|
Korporativ müzakirələr üçün optimal mühit - forum
Korporativ müzakirələr üçün optimal mühit - forum
nə üçün bu imkandan istifadə etməyək?
Etibar Axundov
Kompüter Texnologiyalarının bugünki səviyyəsi müxtəlif məsələlərin, o cümlədən
"Korporativ Müzakirələrin", həllində geniş imkanlar açıb. Bu istiqamətdə
yaradılmış sistemlər müəyyən maraqlar əsasında birləşmiş və ya birgə maraqlar
əsasında fəaliyyət göstərən insanları məkan və zamandan asılı olmayaraq
virtual birləşdirməyə imkan verməklə yanaşı, onların bu və ya digər
məsələlərin müzakirəsində iştirakına maksimum şərait yaradır.
Belə sistemlərin əsasəsən 2 növü var: - multimedia imkanlı (video/audio/mətni) sistemlər. Bura ICQ, MsMessanger, Yahoo Messanger, PallTalk kimi proqram sistemlər aiddirlər
- Mətni və qrafik informasiya mübadiləli sistemlər. Bura IPB, phpBB kimi forum-sistemlər aiddir.
1-ci növ sistemlər kompüterlərdən əlavə imkanlar, o cümlədən, sürətli internet bağlantısı, veb kamera və audio platalar tələb etdiyi halda 2-ci növ sistemlər daha az tələbatlıdır. Biz bu məqalədə 2-ci növ sistemlərdən istifadə qaydaları haqda söhbət açmaqla, bu forum-sistemlər vasitəsilə optimal "Korporativ Müzakirələrin" təşkili barasində məlumatlar verəcəyik. "Korporativ Müzakirələr" üçün hansı üsullardan istifadə edirik? Müasir dünya insanları MƏCBURİ qaydada İnformasiya Texnologiyalarından, o cümlədən Kompüter Texnologiyalarından aktiv istifadə etməyə məcbur edir. Bu tələblərdən istifadə etməməklə biz özümüzü könüllü surətdə müxtəlif dividentlərdən mərhum etməklə, cəmiyyətdə tutduğumuz və ya tutmaq istədiyimiz mövqelərdən kənarda qoymuş oluruq. İnsanlar bu problemləri həll etmək üçün, "zamanə ilə ayaqlaşmaq" üçün öz işlərində istifadə etmək üçün müxtəlif sistemləri sistemləri öyrənməyə məcburdurlar. Hal hazırda kompüter istifadəçilərinin böyük əksəriyyəti "E-mail" elektron poçt sistemlərindən geniş istifadə edirlər. Əsasən fərdi məktublaşma üçün nəzərdə tutulmuş bu köhnə sistem bu gündə aktiv istifadə olunur. Bu sistemdən istifadə edənlərə "Korporativ Müzakirələrinə" "yardım" etmək üçün müxtəlif email qrupları (YahooGroup, GoogleGroup və s.) kimi sistemlər geniş istifadə olunur. Qrup üzvləri hər hansı fikirlərini elektron məktub kimi bu sistemlərə göndərəndən sonra, sistem bu məktubu özündəki istifadəçi siyahisi əsasında qrupun digər üzvlərinə göndərir. Bir çox hallarda bu ismarıc yalnız qrupun bəzi üzvlərinə aid olsada məktubun surətləri, sistem tərəfindən aidiyyatı olmayan insanlarada göndərilir. Bu isə "SPAM"-dır (yəni ZİBİL). Belə email qruplar anoxronizm olmaqla yanaşı, kompüter texnologiyalarından effektiv istifadə etmək istəyən insanlar üçün ciddi psixoloji problemlər yaradır. Dəfələrlə belə qruplarda bəzi insanları bu "SPAM"lardan xilas olmaq üçün "Korporativ Qrupları" tərk edirlər. Belə sistemlərdən istifadə edənlərin aldıqları informasiyanın yalnız 1-2% onların maraq dairəsindədir. Bu "SPAM" yağışından qurtulmaq üçün, informasiya mübadiləsinin optimal variantına keçmək üçün yuxarıda sadalanan sistemlərdən istifadə etmək zərurətə çevrilib. Forumlar hansı məsələləri həll edə bilərlər? Qeyd etdiyimiz kimi Forum-sistemlər az tələbatlı olub, "Korporativ Müzakirələr" üçün ən optimal sistemdir. Forum-sistemlərdə müxtəlif istiqamətlərdə kateqriyalar yaratmaq və bu kateqoriyaların daxilində bölmələr yaratmaq olar. Faktiki hər bir bölmə özü sərbəst bir forumdur. Bütün hallarda kateqoriyalar və bölmələr "Korparativ Müzakirələrin" tələbləri əsasında müəyyən olunur. Misal üçün, Azərbaycan mədəniyyəti, din/məzhəb məsələlri, dövlətçilik, iqtisadi/siyasi olayların müzakirəsi və s. mövzular dünyanın hər tərəfinə səpələnmiş Azərbaycanlıların ümummi maraqlarını təşkil etdiyi üçün, "YURD - Azərbaycanlıların birləşdiyi məkan" forumunu yaratmışıq. Bu forumda bir neçə kateqoriya və onlarla bölmə mövcuddur. Forumda qeydiyyatdan keçmiş insanlar bu və ya digər mövzuda öz məqalə/məlumatlarını uyğun bölməyə yerləşdirməklə yanaşı, bu mövzunun müzakirəsinə start vermiş olurlar. Forumun hər bir istifadəçi onu maraqlandıran mövzu üzrə müzakirələrdə iştirak edə bilərlər. "Korporativ Müzakirələrə" xidmət edən digər bir forum MSŞT Koalisiyasının forumudur. Bu forumda olan "EITI-AZ.ORG" bölməsi ən əsas işlək forumdur. Beləki http://eiti-az.org saytının idarəolunması həmin bölmə vasitəsilə realizə olunur. Saytın məlumatları vaxtaşarı bu bölməyə yerləşdirilir, saytın admini məlumatlarını operativ olaraq serverə köçürür. Bundan başqa burada saytın strukturu ilə bağlı müzakirələrdə aparılır. "Korporativ Müzakirələr" nöqteyi nəzərdən bu bölmə bizim üçün çox qiymətlidir. Saytın yaradıcılarının virtual birgə fəaliyyəti nəticəsində belə böyük bir layihə müvəffəqiyyətlə realizə olunur. Düşünürəm ki, MSŞT Koalisiyasının üzvləri "daşı ətəklərindən" tökərək, primitiv Email-sistemindən əl çəkərək bu forumun imkanlarından maksimum yararlana biləcəklər. ))) Forum-sistemində aşağıdakı məsələləri həll etmək olar: - mövzulardan asılı olaraq kateqoriyalar yaratmaq
- hər kateqoriyada mövzu üzrə uyğun bölmə (açıq/qapalı/gizi statuslu) yaratmaq
- forumun iştirakçılarına fərdi və qrup şəkilində ismarıclar göndərmək
- müxtəlif məsələlərin müzakirəsi, göstərişlər, elanlar və s. yerləşdirmək olar
- layihələrin, birgə fəaliyyət sənədlərəinin hazırlanması
Forum-sistemlərində qeydiyyat və iş qaydaları haqda - phpBB forumu Praktik marağ kəsb etdiyi üçün birinci növbədə phpBB forumunda işləmək qaydaları haqda yazmağı qərara aldıq. Qeyd etdiyimiz kimi bu forum-sistem əsasında MSŞT Koalisiyasının forumu yaradılıb və biz Koalisiya üzvlərinə bu forumda işləmək üçün zəruri məlumatların verilməsində maraqlıyıq. MSŞT Koalisiyasının forumunda Azərbaycan dili interfeysi var. Bu isə öz növbəsində Koalisiya üzvlərinin foruma qoşulmasını asanlaşdıracaq. Forumda qeydiyyat 1. Forumun yuxarısında yerləşən "Qeydiyyatdan keçin" düyməsini tıklayın  2. Yəqin ki, yaşınız 13-dən çoxdur -). Uyğun sətri seçib tıklayın...  3. İndi isə "ən çətin" iş - açılmış səhifədə özünüz haqqında məlumatları daxil edin:  Qarşısında ulduz (*) olan sahələrin doldurulması vacibdir. Onuda qeyd etmək istərdim ki, bu formaya daxil etdiyiniz məlumatları İngilis əlifbasında olmalıdır. İstifadəçi adı: - bura siz real adınızı və ya ləqəbinizi yaza bilərsiz E-məktub ünvanı: - email ünvanınız. Fiktiv ünvan yazmayın. -) Şifrə: - foruma daxil olan zaman sizə lazım olan parol(şifrə) Yeni şifrənizi təkrar yazın: parolu təkrarlayırsız : * - bu sahəyə forumun qrafik şifrəsini, yəni STAZ8Z daxil edin. Bu mühafizə forumda spamerlərin reqistrasiyasına mane olmaq üçün nəzərdə tutulub. Deyək ki, biz Ali adı altında qeydiyyatdan keçmək istəyirik. O zaman, sahələr bu cür doldurulacaq: İstifadəçi adı: Ali E-məktub ünvanı: ali@eiti-az.org Şifrə: ******** Yeni şifrənizi təkrar yazın: parolu təkrarlayırsız ******** : * STAZ8Z Əsas sahələri doldurandan sonra təqribən aşağıdakı alınır.  Digər sahələr vacib deyillər və sonra daxil edə bilərsiz. Səhifənin aşağısında "Göndər" düyməsini tıklayırsız  4. Forumun admini sizin qeydiyyatı aktivləşdirəndən sonra forumun baş səhifəsində sizin qeydiyyatınızla bağlı məlumat çıxacaq. Siz artıq Ali niki ilə qeydiyyatdan keçdiniz. Sizi təbrik edirəm! -))) Foruma daxil olmaq Forumu təkrar yükləyin. Forumun sonunda olan 2 sahəni doldurun:  Adınızı və şifrənizi daxil edəndən sonra "Giriş" düyməsinə tıklayın... Əgər Adınızı və Şifrənizi düzgün daxil etmisinizsə forum sizi tanıyacaq və sizi qeydə alacaq. Bu zaman forumun yuxarı hissəsində sizin adınız peyda olacaq:  Forumda yeni mövzu açmaq Siz artıq istədiyiniz bölməyə məlumat yerləşdirə bilərsiz. "Koalisiya" bölməsində yeni mövzu yaradaq. Bunun üçün "Koalisiya" bölməsinin üzərinə tıklayırıq və bu bölmə açılır:  "New Topic" (yeni mövzu) düyməsini tıklayan kimi, bizim üçün məlumatımızı daxil etmək üçün sahələr açılır:  - Yuxarıda "Mövzunun adı" sahəsi məhdud olduğu üçün məqalənin adını "bir balaca" qısaldırıq.
- Məqaləni tamamilə 2-ci sahəyə yerləşdiririk. Əgər başlığın fərqlənməsini istəyiriksə, o zaman, onu qaralayıb "B" (bold) düyməsinə basırıq
- Mövzunun başlığı altında olan düymələr vasitəsilə müxtəlif işlər görə bilərik, o cümlədən, mətni əyə(italik) bilərik, mətnin hissəsini cavablandırmaq üçün qeyd edə bğilərik, şəkil yerləşdirə bilərik və s. Bunun detallarıla bağlı suallarınızı forumda cavablandıracağam.
- Bütün məlumat daxil olunandan sonra aşağıda olan "Göndər" düyməsini tıklayırıq və məlumatımız/mövzumuz/məqaləmiz foruma yerləşir.
Bizim daxil etdiyimiz "Mövzu" artıq mövzular siyahisinə düşdü:  Forumda müzakirələrdə iştirak etmək Biz "ARDNŞ əməkçilərin hüquqlarına məhəl qoymurlar" mövzusun açıb oxuyuruq.  Məsələn, Mirvari xanımın "2007-ci ilin yanvar ayına olan məlumatlara görə, şirkətdə 61500 nəfər işçi çalışır. Azərbaycan büdcəsinin əsas hissəsini təmin etmələrinə baxmayaraq, onlar kiçik miqdarda əmək haqqı alırlar." sözlərilə bağlı bizim başqa fikirimiz var. O zaman aşağı sol küncdə "post peply" düyməsini tıklayb bu mövzuya cavab yaza bilərik. Bu zaman sitatlarıda göstərmək olar:  "Göndər" düyməsini tıklayandan sonra bizim yazdığımız cavab mövzunun sonuna əlavə olunmuş olacaq.  Nəticə Bu məqalədə phpBB forumunda işləmək üçün lazım olan minimal qaydalar haqqında yazdıq. Düşünürəm ki, bu məlumat forumda "batmamaq" üçün "hələlik" kifayətdir. Azərbaycan dilində interfeysin olması sizə phpBB-də yeni imkanları "kəşf" etməyinizə yardımçı olacaq. Bütün hallarda problemlərlə bağlı mənə müraciət edə bilərsiz. Burda gördüyümüz bütün işlər MSŞT Koalisiyasının forumunda yadda saxlanılıb. Real görüntülərlə tanış olmağınız üçün bu ünvana müraciət edə bilərsiz: http://www.eiti-az.org/forum/viewtopic.php?p=217
|