| İdarəetmə kodu | İzahı | |||||||||
| CAPTION | Bu İK səhifədə yerləşdirilmiş cədvəlin başlığını müəyyən etmək üçün nəzərdə tutulub. </caption> bağlayıcısı zəruridir. <caption> İK-u <table> İK-dan dərhal sonra gəlir. <table> İK-u özündə yalnız bir <caption> teqi saxlaya bilər. Bəzi xüsusiyyyətlər:
Misal:<table border="2" cols="3" bgcolor="#FFFFCC"> Web baxıcıda aşağıdakı kimi görünəcək:
| |||||||||
| CENTER | Bu İK-nun bağlayısı </center> -dir və zəruridir. Bu teqlər arasındakı bütün elementlər Web baxıcının mərkəzində çıxacaq.Qeyd:Bu İK daxilindəki align xüsusiyyətli elementlərə təsir göstərmir. Bu səbəbdən çox az istifadə olunur. Bu effekti (mərkəzləşdirmə) əldə etmək üçün CSS-dən isifadə etmək məqsədəuyğundur. | |||||||||
| CITE | Bu teq(İdarəetmə Kodu) sitat, kitabın adını mətndə ayırmaq üçün istifadə dilir. Bağlayıcısı vacibdir. Bu İK-nun təsiri altında olan mətn Web baxıcıya kursivlə(əyri xətlə) çıxır.Bəzi xüsusiyyyətlər:
Misal:İndi oxuduğumuz hissənin adı <cite title="WEB texnologiyaların əsasları: HTML&DHTML -in əsasları (yeni öyrənənlər üçün) kitabının əlavələr bölməsindən">Əlavə1: HTML idarəetmə kodlarının (tag) izahlı cədvəli (C)ı</cite> -dır Web baxıcıda aşağıdakı kimi görünəcək:İndi oxuduğumuz hissənin adı Əlavə1: HTML idarəetmə kodlarının (tag) izahlı cədvəli (C) -dır | |||||||||
| CODE | Əsasən mətndə xırda proqram kodlarını işarələmək üçün istifadə olunur. Mətn monoşir şriftlə çıxır. Bağlayıcı İK vacibdir. Bəzi xüsusiyyyətlər:
Misal:<code title="PHP-də Requlyar İfadələrə aid funksiya"> int preg_match_all (string pattern, string subject, array matches [, int flags])</code> Web baxıcıda aşağıdakı kimi görünəcək:
|