Soft bir addım irəlidə...  

VTS-TEST
VTS-TEST sistemi aşağıdakı ali məktəblərdə istismar olunur:

- Azərbaycan Dövlət Pedaqoji Universiteti ( 2007-ci ildən)

- Azərbaycan Memarlıq İnşaat Universiteti (2009-cu ildən)

daha geniş...

Dərsliklər

Məhsullarımız

TSW - unversal, çoxmodullu Web sistem

VTS-TEST - biliklərin yoxlanılması və qiymətləndirilməsi sistemi

AzMum - Web və Poliqrafiya dizaynerləri üçün zəruri olan sistem

TusiProfi - Gənclərəmizə peşə seçimində yardım edəcək ekspert sistem

digər məhsullarımız

Sayğaclar

 
 
 

VTS-də keyfiyyəti idarəetmə mexanizmləri (tezislər)
VTS-də keyfiyyəti idarəetmə mexanizmləri (tezislər)
"Ali təhsildə keyfiyyəti idarəetmə mexanizmi və akkreditasiya" elmi konfransı (17 aprel 2010-cu il)
Etibar Axundov
Təhsil sistemi cəmiyyətin digər sosial institutlarının bünövrəsini təşkil edir. Bu mənada təhsil, milli təhlükəsizlik məsələsi olmaqla, dövlət quruculuğunda ən çox diqqət və nəzarət tələb edən sosisal institutdur. Hal-hazırda təhsil alanların böyük əksəriyyətinin gənclər olduğunu və yaxın gələcəkdə onların mövcud sosial institutlarda bu və ya digər statusda fəaliyyət göstərəcəklərini nəzərə alsaq, təhsilin belə qiymətləndirilməsinin səbəbi tam aydınlaşır...

 

Dövlət

  1. digər sosial institutların tələblərinə cavab verən (təhsildə keyfiyyət),
  2. qloballaşan dünyada mövcud təhsil sisetmləri ilə rəqabətə davamlı[1]
    təhsil sisteminin qurulmasında maraqlıdır.

Dünyada mövcud təhsil sistemlərində əsasən obyektiv xarakter daşıyan ciddi problemlər əmələ gəlib. Təhsildə istehlak olunmalı informasiyanın həcmi[2] həndəsi silsilə ilə artır, nəticədə təhsilin keyfiyyəti aşağı düşür. Təhsil sistemləri sosial instituların müasir tələblərini ödəmir, ya da natamam ödəyir. Bu problemləri törədən 3 əsas prosesi qeyd etmək istərdik:  

  1. İnformasiya daşıyıcılarının dəyişdirilməsi prosesi. 50-cı illərdən başlayaraq[3] rəqəmsal İKT-nın yaradılması və bu texnologiyaların informasiyanın yığılması, ötürülməsi, istehlakı və istehsalına tətbiqi nəticəsində informasiyanın analoq daşıyıcılarının, rəqəmsal daşıyıcılara keçirilməsi prosesi başladı.
  2. Sosial institutların informatlaşdırılması prosesi. 70-ci illərdən başlayaraq İKT-nin “fərdi” xarakter alması ilə sosial institutların informatlaşdırılması prosesi başladı.
  3. İnformasiyanın qlobalaşması prosesi. 90-cı illərdə yaradılmış ümumi istifadə olan İnterent şəbəkəsi və xüsusiləşdirilmiş, korporativ maraqlara xidmət edən Qlobal Şəbəkələrdə dünyanın informasiya qaynaqlarının birləşdirilməsi prosesi başladı.

Dünyanın inkişaf etmiş ölkələri bu proseslərin yaxın gələcəkdə yaradacağı problemləri görərək, öz milli təhsil sistemlərində islahatlar həyata keçirməyə başladılar[4] . Bu islahatlar mərhələli, qeyri-inqilabi formada həyata keçirilir və Ənənəvi Təhsil Sisteminin müxtəlif komponentlərini[5] əhatə edirdi. Əsəsən təhsilin keyfiyyətinin yüksəldilməsi üçün nəzərdə tutulan bu islahatlar bəzi ölkələrdə nəticəsiz oldu, bəzilərində isə əks nəticələrə gətirib çıxardı.

Təhsilin keyfiyyətini yüksəlimək üçün ƏTS komponentlərinin ekstensiv surətdə inkişaf etdirilməsi[6] , istehlak olunan informasiyanın differensasiyası[7] və ya inteqrasiyası[8] , ƏTS-i reanimasiya etmək üçün İKT-nin tətbiqi[9] və s. müvəqqəti olaraq bəzi problemləri həll etsədə, ümumilikdə mövcud və gözlənilən problemləri həll etmək iqtidarında deyil.

Kağız və digər analoq informasiya daşıyıcıları əsasında yaradılmış Ənənəvi Təhsil Sistemləri cəmiyyətin keyfiyyət tələb sifarişlərini yerinə yetirmək iqtidarında deyil. Bu problemin yeganə həlli təhsilin virtuallaşması – Virtual Təhsil Sisteminin yaradılmasıdır. Amma bu zaman nəzərə alınmalı ən vacib məqamlar aşağıdakıdır:   

  1. Analoq sistemlərin[10] , Rəqəmsal sistemlərə[11] transformasiyası, köhnə sistemin imkanları əsasında yaradılmış və tənzimlənən komponentlərin olduğu kimi yeni sistemə innikası[12] səhv addımdır və daha ciddi problemlərin meydana çıxmağına səbəb ola bilər. Rəqəmsal sistemlərin, o cümlədən Virtual Təhsil Sisteminin bütün komponentəri İKT-nın imkanları əsasında yaradılmalı və idarə olunmalıdır.
  2. ƏTS-in reanimasiya cəhdləri yetərsizdir və ƏTS-dəki bütün islahatlar VTS-ə keçidi təmin etmək üçün aparılmalıdır.
  3. ƏTS-dən VTS-ə keçid mərhələli olmalı və qeyri-inqilabi xarakter daşımalıdır.

Bu məqalənin 2-ci hissəsində təhsilin keyfiyyətilə bağlı əsas problemlər sadalanır, 3-cü hissədə isə bu problemlərin VTS vasitəsilə həll edilməsi mexanizmləri göstərilir. Ciddi tədqiqat tələb edən bu mövzunun bir məqalə çərçivəsində tam açıqlanması qeyri-mümkün olduğu üçün, məqalənin növbəti hissələri tezislər şəkilində göstərilib.
VTS bağlı görülmüş işlər, tədqiqatlar haqqında daha geniş məlumatları  http://www.tusi.biz saytının uyğun bölmələrindən əldə edə bilərsiz.

2. Ənənəvi Təhsil Sistemində (ƏTS) keyfiyyət problemi

Aşağıda göstərilənlər təhsilin keyfiyyətinə mənfi təsir göstərən əsas problemlərdir:

  1. Sosial institutların tələblərini tam ödəyən informasiya istehlakının qeyri-mümkünlüyü.
    Burada əsas problemlər:
    1. təlim/tədris üçün nəzərdə tutulan zəruri vaxtın olmaması;
    2. insanın fizioloji/psixi/idrak imkanlarının məhdudluğu;
  2. ƏTS-də ölçü vahidinin olmaması.
    Bu isə təhsilin keyfiyyətinə təsir edən aşağıdakı təhsil komponentlərində ciddi problemlər yaradır:
    1. Biliklərin qiymətləndirilməsinin subyektiv xarakter daşıması[13] və qiymət şkalasının[14] məhdudluğu;
    2. Təhsil iqtisadiyyatı komponentlərinin, o cümlədən, təhsil müəssisəsinin maliyyələşdirilməsi[15] , pedaqoji kadrların əməklərinin qiymətləndirilməsi[16] və s;
    3. Təhsilin keyfiyyətinə nəzarət komponentlərinin, o cümlədən, pedaqoji kadrların attestasiyası, təhsil pilləri arasında keçidə nəzarət[17] , dərslik və metodik vasitələrə nəzarət və s.
  3. Təhsil pillələrinin sayının məhdudluğu.
    Burada əsas problem bir təhsil pilləsindən digərinə keçidə nəzarət, öyrənənin əldə etdiyi biliklərin qiymətləndirilməsi üçün kifayət deyil[18] .
  4. Təhsil standartlarının statik xarakter daşıması.
    Sosial institutların sifarişlərinin təhsil standartlarında öz əksini tapması üçün kifayət qədər uzun müddət tələb olunduğu üçün, yeni təhsil standartları qəbul olunan zaman artıq öz aktuallığını itirmiş olur.
  5. Təhsil müəssisələrinin idarəetmə və nəzarət mexanizmləri.
    Buraya təlim/tədrisdən tutmuş, maliyyə/texniki vəsait/vasitələrinin idarəedilməsinə qədər geniş spektr məsələlər aiddir. ƏTS-in mövcud şaquli və üfüqü idarəetmə/nəzarət mexanizmləri yetərsizdir. Təcrübə göstərir ki, əlavə yeni qurumlar yaratmaqla bu problemləri həll etmək qeyri-mümkündür.

Sadalanan problemləri ƏTS-də mövcud metodlarla həll etmək qeyri-mümkündür. Məqalənin qarşıdakı bölməsində bu problemləri həlli etmək iqtidarında olan Virtual Təhsil Sistemindəki  keyfiyyəti idarəetmə mexanizmlərinin vasitəsilə burada göstərilən problemlərin həlli ilə bağlı tezislər yerləşdirilib.

3. Virtual Təhsil Sistemində (VTS) keyfiyyəti idarəetmə mexanizmləri

VTS aşağıdakı 5 kompleks sistemdən ibarət olacaq:

  1. Ümumi İnformasiya Bankı Sistemi (ÜİBS)
    ƏTS, VTS-lə bağlı rəqəmsal informasiyaları özündə saxlayan sistem olub, GSLA[19] interfeysini dəstəkləməlidir. Digər sistemlərin hazırlanmasında və istismarında zəruri informasiya xidmətini təmin edəcək və s.
  2. Təhsildə Yoxlama, Qiymətləndirmə və Keçid Sistemi (TYQKS)
    Bu sistem aşağıdakı məsələləri həll edəcək:
    1. VTS-in komponentləri üçün ölçü vahid(lər)ini generasiya edəcək[20] ;
    2. Təhsilin kəsilməzliyinə nəzarəti həyata keçirəcək;
    3. Təlim/tədrisin keyfiyyətinə nəzarət mexanizmlərinə malik olacaq;
    4. Sosial institutların kadrlarla təmin edən mexanizmlərə malik olacaq və s.
  3. Təhsildə Təlim/Tədris Sistemi (TTTS)
    Əsasən TSS-in tələblərinə cavab verən Özüöyrədən Ekspert Sistemlərinin yaradılması, istismarı və nəzart mexanizmlərini realizə edəcək. Təlim məsələlərində zəruri olan trenajor sistemlər bu sistemə inteqrasiya olunacaq və s.
  4. Təhsil Standartları Sistemi (TSS)
    Bu sistem İcbari Təhsil Standartlarını və Törəmə İnformasiya Standartlarını idarəedən mexanizmlərə malik olacaq. ƏTS-dən fərqli olaraq bütün standartların dinamik qiymət göstəricilərini müəyyən edən mexanizmlərə malik olacaq, VTS-in digər sistemlərinin giriş parametrlərini müəyyən edəcək  və s.
  5. Təhsilin Avtomatlaşdırılmış İdarəetmə Sistemi (TAİS)
    Təhsil müəssisələrinin idarəedilməsi, nəzarəti bu sistem vasitəsilə həll olunacaq. Şaquli və üfüqi nəzarət mexanizmləri realizə olunacaq və s.       

Sonda onu da qeyd etmək istərdim ki, ADPU-da VTS komponentlərinin tədqiqi, müxtəlif layihələrin hazırlanması, kompleks sistemlərin yaradılması istiqamətində son 2 ildə müəyyən işlər görülməşdür.
VTS layihəsi üzrə “Təhsildə Yoxlama, Qiymətləndirmə və Keçid Sistemi (TYQKS)” kompleks sisteminin növbəti versiyası olan, 2007-ci ildən ADPU-da istismar olunan  VTS-TEST-in  yaradılmasını və paralel aparılan tədqiqiqat işlərimizi dəstəklədiyi üçün, universitetimizin rektoru professor Yusif Məmmədova öz səmimi təşəkkürümü bildirmək istərdim.
Diqqətinizə görə təşəkkür edirəm.

4. Ədəbiyyat

  1. Etibar Axundov. Müasir təhsil sistemləri. Problem və perspektivlər. SBİİYF “Məşvərət” bülleteninin 29 – 35 №-da (İyul, 2000 – Yanvar, 2001)
  2. Etibar Axundov. Virtual Təhsil Sistemi (VTS) haqqında
  3. «Образование в мире на пороге XXI века», М. 1991.
  4. «Образование в современном мире: состояние и тенденции развития», М., 1986.

[1] Başqa sözlə yüksək təhsil texnologiyalarının yaradılmasında.

[2]   80-ci illərin əvvəllərində aparılmış təqribi hesablamalara görə, hər 15 ildən bir yeni texniki sistemlər sinfi yaranır, bu sistemləri yaratmaq üçün lazım olan informasiya toplusu isə hər 8 ildən bir ikiqat artır. «Автоматизация поискового конструирования: (Искуственный интеллект в машинном проектировании)»//Под ред. А.И.Половинкина, М., 1981.

[3] İKT-lə bağlı, 30-40-cı illərdəki işlər elmi-ekspremental xarakter daşıyırdı.

[4] Keçmiş SSRİ-də belə islahatlar 70-ci ilin ortalarına təsadüf edir. Bu islahatlar mövcud təhsil sistemini arzuolunmaz şəkildə “deformasiya” edərək, problemləri həll edə bilmədi. SSRİ kimi böyük bir dövlətin çökməsinin səbəbləri arasında təhsil sisteminin öz “payı” var.

[5] Bunlar təhsilin əsas komponentlərində: təlim/tədris, yoxlama/qiymətləndirmə/keçid, pedaqoji kadrların hazırlanması/ixtisasının dəyişdirilməsi/attestasiya, təhsil iqtisadiyyatı (müəssisələrin maliyyələşdirilməsi, pedaqoqların əməklərinin qiymətləndirilməsi, sosial sifarişlərin yerinə yerinə yetirilməsi), elmi araşdırmaların dövlət və özəl sektor tərəfindən dəstəklənməsi, təhsilə yardım məqsədi güdən vergi sisteminin yaradılması və s. (daha geniş http://soft.tusi.biz/ts_general/azl/kitabxana/article/art-10.htm sənədində)

[6] Pedaqoji kadrların sayının artılılması, auditoriyadakı öyrənənlərin sayının azaldılması, pedaqoqların dərs yükünün azaldılması və s.

[7] Orta təhsil pilləsində ixtisaslaşmış siniflərin yaradılması bir çox fənlər üçün nəzərdə tutulmuş zəruri dərs yükünün azalmasına səbəb olmuş və bu da öz növbəsində “funksional savadsız”lığın yüksəlməsinə səbəb olmuşdur. Məsələn, 1978-ci ildə “Krisçen Sayens Monitor” sorğular əsasında, ABŞ-da 23 milyon “funksional savadsız”ın olmasını elan etdi.

[8] Fərqli informasiyaların inteqrasiyası isə yalnız bugünün tələblərinə “cavab” verən fənn/ixtisasların yaranmasına bu isə yaxın gələcəkdə yeni problemlərin yaranmasına səbəb olur.

[9] Məsələn, distant təhsil zaman və məkanla bağlı təhsil problemlərini bu və ya digər formada həll etsədə, keyfiyyətin yüksəlməsinə yardım edə bilmədi.

[10] Bizim halda ƏTS-in

[11] İKT əsasında yaradılacaq sistemə (Virtual Təhsil Sisteminə)

[12] Məsələn, informasiyanın elektron variantında analiz mexanizmləri realizə olunmayıbsa (PDF, DJVU formatı), onun kağız variantından çox cüzi üstünlüklərlə fərqlənir və gözlərdə problemlər yarada bilər.

[13] Müəllimin öhdəsinə buraxılır

[14] Müəllim daha dəqiq, məsələn 100 ballıq şkala ilə qiymətləndirmə mexanizmlərinə malik deyil.

[15] Təhsil müəssisəsinin maliyyələşdirilməsi meyarlarının subyektiv xarakter daşıması.

[16] Tədris yükü, Staj, elmi/pedaqoji ad və s. ƏTS-də istifadə olunan əsas qiymətləndirmə parametrləri kimi istifadə olunur.

[17] Orta/ali məktəblərdə imtahanları, ali məktəbə qəbul imtahanları, təhsilin bakalavr, maqist, doktorantura pillələrinə keçmək üçün nəzərdə tutulmuş imtahanlar.

[18] Çünkü nəzarət (imtahan) bütün mövzuları deyil, təsadüfü seçilmiş mövzuları əhatə edir.

[19] Qlobal Search Library Analiz - Qlobal Axtarış, Kitabxana, Analiz

[20] Məsələn, “Pedaqoji nəticələrə görə, əmək haqqının hesblanması”, “Təhsil müəssisələrinin   maliyyələşdirilməsi”, “Pedaqoji kadrların attestasiyası”, “Təhsil strukturlarının   fəaliyyətlərinin analizi” və d. alt-sistemlər hesablama parametrlərini bu bazadan götürəcək. (TAİS)

1 ... 10 11 12 13 A