Əlavə1: HTML idarəetmə kodlarının (tag) izahlı cədvəli  (T)
WEB texnologiyaların əsasları: HTML&DHTML -in əsasları (yeni öyrənənlər üçün)
 
TABLE, TD, TEXTAREA, TH, TITLE, TR, TT

İdarəetmə kodu

İzahı

TABLE Bu İK-u HTML teqləri arasında ən çox istifadə olunur və cədvəlin yaradılmasına xidmət edir. Demək olar ki, real HTML səhifələrin əksəriyyətində cədvəllərdən və deməli Тег <table> İK-dan istifadə olunur. Bağlayıcı zəruridir. Bu İK-u haqqında daha geniş Virtual Dərslərdə bəhs olunur.

Xüsusiyyətləri:

  • align=
    cədvəlin sənədə nəzərən nizamlanması. Aldığı qiymətlər: center, left, right
  • background
    arxa fon üçün nəzərdə tutulmuş şəkilin müəyyən olunması
  • bgcolor
    cədvəlin arxa fonunu müəyyən edir.
  • border
    cədvəlin çərçivə xəttinin piksellərlə ölçüsü. Əgər qiymət "0"-sa və ya xüsusiyyət müəyyən olunmayıbsa cəlvəl çərçivəsiz yüklənir.
  • bordercolor
    çərçivə xəttinin rəngi
  • cellspacing
    cədvəl xanaları arasında məsafəni (pikseldə) müəyyən edir.
  • cellpadding
    xanala çərçivə xətti arasında məsafəni müəyyən edir.
  • rules
    cədvəlin ətrafına çəkilmiş çərçivəni müəyyən edir. Aşağıdakı qiymətləri ala bilər:
    •  all
      cədvəl daxilində çərçivənin bütün xətlərini göstərir.
    • cols
      cədvəl daxilində şaquli xətləri göstəri
    • groups
      cədvəl daxilində qrupların üfüqi xətlərini göstərir.
    • none
      cədvəl ətrafnda çərçiivəni ləğv edir
    • rows
      cədvəl daxilində bütün üfüqi xətləri göstərir.
  • summary
    Broyl əlifbasını və səsli daxil etməni dəstəkləyən Veb Baxıcılar üçün cədvəlin təsviririni verir.
  • title
    üzəçıxan köməkçi ifadə
  • width
    cədvəlin faiz və ya pikseldə enini göstərir
TD Bu İK-u xananı müəyyən edir. Bağlayıcı zəruri deyil.

Xüsusiyyətləri:

  • height
    xananın hündürlüyünü göstərir
  • align
    xana daxilində mətnin üfüqi nizamlanma qaydasını göstərir. Aldığı qiymətlər:
    • left - sol tərəfə nizamlanma (sükuta görə)
    • rigth - sağ tərəfə nizamlanma
    • center - mərkəzə doğru nizamlanma
  • valign
    xana daxilində mətnin şaquli nizamlanma qaydasını göstərir: Aldığı qiymətlər:
    • top - yuxarıya doğru
    • middle - mərkəzə doğru
    • bottom - aşağıya doğru
  • colspan
    bir xanada birləşmiş sütunların sayını göstərir.
  • rowspan
    bir xanada birləşmiş sətrlərin sayını göstərir.
  • title
    üzəçıxan köməkçi ifadə

Misal

 <table cols="2" border="2" id="cedvel" cellspacing="3" cellpadding="3">
<tr>
<th>1-ci sütunun başlığı</th>
<th>2-ci sütunun başlığı</th>
</tr>
<tr align="right">
<td title="Cədvəl misalı" height="70">
<p align="center">1-ci sətr&nbsp; 1-ci sütunun kəişdiyi xana </p>
</td>
<td>
<p align="center">1-ci sətr&nbsp; 2-ci sütunun kəişdiyi xana </p>
</td>
</tr>
<tr align="middle">
<td>2-ci sətr&nbsp; 1-ci sütunun kəişdiyi xana </td>
<td>2-ci sətr&nbsp; 2-ci sütunun kəişdiyi xana </td>
</tr>
</table>

Web baxıcıda aşağıdakı kimi görünəcək:

1-ci sütunun başlığı 2-ci sütunun başlığı

1-ci sətr  1-ci sütunun kəişdiyi xana

1-ci sətr  2-ci sütunun kəişdiyi xana

2-ci sətr  1-ci sütunun kəişdiyi xana 2-ci sətr  2-ci sütunun kəişdiyi xana
 
TEXTAREA

Bu İK-u çoxsətrili mətn qutusu yaradır. Bağlayıcı vacibdir. Form teqində geniş istifadə olunur. Sükuta görə sahənin eni 20 simvol, hündürlüyü 2 simvoldur.

Xüsusiyyətləri:

  • cols=
    mətn qutusunun eni (simvolların sayı)
  • disabled
    qutu daxilindəki mətni qapadır - mətn korrektə oluna bilməz.
  • readonly
    mətni yalnız oxumaq olar. Mətndə dəyişiklik etmək və ya nəsə əlavə etmək qadağandır.
  • rows=
    sətrlərin sayını müəyyən edir.
  • title=
    üzəçıxan köməkçi ifadə

Misal

<textarea rows="4" readonly cols="31" name="Metni_Qutu">123456789012345678901234567890Mətni qutunun eni 30 + 1 simvol, hündürlüyü isə (sətirlərin sayı) 4 simvoldur</textarea>

Web baxıcıda aşağıdakı kimi görünəcək:

 

TH

Bu İK-u cədvəl sütununun başlığını müəyyən edir. Bağlayıcı zəruridir. Bax: <td> İK-nun misalına

Xüsusiyyətləri:

  • bgcolor
    fonun rəngi
  • bordercolor
    çərçivənin rəngi
  • height
  • title
    üzəçıxan köməkçi ifadə
TITLE Bu İK-u sənədin başlıq hissəsində yerləşir, axtarış maşınları və Veb Baxıcıya sənədin adını vermək üçün nəzərdə tutulub. Bağlayıcı zəruridir. Bu İK-u daxilində olan mətn mənalı olmalı və sənədin mahiyyətinə uyğun gəlməlidir. 
TR Bu İK-u cədvəl sətrini müəyyən edir. Bağlayıcı zərruridir. Bax: <td> İK-nun misalına 
TT Bu İK-u çap maşının imitasiyasını yaradır. Bağlayıcı vacibdir.

Misal

Bu adi mətn
Bu isə <tt> , daxilindəki mətndir