|
|
|
Sual: Mənim kompüterim zəifdir. Bu səbəbdən bəzi
hallarda əməliyyat sistemi böyük yükləmələrin hesabına öz işini dayandırır.
Bu problemi həll etmək üçün mən nə etməliyəm?
Sual: Mənim kompüterim zəifdir. Bu səbəbdən bəzi
hallarda əməliyyat sistemi böyük yükləmələrin hesabına öz işini dayandırır.
Bu problemi həll etmək üçün mən nə etməliyəm?
 Cavab:
WindowsXP əməliyyat
sisteminin kompüter qurğularına minimal tələbləri var. Məsələn, yaddaş
256mb-dan, prosessorun tezliyi 600MHS-dən
aşağı olmamalıdır. Bu əməliyyat sistemi zəif kompüterlərə yüklənir. Bu zaman
virtul yaddaşdan geniş stifadə olunur (fayl yüklənməsi), yəni operativ
yaddaş kiçik olduğu üçün informasiya HDD-yə yazılır. Digər səbəblərdə
əməliyyat sisteminin "ağır" yüklənmələrə məruz qoyur. Bu səbəbdən ƏS-i öz iş
qabiliyyətini itirərək "donur". Bu problemi həll etmək üçün aşağıdakı işləri
görməyi məsləhət görürük:
- Disklərdə məlumatların bərpası sistemininin işini dayandırın. Çünkü Windows vaxtaşarı bərpa nöqtələri yaradır. Bu isə sistemin ümumi işinə ciddi maniələr yaradır
- "Yatmaq rejimini" qadağan edin. ƏS-nin yenidən yüklənməsi və söndürülməsi kimi onda "yatmaq rejimidə" mövcuddur. Bu zaman sistemin vəziyyəti fayl şəkilində FDD-yə yazılır. Proses avtomatik getdiyi üçün ƏS-nin sürəti aşağı düşür və zəif maşınlar ümumiyyətlə "donurlar"
- Virtual yaddaşı(Fayl yüklənmə ölçüsünü azaldın) kiçildin.
- Bütün vizual və multimedia effektlərini söndürün.
- Eyni zamanda 1-2 sistemdən artıq proqram yükləməyin. Xüsusilə qrafik sistemlərlə işləyən vaxtı çalışın yalnız bir paketlə işləyin.
- Böyük resurslar tələb edən sistemlərin nisbətən "köhnə" versiyasından istifadə edin. Məsələn CorelDraw sisteminin sonuncu versiyası (hal hazırda 14-cü versiya mövcuddur), stabil 8-ci versiyadan istifadə edin.
|
|
|
|
◄ 1 2 3 4 5 6 7 8 9 ► A ₪
|
|