|
Kataloqun mündəricatı(/ts_general/azl/about)
Kataloqun mündəricatı(/ts_general/azl/about)
E-Reklam, virtual mağazalar, evlərin alqı/satqısı/icarəsi...
Qapalı sistemlərin kodlarının açılması, itirilmiş sistem açarların bərpası,
bağlı ofis sənədlərinin mühafizəsinin aradan qaldırılması...
Şirkət və təşkilatların İT layihələrinin ekspertizası(qiymətlərin,
avadanlıqların, proqram təminatının) və layihələrin hazırlanması.
Virtual təhsil sisteminin tətbiqi ilə Lokal və
WEB proqramlaşdırma, şəbəkə texnologiyaları, ofis proqramları, qrafik
paketlər, animasiya paketləri....
Mövcud
saytların, kompüterdə olan məlumatların mühafizəsi, virus/troyan-lara qarşı
filterlərin, skanerlərin yaradılması,
xaker hücumlarının qarşısının alınması, HDD -də
itmiş məlumatların bərpası, məlumatların şifrələnməsi və
digər bu tipli məsələlər...
Local və korporativ şəbəkələr. Şirkət və təşkilatın ofisində olan
kompüterlərin lokal şəbəkədə birləşdirilməsi. Əgər kompüterlər bir binada
yerləşmirsə korporativ şəbəkənin yaradılması. Lokal/korporativ şəbəkənin
İnternet çıxışının təmin olunması.
Lokal proqramlaşdırma. Şirkət, təşkilat və fərdi şəxslər üçün müxtəlif
tipli lokal proqramların(ayrıca kompüter, lokal/korporativ şəbəkə üçün) hazırlanması.
Bu zaman məsələdən asılı olaraq müxtəlif alqoritmik dillərdən istifadə olunur.
(VB, C(C++, C#), Delphi, Assembler və s.)
Web proqramlaşdırma. Müxtəlif tipli saytların və portalların hazırlanması.
Bu zaman şirkətimiz tərəfindən yaradılmış unikal skriptlərdən istifadə olunur.
Bu isə saytların mühafizəsini maksimum səviyyədə təmin olunmasına şərait yaradır.
İstifadə olunan web dillər – PHP, JavaScript, PERL, MySQL
1985-ci ildə Ümumittifaq Maşınqayırma İstehsalat birliyinin Hesablama
Mərkəzindən başladığımız fəaliyyətimizi bu günə qədər davam edirik. Bu illər
ərzində onlarla kompleks sistemlərin layihə və proqram təminatlarını
hazırlamışıq. Problem proqramlaşdırma sahəsindəki yaratdığımız sistemlər əsasən
iqtisadiyyatın müxtəlif sahələrin əhatə etmişdir. Bunlar arasında: Avtomatik
İdarəetmə Sistemləri (АСУ), Avtomatik Layihələşdirmə Sistemləri (САПР),
İqtisadi İdarəetmə və Proqnozlaşdırma sistemləri (Mühasibat, Anbar, Amartizasiya
və s.), Kadrların İdarəolunma Sistemləri, Virtual Təhsil Sistemi və s. onlarla
kompleks sistemlər yaradılmış və tətbiq edilmişdir.
|