|
Sual: Kompüterdə bir neçə fərqli əməliyyat sistemləri yazıb işlətmək olarmı?
Sual: Kompüterdə bir neçə fərqli əməliyyat sistemləri yazıb işlətmək olarmı?
Cavab: Fayl sistemləri arasında fərqlər müxtəlif tipli əməliyyat
sistemlərinin birgə fəaliyyətinə mane olur. Bu problemi həll etmək üçün
VMware Workstation və ya Microsoft Virtual PC
sistemlərindən istifadə edərək virtual maşınlar yaratmaq və eyni zamanda bir
neçə əməliyyat sistemindən istifadə etmək olar.
 | Müasir kompüter texnologiyalarından tam istifadə etmək üçün Virtual Maşın sistemləri zəruridir. Bu sistemlər bir kompüterin daxilində müxtəlif məqsədlər üçün yaradılmış və müxtəlif fərqli əməliyyat sistemləri ilə işləməyə imkan verir. Bu iş metodunu: - yeni əməliyyat sistemlərinin öyrənilməsinə
- lokal və qlobal şəbəkə sistemlərinin qurulmasına
- virus və antiviruslarla işə
- müxtəlif servis proqramların yoxlanılmasına
- əməliyyat sistemləri arasında interfeyslərin yaradılması məsələlərinə və s.
tətbiq etmək olar. Virtual maşınlar "riskli" proqram təminatlarının yoxlanılması və istismarı üçün ideal şərait yaradır və əsas kompüterin sıradan çıxmasının qarşısını alır. Virtual Maşınlar sistemlərini tətbiq edərək kompüter daxilində "yeni kompüterlər" yaratmaq üçün əsas kompüterin sürəti, xarici və operativ yaddaşın kifayət qədər böyük olması zəruri şərtlərdən biridir. Bu cür işləmək üçün kifayət qədər "güclü" kompüterəə malik olmaq lazımdır. |
|