|
Hacking
Hacking
Qapalı sistemlərin kodlarının açılması, itirilmiş sistem açarların bərpası,
bağlı ofis sənədlərinin mühafizəsinin aradan qaldırılması...
Qarşımıza çıxmış və ara-sıra məşğul olduğumuz məsələlərdən biridə Hacking-dir. Məsələn, bu yaxınlarda bizim biznesmenlərimizdən biri Çin istehsalı olan qiymətli avadanlığı Azərbaycana gətirmişdi. Həmin avadanlıq kompüter proqram-sistemi tərəfindən idarə olunur. Bu proqram-sistemin aktivizasiyası üçün xüsusi kod tələb olunurdu. İstehsalçı şirkət isə fəaliyyətini dayandırıb və onlarla əlaqə yaratmaq qeyri-mümkün idi. Alınmış avadanlıq isə uzun müddət idi ki, fəaliyyətsiz dayanmışdı. Çox axtarışdan sonra biznesmenlər bizə müraciət etdilər və bizdə öz növbəmizdə sistemin aktivasiya kodunu müəyyənləşdirdik. Analoji problemlər ofis sənədlərində də olur. Məsələn hansısa şirkətin maliyyə sənədləri Excel faylı olub, parolla mühafizə olunur. Bu və ya digər səbədən parol itib( ya yaddan çıxıb). Artıq maliyyə hesabatları olan Excel faylını açmaq mümkün deyil. Belə situasiyada biz faylın parolunun tapılmasını təmin edirik. İnternet saytlarının təhlükəsizliyi məsələsi bu gün üçün ən aktual məsələlərdən biridir. Biz könüllü surətdə, heç bir haqq almadan, milli dəyərli müxtəlif İnternet Layihələrin təhlükəsizliyini daim yoxlayırıq. Təhlükəli anlarda saytın sahiblərinə və adminlərinə bu haqda operativ məlumat verərək, saytda mövcud boşluqların aradan aparılması işinə təmənnasız yardım edirik. Bizim bu xidmətimizdən kommersiya şirkətləri də istifadə edirək öz İnternet resurslarının ardıcıl olaraq yoxlanmasını(skan) sifariş edirlər.
|