Soft bir addım irəlidə...  

VTS-TEST sistemi 6 dekabr 2007-ci il tarixindən  başlayaraq,  Azərbaycan Dövlət Pedaqoji Universitetində istismar olunmağa başlanmışdır. ADPU-nun 10 fakultəsinin, 4500 yaxın tələbəsi bu sistem vasitəsilə kollekvium və imtahan vermişlər...
 

 

Məhsullarımız

TSW - unversal, çoxmodullu Web sistem

VTS-TEST - biliklərin yoxlanılması və qiymətləndirilməsi sistemi

AzMum - Web və Poliqrafiya dizaynerləri üçün zəruri olan sistem

TusiProfi - Gənclərəmizə peşə seçimində yardım edəcək ekspert sistem

TsFPF - VBA-da yazılmış, FrontPage fayllarını "abıra" salan PLUG-INS

digər məhsullarımız

Sayğaclar

 
 
 

 

Milli Layihələr
Milli Layihələr
Azərbaycançılıq, tariximiz, mədəniyyətimiz, mənəviyyatımız, həqiqətlərimiz...

Qarabağ sənədlərdə

Milli Layihələr arasında birinci və ən iri həcmli bu sayt 2002-ci ildə yaradılmışdır. Azərbaycan və ona qarşı yönəlmiş təcavüzün sənədlərlə dünya ictimaiyyətinə çatdırılması məqsədinə xidmət edir. Keçən illər ərzində ən aktiv şəkildə sayta çoxlu miqdarda rəqəmsal məlumatlar, o cümlədən, arxiv materialları, kitablar, qəzet və jurnallardan qiymətli məlumatlar yerləşdirilmişdir. Hal hazırda saytda 300 mb-dan artıq mətni məlumat, minlərlə foto və video informasiya yerləşdirilmişdir. Sayt Azərbaycan İnformasiya Mənbələri arasında mövzu üzrə ən iri həcmli İnformasiya mənbəyinə çevrilmişdir.
Group
-A adı altında birləşmiş bir neçə vətənpərvər Azərbaycanlının uzunmüddətli, ağır zəhmətləri bahasına əmələ gəlmiş bu sayt Azərbaycanın İnformasiya Müharibəsində ən qabaqcıl yerdədir. Bu saytın yaradılmasında zəhməti olan bütün vətənpərvərlərə öz təşəkkürümüzü bildiririk.
Saytda əsas məlumat rus dilində olsada, Azərbaycan, ingilis, fransızdigər dillərdə zəruri məlumatlar yerləşdirilib. Saytın həm funksional, həm də məzmun nöqteyi nəzərdən gələcək inkişafı haqqında fikirləşirik. Bütün Azərbaycan vətənpərvərlərini bu işdə əməkdaşlığa dəvət edirik.
Saytın şüarı "Hər şey Vətən üçün, hər şey qələbə üçün!!!" dür.
 

YURD forumu (Azərbaycanlıların birləşdiyi məkan)

Azərbaycan İnternetində xalqımızı dini/məzhəbi, milli/etnik, sosial fərqlər qoymadan ümumi qayə ətrafında cəmləməyə xidmət edən bu İnternet forum 2006-cı ildə açıldı. Bu forumun digər forumlardan əsas fərqləri aşağıdakılardır:

  • Azərbaycançılıq bünövrəsi üzərində dayanmaq;
  • Azərbaycanın həqiqi mənada müstəqil bir dövlətə çevrilməsi işinə informasiya dəstəyi vermək;
  • dini/məzhəbi, milli/etnik, sosial qarşıdurmaya aparan ideolji təxribatlara qarşı çıxmaq;
  • dünyanın hər yerinə səpələnmiş Azərbaycanlıları,  tarixi Azərbaycan torpaqlarında yaşayan (Güney Azərbaycan, İrəvan, Borçalı, Dərbənd, Kərkük) yurddaşlarımızı, fiziki olmasada bu virtual məkanda birləşdirmək, əlaqələri bərpa etmək və möhkəmlətmək.

Forum tam müstəqil olub, korporativ maraqlardan uzaqdır.Dünyanın hansı tərəfində yaşamasından, milli/etnik, dini/məzhəbi, sosial fərqlərə baxmayaraq özlərini AZƏRBAYCANLI hesab edən yurddaşlarımızı forumda qeydiyyatdan keçib, müzakirələrdə aktiv iştirak etməyə dəvət edirik.
 

Azad Qarabağ

9 fevral 2007-ci ildə Qarabağ Azadlıq Təşkilatının dərc etdiyi"Azad Qarabağ" qəzetinin İnternet variantı kimi yaradılmışdır. Çox təəssüflər olsun ki, bu qəzetin cəmi 8 sayı çapdan çıxdı. Bizə ünvanlanan emaillərin məzmununa görə Azərbaycan vətəndaşları tərəfindən maraqla qarşılandığını deməyə imkan verir. Zəruri maliyə imkanlarının olmaması səbəbindən qəzetin çapı dayandırılmışdır. Əgər QAT qəzetin dərcini bərpa etsə, biz də öz tərəfimizdən bu qəzetin İnternet versiyasını dəstəkləyəcəyik. Saytda "Qarabağ dünən, bugün, sabah" elmi-konfransının 2002 - 2007 -ci illər üzrə materialları saytın qimətli informasiya mənbəyidir.
 

Baba Pünhan

20 əsrin sonunda Azərbaycan satirik şeirində bir günəş parladı - Baba Pünhan. Çox təəssüflər olsun ki, Baba Pünhanı tez itirdik. Qarabağ dərdi, mənəvi təcavüzə qalmış millətin dərdi, cəmiyyəti bürüyən, qarşısı alınması çox çətin olan çirkab, Babanın ömrünü qısaltdı. Bu sayt şairin yaradıcılığına həsr olunub. Saytda Baba Pünhanın 3 kitabının elektron variantı və audio yazılar var.
Hörmətli Pünhan sevərlər! Əgər sizdə şairin çap olunmamış şeiri və ya onunla bağlı xatirələriniz varsa, onları bizim email ünvana göndərmənizi rica edirik...
 

Azərbaycan tarixi olduğu kimi

Azərbaycan tarixi uzun illər boyunca təhrif olunmuş, cılızlaşdırılmışdır. Bizim tariximizi digər millətlərin tarixinə bağlamaq, Azərbaycanlıların soy kökünün təhrif olunması, imperiya maraqlarına xidmət edən "alimlərimiz"in "elmi" əsərləri və s. Azərbaycan xalqına öz tarixini unutdurmağa xidmət etməsi ilə yanaşı, gələcək ekspansiyalar üçün şərait yaradır. Qarabağ hadisələri bir daha bunu sübut etdi. Yiyəsiz qalmış tariximizə haylar yiyələnərək bizə qarşı torpaq iddialarına başladılar. Onların "xəritələrində" Azərbaycan və Azərbaycan xalqına yer yoxdur. Tariximizlə bağlı səhih məlumatları bir yerə toplanması zərurəti əmələ gəldiyi üçün bu saytı yaratdıq. Saytın gələcək inkişafı Azərbaycanın Tarixçi alimlərinin bu layihədə iştirakından çox asılıdır. Vətənpərvər alimlərimizi əməkdaşlığa dəvət edirik.
 

Erməni terroru

Bu saytda MacromediaFlash-da realizə olunmuş "Erməni Terroru" elektron kitabının 6 dildə: Azərbaycan, ingilis, alman, rus, türk, erməni variantları yerləşdirilib. Faylları endirməklə istifadə etmək olar. Saytın məlumatları əsasən Azərbaycan Diasporası üçün nəzərdə tutulub. Hörmətli vətənpərvərlər bu məlumatların xaricdə CD şəkilində yayımlanmasına ehtiyac var. Siz bu məlumatları CD-lərə yazaraq yayımlamaqla apardığımız İnformasiya Müharibəsinə yardım etmiş olacaqsınız.
 

İRS - НАСЛЕДИЕ beynəlxalq jurnalı

Hacı Musa Mərcanlının redaktorluğu altında çap olunan və əsasən Rusiyada yayımlanan jurnalın İnternet variantında indiyə qədər jurnalın çap olunmuş sayları yerləşdirilib. Jurnalda çox unikal materiallar çap olunub. Tarix, etnoqrafiya, din, mədəniyyət, poeziya, fəlsəfə və d. mövzularda çoxlu miqdarda məlumatlar var. Qarabağ mövzusu jurnalın ana xəttidir. Jurnalın hər sayında Qarabağ mövzusu bu və ya digər aspektlərdən işıqlandırılır.
 

Azərbaycanda Təhsil

1998-ci ildə açılmış http://www.tehsil.20m.com saytının materiallarının əksəriyyəti bu sayta keçirilmişdir. Sayt əsasən təhsil problemlərinin araşdırlmasına, yeni təhsil texnologiyalarının nəzəri əsasları, ölkədə aparılması zəruri olan təhsil islahatları haqqında məlumatlar yerləşdirilib. Saytın tam inkişafı nəzərdə tutulub və bu istiqamətdə müəyyən işlər görülməkdədir.
 

Freedom to Ramil Safarov!

2006-cı ildə Macarıstanın Budapeşt şəhərində həmvətənimiz Ramil Səfərova qarşı aparılmış məhkəmənin qeyri-ədalətli hökmünə etiraz əlaməti olaraq Azərbaycanın "POLİGON" haker qrupu Macarıstanın 100 saytını hack etdilər. Saytlara ciddi ziyan vurmadan, Macarıstan məhkəməsinin ədalətsiz hökmünə öz etirazlarını bildirdilər. Onlara informasiya dəstəyi kimi "Freedom to Ramil Safarov!" saytı yaradıldı. Saytda ingilis dilində erməni terrorizmini ifşa edən materiallar yerləşdirildi. Ana səhifədə isə "POLİGON" haker qrupunun Macar saytlarına hücumun səbəblərini açıqlayan məlumat və Azərbaycana qarşı düşmən mövqedən çıxış edən İnternet resurslara xəbərdarlıq dərc olundu.
 

 

1 2 3 4 5 6 7 8 9 A

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.143044