| İdarəetmə kodu | İzahı |
| S | Bu İK-u mətnin üzərindən xəttin keçməsini əmr edir. Bağlayıcı zəruridir. MisalBu adi mətndir.<s><br> Web baxıcıda aşağıdakı kimi görünəcək:Bu adi mətndir. |
| SAMP | Bu İK vasitəsilə əsasən proqramların qaytardığı mətnləri işarələmək üçün istifadə edirlər. İşarələnmiş mətn monoşir şriftlərlə çıxacaq. Bağlayıcı zəruridir. Misalecho "Salam Azərbaycan!!! "; PHP kodu Veb Web baxıcıda aşağıdakı kimi görünəcək:echo "Salam Azərbaycan!!! "; PHP kodu Veb Baxıcıya Salam Azərbaycan!!! mətnini çıxaracaq. |
| SCRIPT | Bu İK-u dinamik səhifələr yaratmaq üçün istifadə olunur. Bu teq vasitəsilə HTML səhifəyə JavaScript, VBScript, PHP və d. kodlarını daxil etmək olar. Bağlayıcı zəruridir. Qeyd: Bu İK-lə dərslikdə geniş tanış olacağıq. |
| SELECT | Bu İK əsasən <form> teqinin daxilində istifadə olunur. Bağlayıcı zəruridir. Bu teqin daxilində müəyyən elementlər saxlayır(bax. <option>). Seçilmiş elementə keçid üçün onchange, onclick və d. DHTML hadiəsəni emal edənlərindən istifadə olunur.Xüsusiyyətləri:
Misal<select name="nSel" onchange="top.location.href = this.options[this.selectedIndex].value"> Web baxıcıda aşağıdakı kimi görünəcək: |
| SMALL | İK-u daxilinə aldığı mətni daha kiçik şriftlərlə göstərir. Bağlayıcı zəruridir.Xüsusiyyətləri:
Misal<p>Bu adi mətndir.<br> Web baxıcıda aşağıdakı kimi görünəcək:Bu adi mətndir. |
| SPAN | Bu teq mətn daxilində müəyyən hissəni fərqli formatlaşdırmaq üçün istifadə olunur və bu zaman CSS-dən istifadə olunur. Bağlayıcı zəruridir. Qeyd:WinWord-dən mətn FrontPage eksport olunarkən FrontPage sadə HTML mətnində çoxlu miqdarda yerli-yersiz bu teqlərdən istifadə edir. Bu isə mətnin həcminin bir neçə dəfə artmasına gətirib çıxarır. |
| STRONG | Bu İK-u mətn daxilində hansısa bir hissəni qeyd etmək üçün istifadə olunur və bu baxımdan <b> teqinə bənzəyir. Bağlayıcı zəruridir.MisalBu adi mətndir. Web baxıcıda aşağıdakı kimi görünəcək:Bu adi mətndir. Bu isə <strong> İK-u vasitəsilə işarələnmiş mətndir. |
| SUB | Bu İK-u işarələnmiş mətni aşağı sürüşdürmək üçün istifadə olunur. Bağlayıcı zəruridir.MisalSunun kimyəvi formulu: H<sub>2</sub>O-dur Web baxıcıda aşağıdakı kimi görünəcək:Sunun kimyəvi formulu: H2O-dur |
| SUP | Bu İK-u işarələnmiş mətni yuxarı sürüşdürmək üçün istifadə olunur. Bağlayıcı zəruridir.MisalQüvvət ifadəsi: 5<sup>2</sup> = 25 Web baxıcıda aşağıdakı kimi görünəcək:Qüvvət ifadəsi: 52 = 25 |