Əlavə1: HTML idarəetmə kodlarının (tag) izahlı cədvəli (U)
WEB texnologiyaların əsasları: HTML&DHTML -in əsasları (yeni öyrənənlər üçün)
 
U, UL

İdarəetmə kodu

İzahı

U Bu İK arasında qalan mətnin altından xətt çəkilir. Bağlayıcı zəruridir.

Misal

Bu adi mətn
Bu isə <u> teqi arasında qalan mətndir.

UL Bu İK-u simvolik markerlər vasitəsilə siyahilərrin yaradılmasında istifadə olunur. Bu teq sıralama işində <li> teqi ilə birgə istifadə olunur. Bağlayıcı vacibdir. Digər sıralama qaydası <ol> rəqəmi marker

Bəzi xüsusiyyyətlər:

  • type markerin növünü müəyyən edir və aşağıdakı qimətlərdən birini ala bilər:
    • disk
      dairə. Sükuta görə bu görsənir.
    • circle
      çevrə.
    • square
      kvadrat
  • title
    üzəçıxan köməkçi ifadə

Misal:

 <ul title="Simvol vasitəsilə sıralama" type="square">
<li>Azərbaycan</li>
<li>Yer planeti</li>
<li>Günəş sistemi </li>
</ul>
 

Web baxıcıda aşağıdakı kimi görünəcək:

  • Azərbaycan
  • Yer planeti
  • Günəş sistemi