Əlavə1: HTML idarəetmə kodlarının (tag) izahlı cədvəli (V)
WEB texnologiyaların əsasları: HTML&DHTML -in əsasları (yeni öyrənənlər üçün)
 
VAR

İdarəetmə kodu

İzahı

VAR Bu İK əsasən proqram listinqində dəyişənləri qeyd etmək üçün istifadə olunur. Bu teqin təsiri altında olan mətn kursivlə görsənir.

Misal:

<var>parent::TsListNum()</var> - TSW sistemində səhifələri nömrələyən funksiya.

Web baxıcıda aşağıdakı kimi görünəcək:

parent::TsListNum() - TSW sistemində səhifələri nömrələyən funksiya.