|
Local və korporativ şəbəkələr
Local və korporativ şəbəkələr
Local və korporativ şəbəkələr. Şirkət və təşkilatın ofisində olan
kompüterlərin lokal şəbəkədə birləşdirilməsi. Əgər kompüterlər bir binada
yerləşmirsə korporativ şəbəkənin yaradılması. Lokal/korporativ şəbəkənin
İnternet çıxışının təmin olunması.
Şirkətimizin əsas fəaliyyət sahələrindən biridir və bu sahə əsasən aşağıdakı işləri nəzərdə tutur: - Şirkət və təşkilatın ofisində olan kompüterlərin lokal şəbəkədə birləşdirilməsi.
- Əgər kompüterlər bir binada yerləşmirsə korporativ şəbəkənin yaradılması.
- Lokal/korporativ şəbəkənin İnternet çıxışının təmin olunması.
Məsələdən asılı olaraq şəbəkə aşağıdakılara bölünür: -
Serversiz şəbəkə. Şəbəkəyə qoşulmuş bütün kompüterlər eyni hüquqludur və öz aralarında fayl mübadiləsi etmək, informasiya və ya texniki imkanlardan müştərək istifadə edə bilərlər. Belə şəbəkələr əsasən kiçik şirkətlərdə istifadə olunur. -
Serverli şəbəkə. Belə şəbəkələr əsasən iri şirkətlərdə, şəbəkə proqram təminatı istismar olunan şəbəkələrdə istifadə olunur. Serverlərə məsələdən asılı olaraq ya Windows2000/2003 və ya Linux əməliyyat sistemlərindən biri yüklənir. Server kompüterə uyğun əməliyyat sistemi yazılandan sonra, bu sistemlərə müxtəlif funksiyalı Proqram-Serverlər yüklənir (məs. Web server, Mail server, BackUp Server və s.). Bundan başqa xüsusi yaradılmış şəbəkə proqram təminatlarıda server kompüterə yüklənir. Faktiki yaradılmış proqram sistemindən asılı olaraq biz uyğun şəbəkə modelini seçib, yaradırıq. Korporativ şəbəkələrdə tətbiq etdiyimiz əsas şəbəkə sxemi aşağıdakı kimidir:  |