Əlavə1: HTML idarəetmə kodlarının (tag) izahlı cədvəli  (F)
WEB texnologiyaların əsasları: HTML&DHTML -in əsasları (yeni öyrənənlər üçün)
 
FIELDSET, FONT, FORM, FRAME, FRAMESET

İdarəetmə kodu

İzahı

FIELDSET Mətn və digər obyektlərin ətrafına çərçivə çəkir və konteyner xüsusiyyəti daşıyır. Bağlayıcı </fieldset> vacibdir.

Misal

<fieldset style="width: 180; height: 210">Bu Azərbaycanın xəritəsidir:<p>
<img border="0" src="e_area_map.gif" width="204" height="170"></p>
</fieldset>

Web baxıcıda aşağıdakı kimi görünəcək:

Bu Azərbaycanın xəritəsidir:

FONT Bu İK-u HTML səhifələrin tərtibatında ən çox istifadə olunan teqlərdən biridir. Əsasən mətnin şriftini, rəngini, ölçülərini müəyyən edir. Bağlayıcı teq (İK) vacibdir.

Bəzi xüsusiyyyətlər:

  • color
    RRGGBB - modeli əsasında şriftin rəngini müəyyən edir.
  • face
    Şriftin özünü müəyyən edir.
  • size
    Şriftin ölçüsünü müəyyən edir. HTML formatda 1-dən 7-yə qədər qiymət ala bilər (sükuta görə 3-dür).

Misal:

<font size="1" color="red">Ölçüsü 1, qırmızı rənngli mətn</font><br><br>
<font size="2" color="green">Ölçüsü 2, yaşıl rənngli mətn</font><br><br>
<font size="3" color="blue">Ölçüsü 3, mavi rənngli adi mətn</font><br><br>
<font size="4" color="#99CC00">Ölçüsü 4, #99CC00 rənngli mətn</font><br><br>
<font size="5" color="#FFCC00">Ölçüsü 5, #FFCC00 rənngli mətn</font><br><br>
<font size="6" color="#CC6600">Ölçüsü 6, #CC6600 rənngli mətn</font><br><br><br>
<font size="7" color="#003399">Ölçüsü 7, #003399 rənngli mətn</font><br><br>

Web baxıcıda aşağıdakı kimi görünəcək:

Ölçüsü 1, qırmızı rənngli mətn

Ölçüsü 2, yaşıl rənngli mətn

Ölçüsü 3, mavi rənngli adi mətn

Ölçüsü 4, #99CC00 rənngli mətn

Ölçüsü 5, #FFCC00 rənngli mətn

Ölçüsü 6, #CC6600 rənngli mətn


Ölçüsü 7, #003399 rənngli mətn

FORM Bu İK-u müxtəlif elementlər üçün nəzərdə tutulmuş konteyner olub, klient kompüterdən məlumatların serverə ötürülməsi üçün nəzərdə tutulub. Bağlayıcı </form> İK-u vacibdir.

Bəzi xüsusiyyyətlər:

  • action
    klient kompüterə yüklənəcək səhifənin ünvanını göstərir
  • method
    Serverə göndərilən məlumatın ötürülmə metodu göstərilir. Bu xüsusiyyət 2 qiymət ala bilər: GET və POST
  • name
    Formanın adı. Bu xüsusiyyət klient və ya server skriptlərinin forma konteynerində olan elementlərin emalına xidmət edir.

Misal:

<form method="POST" action="e_post.php">
<p>Adınızı: <input type="text" name="T1" size="20"> və Şifrənizi:
<input type="password" name="T2" size="20"> daxil edin.</p>
<p><input type="submit" value="Göndərmək" name="B1"></p>
</form>

Web baxıcıda aşağıdakı kimi görünəcək:

Adınızı: və Şifrənizi: daxil edin.

Qeyd:

  1. Ümumiyyətlə bu İK-u ən çox istifadə olunduğu üçün, onun bütün xüsusiyyətlərini yaxşı bilmək məsləhətdir.
  2. Bu haqda dərslərimizdə daha geniş təfsir verilir.
FRAME

Bu İK-u <frameset> </frameset> konteynerinin tərkib hissəsidir. src xüsusiyyəti vasitəsilə bu freymə HTML sənəd yüklənir. Bağlayıcı teqə ehtiyac yoxdur.

Bəzi xüsusiyyyətlər:

  • name
    Freymin adını müəyyən edir. Bu xüsusiyyətdən istifadə edərək skriptlər vasitəsilə freymə dinamik şəkildə başqa HTML səhifələr yükləmək olar.
  • src
    Freymə yüklənmiş HTML sənədin ünvanını göstərir
  • noresize
    Bu xüsusiyyət (əgər olarsa) Web baxıcıya bildirir ki, freymin ölçülərinin dəyişmək olmaz.

Misal:

<html>
<head>
<meta http-equiv="Content-Type" content="text/html; charset=utf-8">
<title>Freymlər</title>
</head>
<frameset rows="64,*,64">
  <frame name="top" scrolling="no" noresize target="contents" src="e_frame_top.htm">
  <frameset cols="250,*">
  <frame name="contents" target="main" src="e_frame_left.htm">
  <frame name="main" src="e_frame_right.htm">
  </frameset>
  <frame name="bottom" scrolling="no" noresize target="contents" src="e_frame_bottom.htm">
<noframes>
<body>
<p>Web baxıcı freymləri dəstəkləmirsə bu məlumat görünəcək</p>
</body>
</noframes>
</frameset>
</html>

Web baxıcıda görünüşü. (Bu ayrıca səhifə şəkildə yüklənəcək)

Qeyd:

<frameset> və <frame> vasitəsilə WEB səhifəyə eyni zamanda bir neçə HTML yükləməklə tam funksional sayt yaratmaq olar. İnternet şəbəkəsində freymlər əsasında yaradılmış WEB saytlara rast gəlmək olar. Bu üsulun öz +ları və -ları var.
 

FRAMESET Bu teq <frame></frame> İK-ı(teqləri) üçün nəzərdə tutulmuş konteynerdir.Bağlayıcı teq - </frameset> vacibdir. <frameset> WEB səhifəni həm üfiqi, həm də şaquli bölə bilər.

Bəzi xüsusiyyyətlər:

  • rows
    üfiqi freymlər üçün nəzərdə tutulub.
  • cols
    şaquli freymlər üçün nəzərdə tutulub