|
Nə üçün istifadəçilər NoteBook-da Windows Vista-nı
silib WindowsXP-ni yazırlar?
XP vs Vista
Etibar Axundov
NoteBook-da Vistanı silib, yerinə XP yazanların sayı artmaqdadır. Vistadan
istifadə edənlərə demək olar ki, rast gəlinmir. Vista istifadəçiləri bu
əməliyyat sistemini sırf "eksprement" nöqteyi nəzərdən istifadə edirlər... İndi
isə NoteBooklarda yeni, daha imkanlı və nəhayət "gözəl" Vistanı ləğv edib,
yerinə XP-ni yazmağın səbəblərini araşdıraq...
Bunlar yalnız "üzdə" olan problemlərdir... Ümumiyyətlə MicroSoft-un "Vista" layihəsini geriyə atılmış addım hesab etmək olar. Windows Vistanı-nı kompüterdən tam silmək üçün HDD yaddaşını tam formatlaşdırmaq lazımdır. Çünkü Vistanın HDD-də gizli bölmələri var. Əgər Vistanın üzərindən XP-ni yazmaq istəsəniz daha ciddi problemlərlə qarşılaşa bilərsiz. Amma XP-nin NoteBooka yazılması zamanı ciddi problemlər üzə çıxır. Yeni NoteBooklarda istifadə olunan SATA tipli HDD-lərin drayverləri XP-nin yüklənmə diskindəki drayverləri arasında yoxdur. Bu problemi həll etmək üçün bir neçə üsul var. Azərbaycan istifadəçilərinin NoteBooklarında əsasən "asan" başa gələn üsuldan istifadə olunur, bu isə kompüterin səmərəlilik əmsalının 50-60% aşağı düşməsi deməkdir. Bu məqalədə siz Vista və XP arasında aparılmış testlərin nəticələri ilə tanış ola bilərsiz. Növbəti məqalə bu problemləri həll etmək üsullarına həsr olunacaq... |
||||