Soft bir addım irəlidə...  

VTS-TEST
VTS-TEST sistemi aşağıdakı ali məktəblərdə istismar olunur:

- Azərbaycan Dövlət Pedaqoji Universiteti ( 2007-ci ildən)

- Azərbaycan Memarlıq İnşaat Universiteti (2009-cu ildən)

daha geniş...

Dərsliklər

Məhsullarımız

TSW - unversal, çoxmodullu Web sistem

VTS-TEST - biliklərin yoxlanılması və qiymətləndirilməsi sistemi

AzMum - Web və Poliqrafiya dizaynerləri üçün zəruri olan sistem

TusiProfi - Gənclərəmizə peşə seçimində yardım edəcək ekspert sistem

digər məhsullarımız

Sayğaclar

 
 
 

VTS-də fasiləsiz təhsil problemlərinin həlli mexanizmləri
VTS-də fasiləsiz təhsil problemlərinin həlli mexanizmləri
Etibar Axundov,application devoloper
Təhsilin keyfiyyətinə tələblərin artması, yeni tələblərin əmələ gəlməsi kadrların fasiləsiz təhsil prosesinə qoşulmasını zəruri edir. Fasiləsiz təhsildən kənarda qalan keyfiyyətli təhsildən danışmaq düzgün deyil. Beləki, informasiyanın yenilənməsi/korrektəsi tezliyinin artması təhsilalanın, təhsilini bitirməmiş, öyrəndiyi mövzuların təkrar öyrənməsini tələb edir. Bu səbəbdən fasiləsiz təhsilə əsas təhsilin bir hissəsi/əlavəsi kimi baxılmamalıdır - əsas təhsil özü fasiləsiz xarakter daşımalıdır!
 
Dünya təhsil sistemindəki ciddi problemlərin əsas səbəbi kimi aşağıdakı 3 prosesi göstərmək olar:
1) İnformasiya daşıyıcılarının dəyişdirilməsi prosesi.
2) Sosial institutların informatlaşdırılması prosesi.
3) İnformasiyanın qlobalaşması prosesi.

VTS-də keyfiyyəti idarəetmə mexanizmləri (tezislər)
"Ali təhsildə keyfiyyəti idarəetmə mexanizmi və akkreditasiya" elmi konfransındakı çıxışdan.
(ADPU, 17 aprel 2010-cu il)

Giriş

Mövcud təhsil sistemlərində təhsilalmışlar üçün iхtisasartırma, kadrların yenidən hazırlanması, yaşlıların təhsili və s. həmişə aktual olmuşdur. Bunun əsas səbəbi təhsil komponentlərinə yönəlmiş yeni informasiya axımının istehlakı təkrar emalı ilə bağlıdır.
Məlum olduğu kimi Təhsil İnstitutunun əsas vəzifəsi, digər Sosial İnstitutların tələbləri əsasında insanların təhsil almasını təmin etməklə, cəmiyyətdə müəyyən sosial vəzifəni yerinə yetirəcək kadr hazırlamaqdır. Keçən əsrin ortalarından başlayaraq informasiya daşıyıcılarının dəyişdirilməsi, Sosial institutlara rəqəmsal texnologiyaların geniş tətbiqi, informasiyanın qloballaşması prosesləri təhsil sistemlərində keyfiyyətcə fərqli islahatlar aparılmasını zəruri etdi. Bu islahatların mövcud pedaqoji kadrların iştirakıla aparılacağını nəzərə alsaq, hər hansı bir islahatın ilk mərhələlərinin fasiləsiz təhsil elementlərini əhatə etməsinin zəruriliyi ortaya çıxır. Aparılması nəzərdə tutulmuş islahat(lar)ın gedişatı bu ilk mərhələlərin yerinə yetirilməsinin müvəffəqiyyət dərəcəsindən asılıdır.
20-ci əsrin ortalarına qədər Ənənəvi Təhsil Sisteminin (ƏTS) imkanları, bu məsələni həll etmək üçün yetərli idi. Mövcud Sosial İnstitutlarda, o cümlədən, Təhsil İnstitutunda gedən informatlaşma prosesləri ƏTS-in bütün komponentlərində ciddi problemlər yaratmaqla yanaşı pedaqoji kadrların yenidən hazırlanması üçün mövcud ənənəvi təhsil texnologiyalarını yetərsiz etdi.
Bu məqalə aşağıdakı mövzuları əhatə edir:

  • Anlamlar
    İstifadə olunan bəzi terminlərin izahları məqalədə anlamlar arasında mümkün ziddiyyətləri aradan qaldırmaq üçün nəzərdə tutulub və birmənalığa xidmət edirlər.
  • Ənənəvi Təhsil Sistemində fasiləsiz təhsil problemləri
    ƏTS-də fasiləsiz təhsillə bağlı problemlər araşdırılır. Təhsilin keyfiyyətini yüksəltmək üçün mövcud fasiləsiz təhsilin yetərsizliyi, mövcud distant təhsillə bağlı problemlər və bu problemləri törədən səbəblər göstərilir.
  • Virtual Təhsil Sistemində fasiləsiz təhsili təmin edən metodlar haqqında
    Bu bölmədə VTS-in təhsilə vahid müstəvidə və onun komponentlərinə möhkəm əlaqə zənciri ilə bağlanmış kompleks sistem kimi baxılmasından, həll edəcəyi fundamental mahiyyətli məsələlərdən söhbət gedir.
  • ƏTS-də fasiləsiz təhsilin təşkili ilə bağlı təkliflər
    Təhsil sistemlərində aparılması zəruri olan islahatların faktiki olaraq fasiləsiz təhsilin təşkilindən asılı olduğu göstərilir. Fasiləsiz təhsili təşkil etmək, ƏTS-dən VTS-ə tədricən keçidlə bağlı praktik məsləhət/təkliflər verilib. Bölmənin sonundakı “Gözlənilən nəticələr” alt-böməsində Azərbaycanın bu təkliflərin realizəsi nəticəsində alacağı dividentlər öz əksini tapıb.
  • Əlavələr
    Burada məqalədə istifadə olunan, təhsillə bağlı müxtəlif statistik informasiyalar yerləşdirilib.

 

1 ... 12 13 A