Əlavə1: HTML idarəetmə kodlarının (tag) izahlı cədvəli (I)
WEB texnologiyaların əsasları: HTML&DHTML -in əsasları (yeni öyrənənlər üçün)
 
I, IFRAME, IMG, INPUT

İdarəetmə kodu

İzahı

I Bu idarəetmə kodu göstərilən mətn hissəsini kursiv göstərmək üçün nəzərdə tutulub. İK-in bağlayıcısı </i> -dır və zəruridir.

Misal:

Bu elektron kitabın adı <i>"WEB texnologiyaların əsasları: HTML&DHTML -in əsasları"</i>-dır və kursivlə yazılıb.

Web baxıcıda aşağıdakı kimi görünəcək:

Bu elektron kitabın adı "WEB texnologiyaların əsasları: HTML&DHTML -in əsasları"-dır və kursivlə  yazılıb.
IFRAME

Bu İK vasitəsilə göstərilmiş faylı yükləmək üçün nəzərdə tutulmuş pəncərə müəyyən olunur. Bağlayıcı </iframe> bağlayıcısı vacibdir

Xüsusiyyətləri:

  • frameborder
    freymin çərçivəsini müəyyən edir. 1-çərçivə var, 0-çərçivə yoxdur. Sükuta görə bu parametrin qiyməti 1-dir.
  • height
    freymin hündürlüyü
  • name
    freymin adı. Bu parametrdən istifadə edərək dinamik şəkildə freymə fayllar yükləmk olar.
  • scrolling
    bu parametr vasitəsilə freymdə skrolinq müəyyənləşdirilir. 1) auto - Vebbaxıcı freymə skrolinqin lazım olub-olmadığını özü müəyyənləşdirir. 2) yes - skrolinq var 3)  no - skrolinq yoxdur
  • src
    freymə yüklənəcək faylın ünvanı
  • width
    freymin eni

Misal:

<html>
<head>
<meta http-equiv="Content-Type" content="text/html; charset=utf-8">
<title>E_IFRAME</title>
</head>
<body>
<p>Aşağıda IFRAME vasitəsilə düzəldilmiş pəncərə yerləşdirilib:</p>
<iframe name="MyIFrame1" src="e_FileLoadToIFRAME.htm" scrolling="auto" frameborder="1" height="300" width="600">
IFRAME vasitəsilə düzəldilmiş pəncərə
</iframe>
</body>
</html>

Web baxıcıda görnüşü

Qeyd:

<iframe> İK-u <frame> İK-na nisbətən daha çox istifadə olunur. Hər iki İdaretmə kodu müxtəlif səhifələri eyni bir səhifəyə yükləmək üçün nəzərdə tutulsada, <iframe> vasitəsilə səhifənin ölçülərinə məhdudiyyət qoyulmayıb. Bu isə öz növbəsində istənilən ölçülü səhifəni Vebbaxıcının skrolinqi ilə baxmaqa imkanı verir. Bundan başqa, <iframe>-in name/id xüsusiyyətlərindən  istifadə edərək, klient AD-si olan JavaScript vasitəsilə tam funksional veb səhifələr yaratmaq olar. (Bu dərslərdə daha geniş anladılır)

IMG Bu İK vasitəsilə səhifəyə şəkil yerləşdirmək olar. göstərilmiş faylı yükləmək üçün nəzərdə tutulmuş pəncərə müəyyən olunur. Bağlayıcı yoxdur.  GIF, JPG, JPEG, PNG tipli şəkilləri bu İK vasitəsilə səhifəyə yerləşdirmək mümkündür. Şəkilə link vermək üçün <img> İK-ni <a href= İK-u ilə bağlayıcısı arasında yerləşdirmək lazımdır.  <a href=...><img src="HTML_DHTML_book.jpg"></a>

Xüsusiyyətləri:

  • src
    şəkilin URL ünvanını göstərir
  • align
    şəkili sənədin daxilində nizamlamaq üçün nəzərdə tutulub və left,  right, bottom, top, middle qiymətlərini ala bilər.
  • alt
    şəkilə mətn bağlayır.
  • border
    şəkil ətrafında çərçivənin qalınlığını müəyyən edir
  • height
    şəkilin səhifədə görünəcək hündürlüyünü müəyyən edir.
  • hspace
    şəkilin sağ və sol tərəfində boşluğun ölçüsünü müəyyən edir.
  • vspace
    şəkilin yuxarı və asağı tərəfində boşluğun ölçüsünü müəyyən edir.
  • width
    şəkilin səhifədə görünəcək enini müəyyən edir.

Misal:

<img border="0" src="../../../about/HTML_DHTML_book.jpg" width="120" height="150" align="right" alt="&quot;WEB texnologiyaların əsasları: HTML&amp;DHTML -in əsasları&quot; kitabının üz qabığı">

Web baxıcıda aşağıdakı kimi görünəcək:

"WEB texnologiyaların əsasları: HTML&DHTML -in əsasları" kitabının üz qabığı

INPUT Bu idarəetmə kodu idarəetmə elementlərinin yaradılması üçün istifadə olunur. Bağlayıcıya ehtiyac yoxdur. Bu teq əsasən TYPE xüsusiyyətilə birgə istifadə olunur.

Xüsusiyyətləri:

  • title
    üzəçıxan köməkçi ifadə
  • value
    idaretmə elemeninin görsənən mətnini müəyyən edir
  • size
    TEXT idarəetmə elementində yazılacaq simvolların sayını göstərir.
  • maxlength
    TEXT idarəetmə elementinə daxil ediləcək simvolların maksimal sayını müəyyən edir.
  • checked
    CHECKBOXRADIO elementlərinin ilkin vəziyyətini müəyyən edir. True və False qiymətlərini alır. sükuta görə aldığı qimət False-dir
  • type
    yaradılan elementi müəyyən edir və aşağıdakı qiymətləri ala bilər:
    • text 
      mətn daxil etmək üçün sətr yaradır.
    • password
      şifrələnmiş mətn daxil etmək üçün sətr yaradır. Daxil edilmiş simvoldan asılı olamayaraq yalnız "*" (ulduz simvolları ) görsənir.
    • checkbox
      çox seçimli qeyd açar elementi yaradır. Belə tip elementlərin bir neçəsini seçmək olar.
    • radio
      bir seçimli qeyd açar elementi yaradır. Bu tip elementlərin yalnız birini seçmək olar.
    • file
      lokal faylları seçmək elementi yaradır. Lokal diskdə olan fayl seçiləndən sonra, faylın adı elementin mətni sətrinə düşür.
    • hidden
      istifadəçi üçün görünməz element yaradır. Bu element vasitəsilə vebbaxıcıya əlavə məlumatlar göndərmək olar.
    • image
      şəkil formasında düymə yaradır.
    • button
      standart düymə yaradır.
    • submit
      sorğunu göndərmək düyməsi yaradır.

    • reset
      bağlandığı formanı təzələmək düyməsini yaradır
  • style
    elementin müxtəlif stillərini müəyyənləndirir. Məsələn bu xüsusiyyət vasitsilə elementin hündürlüyünü, enini, rəngini, istifadə olunan şriftin növünü və s. müəyyənləşdirmək olar.

Bu İK əsasən <form> İK ilə birgə işlədilir.

Misal:

<form method="POST" action="e_post.php">
<table border="0" cellpadding="3" cellspacing="3" style="border-collapse: collapse" width="100%" id="table1">
<tr>
<td valign="top">Mətni sahə elementi
<input type="text" name="T1" size="20" title="Mətni sahə elementi"><p>Şifrələnmiş
mətni sahə elementi <input type="password" name="T2" size="20"></p>
</td>
<td valign="top">
<p><input type="checkbox" name="C1" value="ON"> Çox seçimli açar sahəsi 1</p>
<p><input type="checkbox" name="C2" value="ON"> Çox seçimli açar sahəsi 2</p>
<p><input type="checkbox" name="C3" value="ON"> Çox seçimli açar sahəsi 3</p>
</td>
<td valign="top">
<p><input type="radio" value="V5" checked name="R1"> Bir seçimli açar sahəsi 1<p>
<p><input type="radio" value="V6" name="R1"> Bir seçimli açar sahəsi 2</p>
<p><input type="radio" value="V7" name="R1"> Bir seçimli açar sahəsi 3</p>
<p><input type="radio" value="V8" name="R1"> Bir seçimli açar sahəsi 4</p>
</td>
</tr>
<tr>
<td valign="top">Şəkilli düymə<p>
<input type="image" value="Img123" src="../../../about/HTML_DHTML_book.jpg" name="ImgButton"></p>
</td>
<td valign="top">
<input type="button" style="color: red" value="Qırmızı hərfli düymə" name="ColorButton">
<input type="button" style="color: red; font-size: 14pt; background-color:yellow" value="Qırmızı hərfli(14pt) sarı düymə" name="ColorButton">
</td>
<td valign="top">&nbsp;</td>
</tr>
</table>
<p><input type="submit" value="Sorğunu göndərmək" name="B1">
<input type="reset" value="Formanı təmizləmək" name="B2"></p>
</form>
 

Web baxıcıda görnüşü