Əlavə1: HTML idarəetmə kodlarının (tag) izahlı cədvəli  (E)
WEB texnologiyaların əsasları: HTML&DHTML -in əsasları (yeni öyrənənlər üçün)
 
EM

İdarəetmə kodu

İzahı

EM </em> bağlayıcısı zəruridir. Bu İK vasitəsilə mətnin vacib hesab olunan hissəsini göstəririk. Bu İK-nun təsiri altında olan mətn hissəsi kursivlə görsənəcək. <i> İK-nın analoqudur.

Misal

Mətnin bu hissəsi adidir, <em>bu hissə isə vacibdir</em>. Yenə adi mətn gedir.

Web baxıcıda aşağıdakı kimi görünəcək.

Mətnin bu hissəsi adidir, bu hissə isə vacibdir. Yenə adi mətn gedir.