Soft bir addım irəlidə...  

VTS-TEST
VTS-TEST sistemi aşağıdakı ali məktəblərdə istismar olunur:

- Azərbaycan Dövlət Pedaqoji Universiteti ( 2007-ci ildən)

- Azərbaycan Memarlıq İnşaat Universiteti (2009-cu ildən)

daha geniş...

Dərsliklər

Məhsullarımız

TSW - unversal, çoxmodullu Web sistem

VTS-TEST - biliklərin yoxlanılması və qiymətləndirilməsi sistemi

AzMum - Web və Poliqrafiya dizaynerləri üçün zəruri olan sistem

TusiProfi - Gənclərəmizə peşə seçimində yardım edəcək ekspert sistem

digər məhsullarımız

Sayğaclar

 
 
 

Azərbaycan güclü regional axtarış sistemini yaradacaq (02.06.2008)
Azərbaycan güclü regional axtarış sistemini yaradacaq (02.06.2008)
Azərbaycan, Bakı, 02 iyin /Trend Capital, müxbir S.Babayeva/ İki il ərzində Azərbaycanda güclü regional axtarış sistemi yaradılacaq. Bu haqda Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov bazar ertəsi ikinci beynəlxaq «Sənaye əlavələrinin nazarəti və optimallaşdırılması» konfransında bildirib.

«Biz üç əsas komponeni - istifadəçi təlabatı, sahənin informasiya modeli və informasiya vəsaiti - əsasında vahid sistemin yaradılmasını təklif edirik», - deyə nazir bildirib.

Abbasovun sözlərinə görə, istifadəçi təlabatı və informasiya vəsaiti arasında olan böyük səddin mövcudluğu günün əsas problemdir. «Bir çox hallarda istifadəçilər lazımi informasiyanı necə tələb etməli və necə almalı olduqlarını bilmirlər», - deyə o qeyd edib.

Nazir layihənin müddəti və dəyəri barədə dəqiq məlumat verməyib.

Axtarış sistemi - veb-sayt - İnternetdə informasiya axtarış imkanlarını təqdim edir. Relevantlıq, baza dolğunluğu, dilin morfologiyasını nəzərə almaq, axtarış maşınının iş keyfiyətinin başlıca meyarlarıdır. «Net Applications» şirkətinin verdiyi məlumatlara əsasən, 2007-ci ilin dekabrnda dünyada «Google»-nin bazar payı 77.04 faiz, «Yahoo» — 12.46 faiz, «MSN» — 3.33 faiz, «Microsoft Live Search» — 2.57 faiz, «AOL» — 2.12 faiz, «Ask» — 1.38 faiz, «AltaVista» — 0.13 faiz, «Excite» — 0.07 faiz, «Lycos» — 0.02 faiz, «All the Web» — 0.02 faiz təşkil edib.

«comScore» analitik şirkətinin məlumatlarına əsasən, 2007-ci ilin dekabrnda bütün axtarış saytları 66 mlrd. 221 mln. axtarış təlabatı işləyib.

Mənbə: http://az.trend.az/capital/it/1213556.html

.

1 ... 14 15 A