Soft bir addım irəlidə...  

VTS-TEST
VTS-TEST sistemi aşağıdakı ali məktəblərdə istismar olunur:

- Azərbaycan Dövlət Pedaqoji Universiteti ( 2007-ci ildən)

- Azərbaycan Memarlıq İnşaat Universiteti (2009-cu ildən)

daha geniş...

Dərsliklər

Məhsullarımız

TSW - unversal, çoxmodullu Web sistem

VTS-TEST - biliklərin yoxlanılması və qiymətləndirilməsi sistemi

AzMum - Web və Poliqrafiya dizaynerləri üçün zəruri olan sistem

TusiProfi - Gənclərəmizə peşə seçimində yardım edəcək ekspert sistem

digər məhsullarımız

Sayğaclar

 
 
 

Kitab və dərsliklər

Kitab və dərsliklərimiz

ADPU-nin Riyaziyyat fakultəsinin, İnformatika ixtisası üzrə 2009-cu ildən seçmə fənn - "Müasir proqramlaşdırmanın əsasları: Excel&VBA" tədris edilir. Bütün mühazirələr və seminarlar bu dərslik əsasında təşkil olunublar. Dərsliyin fəsilləri və bölmələri fənnin tədris proqramı əsasında keçirilir. Bu dərslik Azərbaycan Respublikasında böyük ehtiyac duyulan proqramçı-müəllimlərin hazırlanması işinə yardım etmək üçün hazırlanıb və Başlanğıc, Orta, Peşəkar səviyyədə mütəxəsislərin hazırlanması üçün nəzərdə tutulub.
Əldə etdikləri səviyyədən asılı olaraq (Başlanğıc, Orta, Peşəkar), tələbələr gələcək əmək fəaliyyətlərini təhsil müəssisələri ilə yanaşı qeyri-profil sahələrdə Tətbiqi Sistemlər üzrə peşəkar proqramçı statusunda qura bilərlər.

daha geniş...

JavaScript

Dinamik Web səhifələri yaratmaq üçün istifadə olunan JavaScript haqqında geniş məlumat verilməklə yanaşı, müxtəlif Internet bələdçilərdə bu AD-nin "necə özünü aparması" haqda zəruri məlumatlar yerləşdirilib. Kliyent maşında işləyən bu AD-in tətbiqi ilə bir neçə geniş yayılmış məsələnin həll yolları kitabda öz əksini tapıb. Kitab Başlanğıc, Orta, Peşəkar səviyyədə Web proqramçıların hazırlanmasına yardım məqsədi ilə hazırlanıb. Bu kitabdan həm uyğun kurslarda, həm də ali məktəblərdə dərslik kimi istifadə oluna bilər.

daha geniş...

Bu "WEB texnologiyaların əsasları" silsiləsindən ilk kitab olmaqla yanaşı, nəzərdə tutulmuş "Virtual Dərslik"-lərdən birincisidir. Kitab HTML və DHTML texnologiyaları sərbəst öyrənmək istəyənlər üçün nəzərdə tutulub.

daha geniş...

Peşəkar proqramçılar üçün nəzərdə tutulmuş bu kitab 3 alqoritmik dil - C, C++, C# haqqında olub, oxşar və fərqli cəhətlərini göstərməklə yanaşı, modul və Obyektə Yönəlmiş Proqramlaşdırma (OYP) imkanları geniş şərh olunur. Əldə olunan nəzəri məlumatlar vasitəsilə müxtəlif TPS-in yaradılması işinə tətbiq olunur.
Müasir İKT, Web səhifələrə müxtəlif proqramlaşdırılmış animasiya fayllarını (2D və 3D) qoşmaq imkanları verir. Özüöyrədən Web sistemlər bu müasir texnologiyalar əsasında yaradılır. Bu kitabda əsasən MacroMedia Flash animasiya sistemi və bu sistemə inteqrasiya olunmuş Action Script AD-öyrənilir. Kitab əsasən HTML&DHTML fayllara animasiya obyektlərinin yerləşdirilmə qaydalarına həsr olunub...
Web səhifələri qrafikasız təsəvvür etmək qeyri-mümkündür. Loqotip, CSS və komponentlər qrafikanın tətbiqi və ya qrafika nəzərə alınaraq yaradılır. Peşəkar Web dizaynerlər üçün nəzərdə tutulmuş bu kitab, cəlbedici Internet səhifələrin hazırlanmasına yardım etmək üçün nəzərdə tutulub...
Müasir Obyektə Yönəlmiş Proqramlaşdırmanı Sun şirkətinə məxsus olan JAVA alqoritmik dili olmadan təsəvvür etmək qeyri-mümkündür. Platformadan asılı olmaması bu dili proqramçıların diqqətini daim cəlb edir. Müasir mobil texnologiyaların əksəriyyətinin proqram təminatı əsasən JAVA-da realizə olunub. Kitab 3 səviyyəlidir: Başlanğıc, Orta, Peşəkar. Kitabda JAVA apletlərin yaradılmasına xüsusi fikir verilib...
Müasir Web proqramlaşdırma vasitələri arasında PHP alqoritmik dili ən üstün mövqelərdən birini tutur. Beləki, Interentdəki Web səhifələrin böyük əksəriyyəti (son hesablamalara görə 70%) məhz bu AD vasitəsilə realizə olunur. Təqdim olunan bu kitab Apache serverdə işləyən PHP alqoritmik dilinə və MySQL İOBS-ə (İdarə Olunan Bazalar Sistemi) həsr olunub və Başlanğıc, Orta, Peşəkar səviyyəli proqramçı olmaq istəyənlərə yardım məqsədilə hazırlanıb.

Bu kitabda əsasən aşağıdakı məsələlərə həsr olunub:

  • Kod, modul, Obyektə Yönəlmiş proqramlaşdırmaların mahiyətini, onlar arasında fərqləri göstərmək;
  • Qarışıq proqramlaşdırma;
  • Mikro və Makro alqoritmlərin hazırlanması;
  • Tətbiqi Proqram Sistemlərinin yaradılma mərhələləri.

Dərslik əsasən Başlanğıc və Orta səviyyəli proqramçılar üçün nəzərdə tutulub və bu səviyyələrə görə oxucudan müəyyən hazırlıq tələb edir.

Müasir TPS-də mətnlər üzərində effektiv işi Requlyar İfadələrsiz təsəvvür etmək qeyri-mümkündür. Requlyar İfadələrin sintaksisinin mürəkkəbliyi onlardan istifadədə kifayət qədər böyük problemlər yaradır. Kitab bu problemləri həll etmək üçün nəzərdə tutulub. Kitabda müxtəlif alqoritmik dillərdə, o cümlədən, PERL, PHP, C++, C#, JAVA-da praktik məsələlərin həllində Requlyar İfadələrdən istifadə qaydaları geniş şərhlərlə yer alıb. Kitab əsasən peşəkar proqramçılar üçün nəzərdə tutulub.
Bu kitab MicroSoft şirkətinə məxsus, VisualStudio.Net paketinin VisualBasic.Net AD-nə həsr olunub. Bu alqoritmik dilin VisualBasic6-dan fərqləri geniş izah olunmaqla yanaşı, dilin vahid layihə kimi VCpp.Net, VCsh.Net AD-lə birgə işi haqqında da proqramçılar üçün kifayət qədər maraq kəsb edəcək bölmələr yerləşdirilib.