|
Sual: WindowsXX əməliyyat sistemləri üçün hansı fayl sistemindən - FAT32 və
ya NTFS-dən istifadə daha
məqsədəuyğundur?
Sual: WindowsXX əməliyyat sistemləri üçün hansı fayl sistemindən - FAT32 və
ya NTFS-dən istifadə daha
məqsədəuyğundur?
 Cavab: NTFS
MicroSoft şirkətinin yaratdığı NT texnologiyaları üçün nəzərdə tutulmuş fayl
sistemi olub, şəbəkə məsələlərində, o cümlədən, İnternet mühütündə digər
fayl sistemlərinin verə bilmədiyi üstünlüklərə malikdir. Funksional nöqteyi
nəzərdən NTFS, Linux əməliyyat sistemlərinin istifadə etdiyi fayl
sistemlərinə (Ext 2/3, ReiserFS) daha uyğundur. FAT32 və NTFS-in özəllikləri bunlardır...
NTFS-in üstünlükləri kompüterlərin sürətinin artması və iri həcmli HDD disklərindən istifadə zamanı üzə çıxır. Zəif və kiçik həcmli HDD diskli kompüterlərdə FAT32-dən istifadə məqsədəuyğundur. NTFS fayl sistemində diskin həcmi böyüdükcə və bir kataloqun daxilindəki faylların sayı artıqca FAT32-yə nisbətən daha effektiv işləyir. Faylın ölçüsünə qoyulmuş məhdudiyyət (FAT32-də faylın ölçüsü 2qb-a qədər ola bilərdi) aradan götürülüb. NTFS-in ən əsas üstünlüyü fayl və kataloqlara müraciət növləri daha çoxdur. Fayla (Linuxun fayl sistemlərində olduğu kimi), oxumaq, yazmaq kimi atributlar verilir. Onuda qeyd edək ki, Linux əməliyyat sisteminin fayl sistemləri fayl və kataloqa daha çox atribut verdiyi üçün daha üstündür. Bundan başqa az işlənən faylların sıxılılıb, arxiv kimi saxlanılma imkanı NTFS-in özəlliklərindən biridir.
|