Soft bir addım irəlidə...  

VTS-TEST
VTS-TEST sistemi aşağıdakı ali məktəblərdə istismar olunur:

- Azərbaycan Dövlət Pedaqoji Universiteti ( 2007-ci ildən)

- Azərbaycan Memarlıq İnşaat Universiteti (2009-cu ildən)

daha geniş...

Dərsliklər

Məhsullarımız

TSW - unversal, çoxmodullu Web sistem

VTS-TEST - biliklərin yoxlanılması və qiymətləndirilməsi sistemi

AzMum - Web və Poliqrafiya dizaynerləri üçün zəruri olan sistem

TusiProfi - Gənclərəmizə peşə seçimində yardım edəcək ekspert sistem

digər məhsullarımız

Sayğaclar

 
 
 

Internetdə axtarış sistemləri. GOOGLE-nin axtarış operatorları
Internetdə axtarış sistemləri. GOOGLE-nin axtarış operatorları
sürətli və effektiv axtarış üçün zəruri biliklər
Etibar Axundov, application developer
Bu məqalə, Internetdə GOOGLE qlobal axtarış sistemi vasitəsilə effektiv axtarışın təşkili üçün nəzərdə tutulmuş axtarış operatorlarından bəhs edir. Məqalə Internetlə aktiv təmasda olan Azərbaycanlı tələbə və tədqiqatçılara yardım məqsədilə hazırlanıb və bu istiqamətdə birinci yazıdır...

Bu günə qədər Internet mühütündə çoxlu axtarış sistemləri – maşınları mövcud olmuşdur. Onların böyük hissəsi artıq mövcud deyil, bir qismi öz mövqeyini itirmiş və müasir tələblərə cavab vermir[1] . Hal-hazırda istifadə olunan axtarış maşınlarından biri GOOGLE-dir (http://www.google.com). GOOGLE axtarış maşını mövcud axtarış sistemlərindən daha üstün olub, Internet istifadəçi üçün mümkün, maksimum axtarış imkanları yaradır. GOOGLE axtarış maşınında məlumat axtarışı 2 üsulla aparılır:

1. Axtarış sorğusunu daxil edərək, GOOGLE-nin məlumat bazalarında[2] axtarış;

2. Mövzular üzrə strukturlaşdırılmış kateqoriyalar üzrə axtarış.

Bu üsullar bir-birlərini tamamlasalarda, axtarış məsələlərinin çoxu əsasən 1-ci üsulla - GOOGLE-e məlumat bazalarında axtarış yolu ilə həyata keçirilir.
Onuda qeyd edək ki, GOOGLE axtarış maşınının məlumat bazaları AGENT adlanan xüsusi proqramlar vasitəsilə doldurulur və korrektə olunur. Minlərlə GOOGLE agent sistemləri, 24 saat müddətində, Internetdəki resursları (Web səhifələri) indeksasiya edərək, əldə olunan informasiyanı uyğun Məlumat Bazalarına əlavə etməklə məşğuldurlar. İstifadəçinin GOOGLE-yə daxil etdiyi axtarış sorğusu məhz bu Məlumat Bazalarında aparılır.
Daxil edilmiş sorğuya cavab verən minlərlə, bəzən milyonlarla Web səhifələr tapılır. Bu səhifələrin hamısını bir-bir açaraq, onların məzmunu ilə tanış olmaq, vaxt nöqteyi nəzərdən, demək olar ki, qeyri mümkündür. İstifadəçiyə lazım olan məlumatların tapılması və axtarış dairəsini kiçiltmək[3] üçün GOOGLE-nin sorğu sisteminə inteqrasiya olunmuş xüsusi operatorlardan istifadə olunur.
Aşağıda GOOGLE-də mövcud axtarış operatorları və bunlarla işləmək qaydaları ilə bağlı cədvəl verilmişdir və əsasən Azərbaycanlı Internet istifadəçisi bu operatorlardan tək və ya kompleks şəkildə istifadə edərək Internet mühütündə effektiv axtarış təşkil etmək imkanlarını əldə edəcəyini düşünürəm.


Operator

Mənası

Misal

AND və ya probel

Sorğudakı probel və ya məntiqi AND operatoru vasitəsilə ayrılmış bütün sözləri axtarmaq

virtual təhsil sistemi
sorğusunun yerinə yetirilməsilə, mətnində “virtua”, “təhsil” və “sistemi” sözlər olan sənədlər tapılacaq. Bu sözlər müxtəlif variantlarda, o cümlədən, sıralanmış, tərs sıralanmış, ardıcıl, qeyri-ardıcıl, qonşu və sənədəin müxtəlif yerlərində (aralarında qeyri-axtarış sözləri olmaqla) ola bilərlər.

+

"+" işarəsindən sonra gələn söz axtarış sənədində mütləq olmalıdır.

vts test +ADPU +1.3.65
ADPU-da tətbiq olunmuş vts-test sisteminin 1.3.65-ci relizi ilə bağlı sənədlər siyahisi göstərəcək.

-

"-" işarəsindən sonra gələn söz olan sənəd axtarış nəticəsindən çıxardılacaq.

vts test -ADPU +1.3.65
ADPU-dan başqa vts-test sisteminin 1.3.65-ci relizi ilə bağlı sənədlər siyahisi göstərəcək.

OR

Məntiqi VƏ YA operatoru

vts test 1.3.65 OR 1.3.22
vts test sisteminin 1.3.65 və ya 1.3.22 relizləri ilə bağlı sənədlərin siyahisi görsənəcək.

"..."

Dəqiq söz birləşməsinin axtarılması

"Ədədlərin yazıya keçirilməsi"
Bu ad altında işləyən Excel&VBA proqramının adından istifadə edən sənədlərin siyahisini göstərəcək.

~söz

Göstərilən söz və bu sözün sinonimləri mövcud olan sənədlər siyahisini göstərmək.

~auto parts
"auto" və onun sinonimləri "truck", "саг" və s. özündə saxlayan sənədlərin siyahisi görsənəcək.
Qeyd: Dil məhdudiyyəti var.
Bu variant yalnız(?) ingilis sözlərinə aiddir[4] . Azərbaycan və rus dillərində işləmir.

define:söz

İnternetdə mövcud izahlı lüğətlərdən sözün mənasından bəhs edən sənədlər siyahisini göstərmək.

define:Allah
Alman, Fransız, Holland, Ingilis, Ispan, Koreya, Portuqal, Çex, İtalyan Allah sözünün mənasını izah edən mövcud izahlı lüğət xarakteri daşıyan sənədlər siyahisi çıxacaq[5] .
Qeyd: Dil məhdudiyyəti var.

ədəd1...ədəd2

ədəd1ədəd2 diapozuna aid məlumatları özündə saxlayan sənədlərin siyahisini göstərəcək.

HP computer $300...500
Bu sorğu vasitəsilə qiyməti 300-500USD olan HP kompüterlərlə bağlı informasiyanı özündə saxlayan sənədlər siyahisi görsənəcək.

date:ədəd

Gəstərilmiş ədəd qədər ay əvvəl yaradılmış sənədlərin siyahisini göstərmək.

date:2
2 ay bundan əvvəl yaradılmış sənədlərin siyahisini çıxaracaq.

cache:səhifənin_ünvanı

Ünvanı göstərilmiş sənədin GOOGLE keşindəki sonuncu variantını göstərmək.

cache:http://soft.tusi.biz
Açılan səhifənin yuxarısında GOOGLE-nin keşindəki sorğulanmış sənədin götürülmə tarixi, mətni variantına keçid linki görsənir.

cache:səhifənin_ünvanı söz

Ünvanı göstərilmiş sənədin GOOGLE keşindəki sonuncu variantını və tapılmış sözü işıqlandıraraq göstərmək.

cache:http://soft.tusi.biz vts-test
Açılan səhifənin yuxarısında GOOGLE-nin keşindəki sorğulanmış sənədin götürülmə tarixi, mətni variantına keçid linki görsənir. Bundan başqa sorğudakı söz (vts-test) işıqlandırılmış şəkildə görsənəcək (vizual axtarış üçün).

[link:səhifənin_ünvanı]

Göstərilən ünvana müraciət edən digər səhifələrin siyahisini göstərmək.

[link:soft.tusi.biz]

[related:səhifənin_ünvanı]

Göstərilən səhifəyə oxşar səhifələrin siyahisini göstərmək.

[related:karabakh-doc.azerall.info]

[info:səhifənin_ünvanı]

Səhifənin ünvanına uyğun mövcud olan informasiyalar kateqoriyalarının göstərəcək.

[info:soft.tusi.biz]
soft.tusi.biz səhifəsinin informasiya kateqoriyaları üzrə keçidləri göstərəcək:
- soft.tusi.biz səhifəsinə oxşar səhifələri göstərmək.
- soft.tusi.biz səhifəsinə müraciət edən səhifələri göstərmək.
- soft.tusi.biz saytının GOOGLE keşindəki səhifələrinin siyahisini göstərmək.
- "soft.tusi.biz" müraciətindən istifadə edən səhifələri göstərmək.

[söz site:domen]

Göstərilmiş domendə söz olan sənədlərin siyahisini göstərmək.

[VBA site: soft.tusi.biz]
soft.tusi.biz saytından "VBA" sözünü özündə saxlayan sənədlərin siyahisi görsənəcək.
Məsləhət: Bu imkanı, saytınızda JavaScript vasitəsilə realizə etməklə öz səhifənizə GOOGLE-nin axtarış imkanlarını əlavə edə bilərsiz.

[allintitle:söz1 söz2]

Başlığında söz1, söz2 olan sənədlərin siyahisini göstərmək.

[allintitle: təhsil problem perspektivlər]
Başlığında " təhsil", "problem", "perspektivlər" sözləri olan sənədlər siyahisini göstərəcək.

[intitle:söz1 söz2]

Başlığında söz1 və başlıqda, ya da mətnində söz2 olan sənədlər siyahisini göstərmək.

[intitle: təhsil silsilə]
"təhsil" sözü başlıqda, silsilə sözü mətndə olan sənədlər siyahisini göstərəcək.

[allinurl:söz1 söz2]

Ünvnında söz1, söz2 olan sənədlərin siyahisini göstərmək.

[allinurl:soft az]
Ünvanında "soft" "az" sözləri olan səhifələrin siyahisini göstərəcək.
Qeyd: qeyri-korrekt işləyir.

[inurl:söz1 söz2]

Ünvanında söz1 və ünvanında, ya mətnində söz2 olan sənədlərin siyahisini göstərmək.

[inurl: soft proqramlaşdırma]
Ünvanında "soft" sözü və mətnində "proqramlaşdırma" sözü olan sənədlərin siyahisini göstərəcək.
Qeyd: qeyri-korrekt işləyir.

stocks:aksiyanın_simvolu

Göstərilmiş simvola görə birja aksiyalarından bəhs edən sənədlərin siyahisini göstərmək.

stocks:intc yhoo
Intel və Yahoo şirkətlərinin aksiyaları ilə bağlı sənədlərin siyahisini monitora çıxarır.

Kalkulyator imkanları

+

Toplama

5+6

-

Çıxma

12-5

*

Vurma

5*3

/

Bölmə

10/3

% of

Faizin tapılması

25 % of 50

^

Qüvvətə yüksəltmək

5^3

Axtarış sorğusunu tərtib edərkən bir neçə operatordan kompleks şəkildə istifadə etməklə daha dəqiq axtarış təşkil etmək olar.

Qeydlər


[1] Məsələn, Lycos (http://www.lycos.com), AltaVista (http://www.altavista.com), InfoSeek (http://www.infoseek.com), Excite(http://www.excite.com), AolNetFind (http://www.aol.com/search), HotBot (http://www.hotbot.com) və s.

[2] Bu məlumat bazaları GOOGLE sistemində keş (cache) adlandırılır.

[3] Yəni nisbətən dəqiq axtarış üçün daha optimal sorğununun yaradılması. Belə sorğu üçün GOOGLE axtarış sisteminin operatorlarından istifadə etmək lazımdır.

[4] Digər dillərlə tanış olmadığım üçün yoxlama mümkün olmadı.

[5] Bu siyahidə Azərbaycan dilinin olmaması, ya uyğun terminaloji lüğətin olmamasına və ya bu lüğətlərin düzgün tərtib olunmamasına dəxalət edir. Məsələn, http://az.wiktionary.org düzgün sazlanmayıb.

1 ... 11 12 13 A