Təqdim
olunan məqalə Pedaqoji İnformatika sahəsində önəmli mahiyyət daşıyan müasir
proqramlaşdırmanın tədrisi üçün ideal vasitəyə - Excel&VBA-ya həsr olunub.
Məqalədə bu AD-in tədris vasitəsi kimi seçilməsi səbəbləri araşdırılır və
Excel&VBA-ya həsr olunmuş 32 saatlıq fakultətiv məşğələlərin nəticələri
açıqlanır.
Cəmiyyətin informatlaşdırılması prosesi istisnasız olaraq bütün dünya ölkələrini əhatə etməkdədir. İnkişaf etmiş ölkələrdə bu prosesin səviyyəsi inkişaf etməkdə olan ölkələrdən daha üstündür. Dünyanın faktiki qloballaşması üçüncü dünya ölkələrinin də cəmiyyətin informatlaşdırılması istiqamətində müəyyən addımları atmağa məcbur edir. Bu prosesdən geri qalma faktiki olaraq bu ölkələrin milli təhlükəsizliyinə ciddi ziyan vurmaqla, bu ölkənin/millətin yaxın gələcəkdə mövcudluğunu sual altına alır. Bəşəriyyətin informatlaşması aşağıdakı proseslərin fonunda baş verir[1]:
Mövcud, ənənəvi daşıyıcılardakı informasiyanın rəqəmsal daşıyıcılara keçirilməsi prosesi keçən əsrin 80-cı illərindən başlanmışdır. Artıq inkişaf etmiş ölkələrdə bu proses tamamlanmaq üzrədir. İnkişaf etməkdə olan ölkələrdə bu proses ən yaxşı halda başlanğıc mərhələsindədir. Azərbaycan müstəqillik əldə edəndən sonra, ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkişafı ölkəmizdə informatlaşma prosesinin sürətlənməsinə səbəb oldu. Bu məsələnin ölkə Prezidenti cənab İ. Əliyevin şəxsi nəzarəti altında olması və onun tərəfindən cəmiyyətin informatlaşmasının ölkə üçün prioritet məsələ olmasının xüsusi vurğulanması qarşımızdakı problemlərin müvəffəqiyyətlə həll olunacağına inam yaradır.
Cəmiyyətin informatlaşdırılması prosesinin birinci mərhələsi təbii olaraq təhsil sisteminin informatlaşması ilə başlamalıdır. Çünkü, ibtidai kompüter biliklərinə[2] yiyələnməmiş insanların cəmiyyətin informatlaşması prosesində hər hansı bir məsələni həll edəcəyini və ya İKT-na aid hər hansı bir müasir texnoloji avadanlıqdan istifadə edəcəyindən, rəqəmsal texnoloji prosesləri idarə olunmasını həyata keçirəcəyindən və s. danışmaq ən azı sadəlöhvlükdən başqa bir şey deyil. Bu sahədə[3] vəziyyət qeyri-qənaətbəxşdir.
Cəmiyyətin informatlaşması ilə bağlı təhsil sistemində əmələ gəlmiş problemləri həll etmək, bu istiqamətdə təhsil sistemində islahatlara nəzəri və praktik yardım məqsədilə son illər ADPU-da beynəlxalq statuslu konfranslar təşkil olunur, universitetimizin alimləri tərəfindən elmi-tədqiqatlar aparılır.
Məlum olduğu kimi, İnformatika informasiyanın strukturunu və xüsusiyyətlərini öyrənən, o cümlədən informasiyanın yığılması, saxlanılması, axtarışı, emalı, çevrilməsi, yayımlanması və cəmiyyətdə mövcud fəaliyyət sahələrinə tətbiqi ilə məşğul olan elmdir. İnformatikanın həll etdiyi əsas məsələlərindən biri rəqəmsal informasiya ilə insan arasında interfeysin – elektron-texninki və proqram təminatının yaradılmasıdır.
Hal-hazırda Azərbaycan təhsil sistemində mövcud[4] Tətbiqi Proqram Sistemlərin[5] (TPS) istismar olunma qaydaları tədris olunur. Amma cəmiyyətin informatlaşması prosesinin bu qaydada aparılması yetərsiz olmaqla yanaşı bəzi hallarda milli təhlükəsizlik nöqteyi nəzərdən təhlükəlidir[6]. Son illər sahə informatikalarının əmələ gəlməsi, ümumilikdə informatikanın tədrisində yeni tələblərin ortaya çıxmasına səbəb olmuşdur[7].
Təqdim olunan məqalə Pedaqoji İnformatika sahəsində önəmli mahiyyət daşıyan müasir proqramlaşdırmanın tədrisi üçün ideal vasitəyə - Excel&VBA-ya həsr olunub. Məqalədə bu AD-in tədris vasitəsi kimi seçilməsi səbəbləri araşdırılır və Excel&VBA-ya həsr olunmuş 32 saatlıq fakultətiv məşğələlərin nəticələri açıqlanır.
[1] E. Axundov. “VTS-də keyfiyyəti idarəetmə mexanizmləri (tezislər)”. "Ali təhsildə keyfiyyəti idarəetmə mexanizmi və akkreditasiya" elmi konfransının materialları. ADPU, 17 aprel 2010-cu il
[2] İbtidai İnformatikaya
[3] Pedaqoji İnformatikada
[4] Kənarda yaradılmış
[5] Əsasən, MsDos, Windows əməliyyat sistemləri, MsOffice proqramları, Internet-də işləmək üçün nəzərdə tutulmuş proqram sistemlər və s.
[6] Məsələn, xaricdən alınmış müdafiə xarakterli hərbi elektron qurğuların proqram təminatlarının istismarının tədrisi, ölkə mütəxəssisləri tərəfindən yaradılmış informasiya müharibəsi komponentlərinə nəzarət mexanizmlərinin (proqram təminatının) olmaması, bu sahədə istismar olunan TPS-in xaricdən gətirilməsi, informasiyanın və informasiya sistemlərinin mühafizəsini təmin edəcək milli TPS-in olmaması və s.
[7] Sahə üzrə informasiya ilə istifadəçi arasında optimal və effektiv interfeysin yaradılması. Məsələn, “Baby Tests” TPS-i ibtidai sinif şagirdlərinin hesab əməllərini bilmək, sadə tənlikləri həll etmək, ölçü vahidləri arasında çevirmələri təmin etmək, vahidlər arasında müqayisələr aparmaq kimi vərdişlərin əmələ gəlməsilə yanaşı, klaviatur giriş qurğusunda “kor yığımı” öyrədir.