| İdarəetmə kodu | İzahı |
| B | Bu idarəetmə kodu göstərilən mətn hissəsini qalın göstərmək üçün nəzərdə tutulub. İK-in bağlayıcısı </b> -dır və zəruridir.Misal:Bu elektron kitabın adı <b>"WEB texnologiyaların əsasları: HTML&DHTML -in əsasları"</b>-dır və qalın hərflərlə yazılıb. Web baxıcıda aşağıdakı kimi görünəcək:Bu elektron kitabın adı "WEB texnologiyaların əsasları: HTML&DHTML -in əsasları"-dır və qalın hərflərlə yazılıb. |
| BASE | Bu idarəetmə kodu əsasən başqa internet mənbələrdə yerləşmiş səhifələri, href xüsusiyyətində tam ünvanı göstərmədən, yükləmək üçün nəzərdə tutulub. Bu İK-nun bağlayıcısı yoxdur və <head> </head> teqləri arasında yazılmalıdır.Misal:Aşağıdakı misalda http://www.soft.tusi.biz interenet resursunda yerləşmiş məqalənin <base> teqindən istifadə edərək yükləmək üsulundan istifadə olunub. <html> |
| BGSOUND | Bu idarəetmə kodu vasitəsilə yüklənmiş səhifəyə üçün fon musiqi/səs qoşmaq mümkündür. Bu teqin bağlayıcısı yoxdur. Xüsusiyyətləri
Misal:<html> |
| BIG | Bu İK-u mətnin hər hansı bir hissəsinin daha iri görsənməsi üçün istifadə olunur. Bu teqin bağlayıcısı var.Misal:Bu <big>kompüter texnologiyalarının əsasları</big> silsiləsindən ilk kitabdır. Web baxıcıda aşağıdakı kimi görünəcək:Bu kompüter texnologiyalarının əsasları silsiləsindən ilk kitabdır. |
| BLOCKQUOTE | İK-u əsasən sitatlar üçün nəzərdə tutulub. Sitat mətni sol və sağ tərəfdən mərəkəzə doğru yığılır. Bu sitat kimi nəzərdə tutulmuş mətni daha oxunaqlı edir. Bağlayıcı </blockquote> bağlayıcısı zəruridir. Misal:<blockquote>Bu çox sətirli sitatdır... Bu çox sətirli sitatdır... Bu çox sətirli sitatdır... Bu çox sətirli sitatdır... Bu çox sətirli sitatdır... Bu çox sətirli sitatdır... Bu çox sətirli sitatdır... Bu çox sətirli sitatdır... Bu çox sətirli sitatdır... Bu çox sətirli sitatdır... Bu çox sətirli sitatdır... Bu çox sətirli sitatdır... Bu çox sətirli sitatdır... Bu çox sətirli sitatdır... Bu çox sətirli sitatdır... Bu çox sətirli sitatdır... Bu çox sətirli sitatdır... Bu çox sətirli sitatdır... Bu çox sətirli sitatdır... Bu çox sətirli sitatdır... </blockquote> Web baxıcıda aşağıdakı kimi görünəcək:Bu çox sətirli sitatdır... Bu çox sətirli sitatdır... Bu çox sətirli sitatdır... Bu çox sətirli sitatdır... Bu çox sətirli sitatdır... Bu çox sətirli sitatdır... Bu çox sətirli sitatdır... Bu çox sətirli sitatdır... Bu çox sətirli sitatdır... Bu çox sətirli sitatdır... Bu çox sətirli sitatdır... Bu çox sətirli sitatdır... Bu çox sətirli sitatdır... Bu çox sətirli sitatdır... Bu çox sətirli sitatdır... Bu çox sətirli sitatdır... Bu çox sətirli sitatdır... Bu çox sətirli sitatdır... Bu çox sətirli sitatdır... Bu çox sətirli sitatdır... |
| BODY | Bu İK-u bütün HTML səhifələrdə yazılır və HTML sənədin Web baxıcıya çıxmalı hissəsini özündə saxlayır. </body> bağlayıcısı zəruridir. Bu İK-nun çoxlu xüsusiyyətləri var, amma bunların hamısından istifadə etmək məqsədəuyğun deyil. Hər hansı effekti əldə etmək üçün CSS-dən istifadə etmək daha düzgündür. Aşağıda istifadəsi məqsədəuyğun olmayan xüsusiyyətləri qeyd edəcəyik.Xüsusiyyətləri:
Misal:<body text="#0000CC" bgcolor="#FFFFCC" link="#FF3300" alink="#CCCC00">Qeyd:Ümumiyyətlə İdarəetmə Kodlarının (teqlərin) xüsusiyyətlərindən tam istifadə etmək məqsədəuyğun deyil. Çünkü CSS vasitəsilə mətnlərin formatlaşdırılmasında daha mükəmməl effektlər almaq olar. |
| BR | Bu teqin bağlayıcısı yoxdur. Sətrləri parçalamaq üçün istifadə olunur. Bir çox Web dizaynerlər <p> teqi əvəzinə <br>-dən istifadə etməyə üstünlük verirlər. Hər iki üsulun öz üstünlük və çatışmayan cəhətləri mövcuddur. |
| BUTTON | Bu İK-u əsasən dinamik HTML(DHTML) səhifələrdə istifadə olunur. </button>bağlayıcısı zəruridir. Xüsusiyyətləri:
Misal:<button title="Bu düymədə bəzi xüsuisiyyətlər:dyümənin eni, hündürlüyü və düyməüstü yazının rəngi realizə olunub" value="xxxxxx" style="width:100; height:100;color:red;background=yellow"> Web baxıcıda aşağıdakı kimi görünəcək: |