Soft bir addım irəlidə...  

VTS-TEST
VTS-TEST sistemi aşağıdakı ali məktəblərdə istismar olunur:

- Azərbaycan Dövlət Pedaqoji Universiteti ( 2007-ci ildən)

- Azərbaycan Memarlıq İnşaat Universiteti (2009-cu ildən)

daha geniş...

Dərsliklər

Məhsullarımız

TSW - unversal, çoxmodullu Web sistem

VTS-TEST - biliklərin yoxlanılması və qiymətləndirilməsi sistemi

AzMum - Web və Poliqrafiya dizaynerləri üçün zəruri olan sistem

TusiProfi - Gənclərəmizə peşə seçimində yardım edəcək ekspert sistem

digər məhsullarımız

Sayğaclar

 
 
 

NƏŞR VƏ WEB DİZAYNERLƏRİN YAXIN KÖMƏKÇİSİ
NƏŞR VƏ WEB DİZAYNERLƏRİN YAXIN KÖMƏKÇİSİ
AzMuM sisteminin yeni versiyası
Kompüterdə işləyən azərbaycanlı istifadəçilər milli dillə bağlı daim problemlərlə üzləşib. Bu sistemin ilk versiyası 2000-ci ildə yaradılıb. Keçən illər ərzində AzMuM öz funksiyalarını itirməyib. Windows95 əməliyyat sistemində işləyən bu sistem Windows2000/XP əməliyyat sistemlərində problemsiz işləyir. İlk əvvəl əsasən nəşri tərtibat (verstka) üçün nəzərdə tutulmuş sistem Web tərtibatçıların yaxın köməkçisinə çevrilib. Şirkətimiz tərəfindən yaradılmış demək olar ki, bütün web saytların aparılmasında geniş istifadə olunur.

Nəşri dizayn proqramları (QuarkX, Page Maker, Corel Ventura) ASCII kod sistemində, Web səhifələri, müasir ofis sənədləri (Word, Excell sənədləri) UNICODE kod sistemində yığılır. Bu sistemlər arasında optimal və operativ keçidi AzMuM sistemi tam həll edir. Keçən illər ərzində əldə etdiyimiz nəticələr bunu tam əminliklə deməyə imkan verir. Bununla yanaşı təqdim etdiyimiz yeni versiyada yeni keçid cədvəllərilə yanaşı, Azərbaycan və Rus dilində mövcud mətnlərin hecalanması məsələsidə tam həllini tapmışdır. Sistemlə bağlı bütün suallarınızı bizim e-mail-ə göndərə bilərsiz. İndiyə qədər verilmiş sualların hamısını cavablandırmağa çalışmışıq. Bu sual-cavablara göstərdiyimiz saytın FAQ(sual-cavab) bölməsində tanış ola bilərsiz.

AzMuM sistemi ən əsas imkanları aşağıdakılardır:

  1. Müxtəlif kod və şriftlərdə yığılmış sənədlərin istədiyiniz kod cədvəlinə keçirə bilərsiz. Məsələn, sistem ASCII və UNICOD arasında qarşılıqlı keçidi təmin edir (Internet->TimesAzerLat cədvəli vasitəsilə). AzMuM-un bu versiyasının bazasında 18 keçid cədvəli realizasiya olunub. Bununla yanaşı siz yeni keçid cədvəlləri yarada bilərsiz. AzMuM-un mövcud digər sistemlərdən ən əsas üstünlüyü ondan ibarətdir ki, transilyasiya olunan Word sənədi öz formatını dəyişmir. Bu imkan Nəşri və Web tərtibatçıları çox ağır bir işdən azad edir.
  2. AzMuM sistemində Azərbaycan dilli sənədlərinin hecalanması ilə yanaşı artıq Rus dilli sənədləri də hecalamaq mümkündür. Burada da AzMuM-un mövcud digər sistemlərdən ən əsas üstünlüyü ondan ibarətdir ki, sənədin hecalanması zamanı Word sənədi öz formatını dəyişmir.

AzMuM sistemindən istifadə edərkən onun digər imkanları ilə yaxından tanış olacaqsız. Sistem Sharvare xarakterli olduğu üçün onu bizim saytdan köçürüb, praktik olaraq imkanlarını yoxlaya bilərsiz.

Düşünürük ki, AzMuM sistemi bundan sonrada Azərbaycan kompüter istifadəçilərinin yaxın köməkçisi olaraq qalacaq.

Qiymət və güzəşt:

  • 1 kompüterə instalyasiya 50 AZN
  • 5 kompüterə instalyasiya olunarsa, 6-cı kompüter üçün pulsuz instalyasiya

Download:

1 2 3 4 5 6 A