəlidə...  

VTS-TEST sistemi 6 dekabr 2007-ci il tarixindən  başlayaraq,  Azərbaycan Dövlət Pedaqoji Universitetində istismar olunmağa başlanmışdır. ADPU-nun 10 fakultəsinin, 4500 yaxın tələbəsi bu sistem vasitəsilə kollekvium və imtahan vermişlər...
 

 

Məhsullarımız

TSW - unversal, çoxmodullu Web sistem

VTS-TEST - biliklərin yoxlanılması və qiymətləndirilməsi sistemi

AzMum - Web və Poliqrafiya dizaynerləri üçün zəruri olan sistem

TusiProfi - Gənclərəmizə peşə seçimində yardım edəcək ekspert sistem

TsFPF - VBA-da yazılmış, FrontPage fayllarını "abıra" salan PLUG-INS

digər məhsullarımız

Sayğaclar

 
 
 

 

TSW - Tusi Web
TSW - Tusi Web
universal, çox modullu sayt sistemi...
TSW3.X.X sistemin əsas üstünlükləri: 1) tamamilə HTML&PHP əsasında yaradılıb 2) yüksək mühafizə moduluna malikdir(TsSecurity) 3) masştablaşdırma imkanları verir 4) çoxmodullu sistem olub, yeni funksiyalı modulların problemsiz istifadəsinə şərait yaradır 5) trafiki 2 dəfə aşağı salır 6) istifadəçidən minimal kompüter bilikləri tələb edir 7) import olunmuş şəkillərin avtomatik formatlaşdırılması 8) avtomatik FTP protokulu ilə işləmək imkanları yaradır 9) server və klient arasında sinxronizasiya məsələlərini həll edir 10) indeks faylların avtomatik yaradılması  və ya korrektəsini təmin edir 11) html faylların avtomatik formatlaşdırıraraq, onu əlavə teqlrədən təmizləyərək, maksimum optimal HTML səhifələr generasiya edir 12) çoxsəhifəli sənədlər və onlar üçün avtomatik rejimdə mündəricat/anons indekslərinin yaradır...

Müqayisə...

Universal skriptlər

Saytın "sıfırdan" qurulması dövrü artıq çoxdan bitib. Bütün Web studiyalar seçdikləri müəyyən bir sistemin üzərində sifariş saytları yaradırlar. İnterentdə "unversallığa" iddialı çoxlu skript-sistemlər var. Bunların bəziləri pulsuz olub, sərbəst köçürülüb istifadə edilmək üçün nəzərdə tutulub. Burada tələb olunan İT üzrə minimal biliklərin olmasıdır. Az-çox kompüter savadı olanlar bu sistemlərə yüngülcə əl gəzdirib, ona "bəzək" verərək (Web dizayn) öz məhsulları kimi şirkətlərə "sırıyırlar". Bu skriptlərin ilkin kodları İnterenetdə geniş yayıldığını və hackerlərin daim bu sistemləri "araşdıqlarını" nəzərə alsaq, tez-tez müəyyən tipli saytların hack olunması xəbərləri heç də təəccüb doğurmur. Belə skriptləri özəlləşdirən Web studiyalar, bir çox hallarda heç bir dəyişiklik etmədən bu sistemləri öz müştərilərinə satır və bu "məhsulun" gələcəyinə qarant durmurlar. Bu nöqteyi nəzərərdən bizim təklif ediyimiz TSW(Tusi Web) tamamilə şirkətimiz tərəfindən yaradılıb və Web səhifələr qarşısında qoyulmuş əsas tələblərə cavab verir. Bir faktı yada salmaq istərdik ki, 2002-ci ildə bu sistemin ilk versiyası əsasında qurulmuş "Qarabağ sənədlərdə" saytı erməni və digər düşmənlərimiz tərəfindən indiyə qədər hack olunmayıb. Azərbaycanın İnformasiya Müharibəsində ən əsas resurslardan biri olan bu sayta hər gün onlarala, bəzən yüzlərlə hacker hücumlarına baxmayaraq, saytın mühafizə sistemi davam gətirmişdir.

HTML&PHP nüvəli skriptlər

Saytlarda müxtəlif Web texnologiyalardan, o cümlədən Verilənlər Bazalarından (əsasən MySQL) istifadə olunur. Amma bu zaman bəzi məsələləri nəzərə almaq zəruridir. Yəni bu texnologiyalardan zərurət əmələ gələn zaman və yerində imtifadə olunmalıdır. Yuxarda göstərdiyimiz kimi pulsuz skriptlərin əksəriyyətini yaradan proqramçılar öz işlərini yüngülləşdirmək üçün  MySQL bazalarından istifadə edirlər. Bu isə öz növbəsində:

  1. saytın səhifələrinin ağır yüklənməsinə;
  2. hackerlər üçün effetiv hücumlar təşkil etməyə;
  3. serverin iş sürətinin aşağı düşməyinə (əgər nəzərə alsaq ki, sizin sayt serverdə mövcud olan yüzlərlə saytlardan biridir) və ümumilikdə serverin və ya bu serverə yüklənmiş sistemlərin çökməsinə;

və digər neqativ hallara gətirib çıxarır. Yüksək sürətinə, serverin resurslarını qənaətlə işləməsinə görə HTML&PHP əsaslı saytlar fərqlənirlər. Ona görə bütün qabaqcıl saytların nüvəsi məhz HTML&PHP əsasında qurulub.  MySQL, PostgreSQL, Oracle və digər verilənlər bazalarından yalnız zəruriyyət ortaya çıxan zaman istifadə edirlər. TSW(Tusi Web) tamamilə HTML&PHP əsasında qurulub.

Yaddan çıxmış trafik...

Mövcud Web səhifələrin istimarı, yəni admin və moderatorlar vasitəsilə sayta yeni məlumatların daxil edilməsi və ya korreksiyası,  aşağıdakı sxem üzrə həyata keçirilir:

  • admin/moderator saytın idarəetmə skript-sisteminə müraciət edir,
  • server verilən müraciət əsasında uyğun səhifəni klientə verir,
  • admin/modertaor məlumatı korrektə edəndən sonra, ya yeni məlumatı daxil edəndən sonra təkrar serverə bu məlumatları qəbul etməsilə bağlı sorğu göndərir

bu saytda zəruri dəyişikliklər edilib qurtarana qədər davam edir. Belə idarəetmə üsulu bizdən 2 qat trafik tələb edir. Biz trafikin ölçüsünə görə (İnternet xətti ilə ötürülən və ya qəbul olunan məlumatların miqdarı) provayderlə haq-hesablaşırıq. Yəni trafikin ölçüsünün az olması maliyyə xərclərinin aşağı düşməsinə yardım edir. TSW(Tusi Web) bir tərəfli trafikdən istifadə edir. Əsas sayt lokal Web serverdə olub, onunla serverdəki variantı arasında yalnız məlumatların sinxronlaşdırması prosesi gedir.

Proqram təminatı istifadəçinin işini asanlışdırmaq üçün nəzərdə tutulub...

Bu tələb Web proqramlaşdırmada daha aktualdır. Hal hazırda mövcud saytlarda istifadəçi:

  • ya serverə yerləşdirilmiş primitiv redaktorlardan istifadə edərək məlumatlarını sayta yerləşdirməli,
  • ya HTML-in əsaslarını bilərək FrontPage, Dreamweaver redaktorlarından istifadə etməyi bacarmalı,
  • ya da saytlarını aparmaq üçün əlavə xərclər çəkərək mütəxəssisləri işə cəlb etməlidirlər.

Bu səbəbdən Azərbaycan İnternetinin inkişafı arzuolunacaq səviyyədə getmir. Bunu yaxşı bilən MicroSoft şirkəti isifadəçinin rahatlığını nəzərə alaraq işə kompleks şəkildə yanaşıb. Bu şirkətin istənilən ofis sistemindəki (Word, Excel, Access, PoverPoint və digərlərində) faylları HTML formatına çevirmək olar. Amma... bu HTML səhifələr zəruri informasiyalardan bir neçə, bəzən on dəfələrlə çox "lazımsız" məlumatı HTML səhifəyə yerləşdirir. Nəticədə irihəcmli, ləng HTML səhifələr əldə etmiş oluruq. Bu isə öz növbəsində trafikin artmasına, o isə öz növbəsində əlavə xərclərin artmasına gətirib çıxarır.

TSW(Tusi Web) tamamilə istifadəçiyə tərəf yönəlmiş sistemdir və onun istismarı üçün MsWord ofis proqramını minimal səviyyədə bilmək kifayətdir. TSW-nin İndekser modulu MsWord formatından inport olunmuş səhifəni "abıra" salmaqla yanaşı, onun  Web serverə yerləşdirilməsini təmin edir. Bundan başqa müxtəlif formatlı qrafik fayllarla işlər tamamilə avtomatlışdırılıb. İstifadəçinin qrafik paketləri öyrənməsinə ehtiyac qalmayıb.

MsWord və FrontPage müxtəlif sahələr üçün nəzərdə tutulmuş əkiz qardaşlar...

Qeyd etdimiz kimi MicroSoft şirkəti öz proqram təminatlarının eyni funksiyalılığına xüsusi fikir verir. MsWord və FrontPage sistemləri bu nöqteyi nəzərdən demək olar ki, eyni funksional imkanlara malikdirlər. Word-də işləməyi bacaran istifadəçi çox asanlıqla FrontPage-ində öhdəsindən gəlir. Bu sistemlər arasında ən əsas fərq isə MsWord-ün RTF formatlı, FrontPage-in isə HTML/XML formatlı fayllarla işləməyə yönəlməsidir. Amma adi istifadəçi üçün bunun demək olar ki, heç bir mənası yoxdur. İsifadəçi MsWord-də etdiyi bütün işləri (kiçik istisnalarla) olduğu kimi FrontPage-də göçürə(import) bilər. FrontPage-in "kəlməkötür" fayllarını normal vəziyyətə gətirməklə bu redaktordan biz tam funksional Web redaktor kimi istifadə edə bilərik. TSW sisteminin İndekser modulu bu işlərin öhdəsindən tamamilə gəlir. Bu məsələni həll etmək üçün biz 2-ci bir sistemdən də istifadə edirik TsFPF (FrontPage Formating) sistemi VBA-da FrontPage-in Plug-İns-i kimi yaradılıb. FrontPage-də korrektə olunan faylın "isti-isti" "abıra" salmaq üçün bu sistemdən istifadə olunur.

TSW-nin modulları və funksional imkanları haqda...

Modullar

Təsviri

1. 

TSW - TsKernel

TSW sisteminin ən əsas modulu olub, onun nüvəsini təşkil edir (KERNEL). PHP&HTML –də texnologiyası əsasında TusiSoft şirkəti tərəfindən yaradılıb və təhlükəsizlik, funksionallıq, sürət parametrləri üzrə müasir tələblərə tam cavab verir.

Sistemin əsas alt modulları:

·  TSW mail. Səhifənin özündən saytın sahiblərinə e-mail göndərmək imkanı verir. (alt modul)

·  TSW print. Veb baxıcıya (web brouser) yüklənmiş sənədin  yalnız özünün çap edilməsi (Səhifənin digər element və sektorlarını xaric edərək)  (alt modulu)

·  TSW page numeration. Çoxsəhifəli sənədəlrdə naviqasiya, mündəricat və anons sistemi. (alt modulu)

·  TSW securities.  Saytın hacker hücumundan qorunması (DDOS, inyeksiya müraciətlər), İP ünvanına görə ayrı-ayrı istifadəçilərin və ya regionların sayta qoşulmasının qarşısının alınması (alt modulu)

·  TSW menu. JavaScript-də realizə olunmuş bu modul, analoji skriptləriərdən daha yüksək sürətlə işləməsi və bütün veb baxıcılar (web brouser) tərəfindən dəstəklənməsi ilə fərqlənir. Menyuların səviyyələrinin sayına məhdudiyyət yoxdur. (alt modulu)

Sistemin funksional imkanları:

·  Istənilən sayda dil interfeyslərini dəstəkləyir.

·  Ms Office (Word, Excel) sənədlərinin importunu dəstəkləyir.

·  İndekssiz kataloqların klientlər üçün bağlanması

·  Fayl tiplərinin filtireri. (yalnız icazə verilmiş fayllara baxmaq olar)

·  Müxtəlif dildə olan eyni sənədlərin avtomatik hiperlink bağlantısı

2 TSW - TsIndexer Bu modul TSW sisteminin ən əsas modullarından olub, saytın asanlıqla istismar olunmasına xidmət edir. Bu modul əsasən aşağıdakı məsələləri həll edən alt-modullardan təşkil olunvei sinifdir(class):

·  Ts_AutoFormatHTML - HTML faylları formatlaşdıran və import zamanı səhifəyə əlavə olunmuş "lazımsız" teqləri silir, MsWord-dən mətnlə yanaşı import olunmuş xxx.files kataloqundakı lazımi faylları əsas kataloqa keçirərək, onu ləğv edir

·  Ts_AutoFormatPHP - PHP faylların formatlaşdırılması

·  Ts_ChangeIndex - indeks faylların yaradılması və ya korrektəsi

·  Ts_FtpUpload - Lokal serverdə bütün dəyişilmiş faylların FTP protokolu ilə Real Serverə köçürülməsi

·  Ts_SinxronFTP - Lokal və Real server arasında fayl/kataloqları sinxronlaşdırır

·  Ts_ImageFormating - səhifədə verilmiş şəkil faylın ölçülərinin səhifədə göstərilən ölçüyə gətirilməsi, indeks fayllar üçün real şəkillərin əsasında kiçik ölçülü icon tipli şəkil faylların yaradılması

və s.

TsIndexer modulu ən ibtidai kompüter biliklərinə malik olan şəxsin iri və mürəkkəb strukturlu saytın adminlik/moderatorluq vəzifələrinin öhdəsindən asanlıqla gəlməsinə imkan verir.

Tətbiq olunduğu saytlar

və s.

TSW əsasında yaradılan saytların qiymətləndirlməsi

Bu sistem əsasında olan saytlarda görüləcək işlərin, qoşulmuş modulların qiymətlərilə burada tanış ola bilərsiz.

 

1 2 3 4 5 6 A

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.148234