Əlavə1: HTML idarəetmə kodlarının (tag) izahlı cədvəli (A)
WEB texnologiyaların əsasları: HTML&DHTML -in əsasları (yeni öyrənənlər üçün)
 
A, ABBR, ACRONYM, ADDRESS, APPLET, AREA

İdarəetmə kodu

İzahı

A Bu idarəetmə kodu mətnin daxilindəki və ya başqa bir ünvanda yerləşmiş sənədə və ya onun hər hansı hissəsinə keçmək üçün istifadə olunur. İK vasitəsilə səhifənin müxtəlif elementlərinə(mətnə, şəkilə) hipermüraciət bağlamaq olar. İK-in bağlayıcısı </a> -dır . <a> İK-i ya name ya da href xüsusiyyətli olması vacibdir.

Bəzi xüsusiyyyətlər:

  • name
    Elementin adını göstərir və əsasən freymlər arasında keçidlər üçün istifadə olunur. Bundan başqa bu xüsusiyyət WEB skriptlər tərəfindən istifadə oluna bilər.
  • href
    URL ünvanı göstərir. Bu ünvan vasitəsilə həm VEB baxıcıya yüklənmiş sənəddən kənarda yerləşmiş sənədlərə və yaxud sənədin daxilində yerləşmiş hər hansı bir hissəyə müraciət edərək, bu sənəd və ya sənəd hissələrini VEB baxıcıya yükləmək mümkündür.
    Elektron məktub yaradan poçt proqramınını yükləmək üçün  mailto sözündən istifadə olunur, yəni
    <a href="mailto:your@email"> yazmaq kifayətdir.
  • target
    href vasitəsilə VEB baxıcıya yüklənəcək sənədin yeri müəyyənləşdirilir:
    •  _blank - sənəd VEB baxıcının yeni pəncərəsinə yüklənir;
    • _parent - sənəd VEB baxıcının ilkitn pəncərəsinə yüklənir;
    • _search - sənədin ünvanı VEB baxacının axtarış sahəsinə yazılır;
    • _self  -  sənəd link sıxılmış səhifənin yerinə yüklənir. Əgər target göstərilməyibsə, sükuta görə bu rejim işləyir;
    • _top - sənədi topmost pəncəyrəyə yükləyir
  • title
    üzəçıxan köməkçi ifadə

Misal:

<a href="h99_1-anons-1.php" title="Mündəricatı təzə səhifəyə yükləmək" target="_blank">mündəricat</a>

<a href ="http://www.tusi.biz" target= "_blank" title= "TusiSoft - İnformasiya Texnologiyaları Şirkəti">TusiSoft</a>

Web baxıcıda aşağıdakı kimi görünəcək:

mündəricat

TusiSoft

ABBR Bu idarəetmə abbreviatura(müxtəsər) üçün istifadə olunur. İK-nun bağlayıcısı </abbr> - dır.

Bəzi xüsusiyyyətlər:

  • title - üzəçıxan köməkçi ifadə

Misal:

<abbr title="Azərbaycan Dövlət Pedaqoji Universiteti">ADPU</abbr>

Web baxıcıda aşağıdakı kimi görünəcək:

ADPU

Qeyd:

Opera 9.25 işləyir, İE6 işləmir

ACRONYM Bu idarəetmə abbreviatura(müxtəsər) üçün istifadə olunur. İK-nun bağlayıcısı </acronym> - dır.

Bəzi xüsusiyyyətlər:

  • title - üzəçıxan köməkçi ifadə

Misal:

<acronym title="Azərbaycan Dövlət Pedaqoji Universiteti">ADPU</acronym>

Web baxıcıda aşağıdakı kimi görünəcək:

ADPU

ADDRESS Bu İK- sənədin müəllifi haqqında, o cümlədən onun koordinatları: ünvanı, telefonu və s., məlumatlar üçün nəzərdə tutulub. Bu İK-u əsasən ya sənədin əvvəlində və ya sonunda yerləşdirilir. İK-nun bağlayıcısı </address> - dır. <address> və </address> arasındakı məlumatlar kursivlə görsənir.

Misal:

<address>Məmmədov Əli Hüseyn oğlu - ADPU-nun müəllimi, tel. 123-45-67</address> 

Web baxıcıda aşağıdakı kimi görünəcək:

Məmmədov Əli Hüseyn oğlu - ADPU-nun müəllimi, tel. 123-45-67
APPLET applet İK-u Java (JavaScript-lə qarışdırılmamalıdır) alqoritmik dilində yazılıb, kompilyasiya olunmuş kiçik həcmli faylların HTML sənədə qoşmaq üçün istifadə olunur. Bu fayllar (əlavələri .class) müxtəlif effektlər əldə etmək üçün istifadə olunur. Bağlayıcısı </applet> -dir.

Bəzi xüsusiyyyətlər:

  • align
    elementin ekranda vəziyyətini müəyyən edir və BSBOTTOM, ABSMIDDLE, BASELINE, BOTTOM, LEFT, MIDDLE, RIGHT, TEXTTOP, TOP kimi qiymətlər ala bilər.
  • code
    Java class faylının adı

Misal:

<applet height="120" width="120" align="center" code="Clock3D">
<param name="12hour" value="0">
<param name="a1" value="4000">
<param name="bgcolor" value="#000000">
<param name="color" value="#00FF66">
<param name="fps" value="16">
<param name="irotx" value="0">
<param name="iroty" value="0">
<param name="irotz" value="0">
<param name="pixangle" value="4">
<param name="pixd" value="8">
<param name="radius" value="6">
<param name="rotx" value="0">
<param name="roty" value="-4">
<param name="rotz" value="0.401">
<param name="style" value="1">
</applet>

Web baxıcıda aşağıdakı kimi görünəcək:

Qeyd:

Clock3D.class http://www.dataway.ch/~bennet saytından götürülüb.

AREA Bu İK-u <map></map> teqləri vasitəsilə müəyyən olunmuş həssas sahə və fiqurlarıın koordinatlarını müəyyən edir. </area> bağlayıcısı zəruridir.

Bəzi xüsusiyyyətlər:

  • coords shape parametrindən asılı olaraq həssas sahələrin koordinatları müəyyən olunur:
    • shape="RECT" (düzbucaqlı) coords="A, B, C, D" (A,B - sol yuxarı təpə nöqtəsinin koordinatı; C,D - sağ aşağı təpə nöqtəsinin koordinatı )
    • shape="CIRC" (çevrə) coords="A, B, C" (A,B - çevrənin mərkəzinin koordinatı; C - çevrənin radiusu)
    • shape="POLY" (çoxbucaqlı) coords="A1, B1, A2, B2,....,An, Bn" (An,Bn - çoxbucaqlının təpə nöqtələrinin koordinatları. Birinci və sonuncu koordinat cütlükləri üst-üstə düşməlidir(çoxbucaqlını qapamaq üçün), yəni A1=An və B1=Bn olmalıdır.

Misal:

<map name="Azerbaycan">
<area href="#" title="Qərbi Azərbaycan" shape="rect" coords="0,0,50,170">
<area href="#" title="Bakı - Azərbaycanın paytaxtı" shape="circ" coords="204,50,50">
<img border="0" src="e_area_map.gif" width="204" height="170" usemap = "#Azerbaycan">
</map>
 

Web baxıcıda aşağıdakı kimi görünəcək:

Qeyd:

<map> <area> <img> İK-ı vasitəsilə müxtəlif GeoSistemlər yaratmaq olar. "GeoSistem"  mövzusunda bu haqda daha ətraflı öyrənəcəksiniz.