Soft bir addım irəlidə...  

VTS-TEST
VTS-TEST sistemi aşağıdakı ali məktəblərdə istismar olunur:

- Azərbaycan Dövlət Pedaqoji Universiteti ( 2007-ci ildən)

- Azərbaycan Memarlıq İnşaat Universiteti (2009-cu ildən)

daha geniş...

Dərsliklər

Məhsullarımız

TSW - unversal, çoxmodullu Web sistem

VTS-TEST - biliklərin yoxlanılması və qiymətləndirilməsi sistemi

AzMum - Web və Poliqrafiya dizaynerləri üçün zəruri olan sistem

TusiProfi - Gənclərəmizə peşə seçimində yardım edəcək ekspert sistem

digər məhsullarımız

Sayğaclar

 
 
 

Kompleks Sistemlərin yaradılması mərhələləri haqqında
Kompleks Sistemlərin yaradılması mərhələləri haqqında
proqram sisteminin gələcək taleyi bu mərhələlərin necə realizə olunmasından asılıdır
Etibar Axundov
İKT sahəsində yaradılan bütün sistemlər müəyyən zəruri texnoloji mərhələlərdən keçməlidirlər. Bu mərhələlri keçməyən və ya qismən keçən sistemlər qüsurludurlar və istismar zamanı gözlənilməz, neqativ problemlərin əmələ gəlməsinə səbəb olur...

Bütün kompleks sistemlər aşağıdakı texnoloji mərhələlər vasitəsilə realizə olunur.

1.  “Texniki məsələ” mərhələsi: “Təklif Layihə” əsasında “Makro layihə” sənədinin hazırlanması və sifarişçilə rəsmi razılaşdırma.

2.  “Texniki layihə” mərhələsi:

2.1.  “Makro layihə” sənədi əsasında, sistemin qlobal alqoritmlərini, texniki sənədlərin hazırlanma qaydalarını, tətbiq olunacaq alqoritmik dilləri və verilənlər bazalarının tiplərini, layihənin yerinə yetirilməsinə cəlb olunacaq mütəxəssislərin səviyyə göstəricilərini, mərhələlər üzrə təqvimi planı və digər parametrləri əhatə edəcək “Texniki layihə” sənədinin hazırlanması və sifarişçilə rəsmi razılaşdırma.

2.2.  “Ekspremental tətbiq” mərhələsi üçün “Sistemə Nəzarət məsələsi” sənədinin hazırlanması.

3.  “Proqramlaşdırma” mərhələsi:

3.1.  “Texniki layihə” sənədi əsasında proqram təminatının yaradılması (alfa versiya).

3.2.   Proqram təminatının “Sistemə Nəzarət məsələsi” sənədi əsasında sazlanması (beta versiya)

3.3.  Proqram təminatının “İstismar səhvləri və təkliflər” sənədi əsasında sazlanması (stability versiya)

4.  “Ekspremental tətbiq” mərhələsi: Proqram təminatının qabaqcadan hazırlanmış “Sistemə Nəzarət məsələsi” sənədi vasitəsilə yoxlanması. Bu mərhələnin nəticəsi:

4.1.  “İstismar səhvləri və təkliflər” sənədi.

4.2.  “İstismar qaydaları” sənədi (əsasnamə).

5.  “İstismar” mərhələsi:

5.1.  “Texniki layihə” sənədi əsasında istismar üçün nəzərdə tutulan texniki vasitələrin alınması, yerləşdirilməsi, sazlanması.

5.2.  “Texniki layihə” və “İstismar qaydaları” sənədlərinin tələbləri əsasında müxtəlif istiqamətli kadrlar qruplarının hazırlanması.

5.3.  “İstismar qaydaları” sənədi əsasında istismara başlamaq.

5.4.  Sistemin gələcək versiyaları üçün nəzərdə tutulan “Tələb və təklif” sənədlərinin hazırlanması.

Yalnız bu mərhələlərdən müvəffəqiyyətlə keçmiş, gözlənilən nəticələrlə əldə olunan real nəticələr arasında fərq olmayan sistem istismara buraxıla bilər.

Yuxarıda sadalanan mərhələlərdə aşağıdakı bəzi məsələləri də nəzərə almaq lazımdır.[1]

Cəlb olunacaq mütəxəssislər

  • Texniki məsələ” və “Texniki layihə” mərhələsi Sistem Yaradan (System Developer) ixtisaslı mütəxəssis(lər) tərəfindən tam realizə olunur və digər mərhələlərə ümumi nəzarəti təmin edir. 
  • Texniki məsələ”, “Texniki layihə”, “Ekspremental tətbiq” və “İstimar” mərhələlərində sistemin tətbiq olunacaq sahələr üzrə ekspertlərin iştirakı zəruridir.
  • Proqramlaşdırma” mərhələsində tətbiq olunacaq texnologiyalardan, proqramlaşdırma dillərindən asılı (Web, lokal/qlobal şəbəkə, kommunikasiya, DataBase və s.) olaraq bir və ya bir neçə proqramçı cəlb oluna bilər.
  • Ekspremental tətbiq” və “İstimar” mərhələləri üzrə cəlb olunacaq mütəxəsislərin treninqləri keçirilməli və onlar arasında sistemin istisamrı tələbləri əsasında vəzifə bölgüsü aparılmalıdır.

Sistemin ümumi və mərhələlər üzrə qiymətləndirilməsi

  • Sistemin ümumi dəyəri mərhələlərin maliyyə tələbləri əsasında formalaşır. Mərhələnin təqvimi yerinə yetirilmə müddəti, cəlb olunan mütəxəsisslərin sayı və səviyyələri, texniki,  komunikasiya və digər xərclər ümumi qiymətləndirmənin əsasını təşkil edir.
  • Bu texnoloji mərhələlərin maliyyə nöqteyi nəzərdən qiymətləndirilməsi yaradılacaq sistemdən asılı olaraq müxtəlif ola bilər. Yəni yaradılacaq sistem üçün ayrılımş maliyyə vasitələrinin mərhələlər arasında bölünmə qaydaları müxtəlif ola bilər.
  • Bütün hallarda qiymətləndirmə konkret sistemlərə görə aparılır.
 

[1] “Təklif Layihə” ümumi xarakter daşıdığı üçün, dəqiqləşdirmələr “Texniki Layihədə” öz əksini tapmalıdır.

 

1 ... 6 7 8 ... 13 A