Əlavə1: HTML idarəetmə kodlarının (tag) izahlı cədvəli (!)
WEB texnologiyaların əsasları: HTML&DHTML -in əsasları (yeni öyrənənlər üçün)
 
!

İdarəetmə kodu

İzahı

! Bu İK-u vasitəsilə HTML sənəddə müəyyən hissələri görünməz etmək olar. Kommentariya xüsusiyyətli olub <!-- ...-->  daxilinə aldığı mətnin Veb Baxıcıda görsənməsinə imkan vermir. Əsasən <script> teqində istifadə olunur. Köhnə Veb Baxıcılar skriptləri emal edə bilmir. Bu səbəbdən <script> teqtindəki kodlar kommentariya şəkilində göstərmək lazım gəlir.

Misal:

<!-- bu kommentariya Veb Baxıcıda görsənmir --> <a href="#">Bu linki isə görürsüz</a>

Web baxıcıda aşağıdakı kimi görünəcək:

Bu linki isə görürsüz.