Əlavə1: HTML idarəetmə kodlarının (tag) izahlı cədvəli(M)
WEB texnologiyaların əsasları: HTML&DHTML -in əsasları (yeni öyrənənlər üçün)
 
MAP, MARQUEE, MENU, META

İdarəetmə kodu

İzahı

MAP İK-nun bağlayıcısı </map>-dır. Qrafikin "xəritə" kimi istifadə edilməsi üçün nəzərdə tutulub. Həssas sahələr <area></area> İK-ləri vasitəsilə  müəyyən olunur.

Şəkil/xəritəni bu teqin təsirinə salmaq üçün <map> və <img> teqlərinin bəzi xüsusiyyətləri(name, usemap) müəyyən olunmalıdır.

Misal

<map name="Azerbaycan">
......................................................
......................................................
<img border="0" src="e_area_map.gif" width="204" height="170" usemap = "#Azerbaycan">
</map>

MARQUEE Bu teq vasitəsilə mətni müəyyən istiqamətdə hərəkət etdirmək olar. Bəzi saytlarda ən son xəbərləri bu teq vasitəsilə verirlər. Bağlayıcı vacibdir.

Xüsusiyyətləri

  • BEHAVIOR
    skrollinqin tipini müəyyən edir və 3 qiymətdən birini alır: ALTERNATE | SCROLL | SLIDE
    • ALTERNATE
      soldan sağa təkrarlanan hərəkət
    • SCROLL
      DIRECTION-dan asılı olaraq mətn ekranın müəyyən tərəfindən peyda olub, əks tərəfdə itir. Bu proses təkrarlana bilər
    • SLIDE
      SCROLL-a bənzəsədə obyekt bir dəfə yerini dəyişib, dayanır
  • DIRECTION hərəkətin istiqamətini müəyyən edir və bu qiymətlərdən birini ala bilər:
    DOWN | LEFT | RIGHT | UP
    • DOWN
      aşağı hərəkət
    • LEFT
      sağdan sola hərəkət. Sükuta görə bu qiymət aktualdır
    • RIGHT
      soldan sağa hərəkət
    • UP
      yuxarı hərəkət

Misal

 <table border="0" cellpadding="3" cellspacing="3" style="border-collapse: collapse" width="100%" id="table2" height="169">
<tr>
<td valign="top" height="25">
<marquee behavior="alternate" direction="right">Mətn1(soldan sağa)</marquee></td>
<td valign="top" height="25">
<marquee behavior= "scroll" direction="left">Mətn2(sağdan sola itərək)</marquee></td>
</tr>
<tr>
<td valign="top">
<marquee behavior="alternate" direction="down">Mətn4(aşağı)</marquee></td>
<td valign="top">
<marquee behavior= "scroll" direction="up">Mətn3(yuxarı itərək)</marquee></td>
</tr>
</table>

Web baxıcıda aşağıdakı kimi görünəcək:

Mətn1(soldan sağa) Mətn2(sağdan sola itərək)
Mətn4(aşağı) Mətn3(yuxarı itərək)
MENU Bu İK köhnə VebBaxıcılarda istifadə olunurdu və nömrələnməmiş siyahi yaratmaq üçün istifadə olunurdu. Bağlayıcı vacibdir.

Misal

<menu title="köhnə VebBaxıcılarda istifadə olunan menyu" >
<li>menyuA
<li>menyuB
<li>menyuC
</menu>

Web baxıcıda aşağıdakı kimi görünəcək:

  • menyuA
  • menyuB
  • menyuC
  • META Bu İK-u vasitəsilə axtarış maşınları sənəd haqqında məlumatları öz bazalarına daxil edirlər. Bağlayıc teq yoxdur. Bu İK-u <head> </head> teqləri arasında yerləşir.  Bir neçə misalı nəzərdən keçirək:
    • <meta http-equiv="Expires" content="Mon, 25 Sep 2001 00:02:01 GMT">
      bu teq Veb Baxıcıya sənədin keşdə olan variantının deyil, özünün açılmasını əmr edir.
    • <meta http-equiv="Content-Type" content="text/html; charset=utf-8">
      Veb Baxıcıda  düzgün görsənməsi üçün  və axtarış maşını vasitəsilə sənədin dilinin düzgün müəyyən olunması üçün nəzərdə tutulub.
    • <meta http-equiv="Refresh" content="x; URL=http://soft.tusi.biz">
      Veb Baxıcının avtomatik yeni ünvana qoşulması üçün nəzərdə tutulub.
    • <meta name="author" content="Etibar Axundov">
      axtarış maşınları üçün sənədin müəllifini göstərir
    • <meta name="copyright" content="© 1985-2008 TusiSoft">
      axtarış maşınları üçün sənədin məxsus olduğu şirkəti göstərmək üçün nəzərdə tutulub.
    • <meta name="keywords" content="azmum, tusiprofi, şəbəkə, korporativ, lokal, tədris, web, dizayn, nəşriyyat, proqramlaşdırma, c++ , c#, php, perl, mysql, vb, vba, java, javascript">
      axtarış maşınlarının indeslərinə düşməli olan terminlər siyahisi. Terminlərin sayı 1000-dən çox olmamalıdır.
    • <meta name="description" content="25 il informasiya texnologiyaları ilə məşğul olan şirkət">
      Sayt haqqında qısa məlumat. Simvolların sayı 200-dən artıq olmamalıdır.