Əlavə1: HTML idarəetmə kodlarının (tag) izahlı cədvəli (H)
WEB texnologiyaların əsasları: HTML&DHTML -in əsasları (yeni öyrənənlər üçün)
 
Hx, HEAD , HR , HTML

İdarəetmə kodu

İzahı

Hx Bu İdarəetmə Kodları başlıqlar üçün nəzərdə tutulub və bağlayıcı zəruridir. HTML-də 6 səviyyəli başlıq mövcuddur və uyğun olaraq <h1>, <h2>, ..., <h6> ilə işarələnir. <h1> İK-lu başlıq ən böyük, <h6> İK-lu başlıq ən kiçik başlıqdır.

Bəzi xüsusiyyətləri:

  • align
    Başlığın mətnə nisbətən yerini müəyyən edir və aşağıdakı qiymətləri ala bilər:
    • center
      mərkəzdə
    • left
      sol tərəfdə
    • right
      sağ tərəfdə
  • title
    üzəçıxan köməkçi ifadə

Misal:

<h1 align="center">Mərkəzə doğru nizamlanmış ən iri başlıq(H1) </h1>
<h2 align="right">Sağa doğru nizamlanmış başlıq (H2)</h2>
<h6>Sükuta görə sola doğru nizamlanmış ən kiçik başlaq (H6)</h6>

Web baxıcıda görnüşü:

Mərkəzə doğru nizamlanmış ən iri başlıq(H1)

Sağa doğru nizamlanmış başlıq (H2)

Sükuta görə sola doğru nizamlanmış ən kiçik başlaq (H6)
HEAD Bu İK-u Web baxıcıda görsənməyən, amma HTML sənəd üçün zəruri olan məlumatları saxlayan konteynerdir. Həm <head> teqi, həm də </head> bağlayıcısı qeyri-zəruridir.
HR Bu teq HTML sənəddə üfüqi xətt yerləşdirmək üçün nəzərdə tutulub. Bağlayıcı İK-na ehtiyac yoxdur.

Bəzi xüsusiyyətləri:

  • size
    xəttin qalınlığını müəyyə edir
  • width
    xəttin uzunluğunu (piksel və ya faizlə) müəyyən edir
  • noshade
    kölgəsiz xətt yaradır
  • color
    xəttin rəngini müəyyən edir.

Misal:

Bu yazının altından qalın yaşıl xətt çəkilib <hr size=5 color="green">

Web baxıcıda görnüşü:

Bu yazının altından qalın yaşıl xətt çəkilib


Qeyd:

Xəttin rəngi İE baxıcısında görsənir, Opera baxıcısında görsənmir.

HTML Bu İK-u konteyner xüsusiyyəti daşıyır və Web baxıcıya sənədin HTML sənəd olmasını bildirir. Həm <html>, həm də </html> bağlayıcısı qeyri-zəruridir.