Soft bir addım irəlidə...  

VTS-TEST sistemi 6 dekabr 2007-ci il tarixindən  başlayaraq,  Azərbaycan Dövlət Pedaqoji Universitetində istismar olunmağa başlanmışdır. ADPU-nun 10 fakultəsinin, 4500 yaxın tələbəsi bu sistem vasitəsilə kollekvium və imtahan vermişlər...

 

Məhsullarımız

TSW - unversal, çoxmodullu Web sistem

VTS-TEST - biliklərin yoxlanılması və qiymətləndirilməsi sistemi

AzMum - Web və Poliqrafiya dizaynerləri üçün zəruri olan sistem

TusiProfi - Gənclərəmizə peşə seçimində yardım edəcək ekspert sistem

TsFPF - VBA-da yazılmış, FrontPage fayllarını "abıra" salan PLUG-INS

digər məhsullarımız

Sayğaclar

 
 
 

 

PROQRAMLAŞDIRMA
PROQRAMLAŞDIRMA
Lokal və Web proqramlaşdırma
Lokal proqramlaşdırma. Şirkət, təşkilat və fərdi şəxslər üçün müxtəlif tipli lokal proqramların(ayrıca kompüter, lokal/korporativ şəbəkə üçün) hazırlanması. Bu zaman məsələdən asılı olaraq müxtəlif alqoritmik dillərdən istifadə olunur. (VB, C(C++, C#), Delphi, Assembler və s.) Web proqramlaşdırma. Müxtəlif tipli saytların və portalların hazırlanması. Bu zaman şirkətimiz tərəfindən yaradılmış unikal skriptlərdən istifadə olunur. Bu isə saytların mühafizəsini maksimum səviyyədə təmin olunmasına şərait yaradır. İstifadə olunan web dillər – PHP, JavaScript, PERL, MySQL

Proqram Sistemləri haqqında

Müasir dünyanın informasiya dünyası olması şəksizdir. İnformasiyanın istehsalı və istehlakı müasir İnformasiya Texnologiyalarının tətbiqi olmadan demək olar ki, qeyri-mümkündür. Bu texnologiyaların önündə proqramlaşdırma gedir. Müasir proqram sistemlər öz əcdadlarından daha mükəmməl olmalarına baxmayaraq, informasiya ilə bağlı bütün problemələri həll etmək iqtidarında deyillər və proqramçılara ehtiyac daha da çoxalıb. Tam universal sistmlər mövcud deyildir. Süni intelekt sahəsində aparılan tədqiqatlar bütün işlərə yarayacaq universal, ağıllı sistelmlərin yaradılmasına nail olmadı. Kompüter istifadəçiləri arasında geniş yayılmış "intelektual" sistem fikiri mifdən başqa bir şey deyil. Yalnız konkret məsələləri həll etmək üçün proqram sistemləri mövcuddur. Bu sistemlər sadə və ya mürəkkəb alqoritmlərə malik ola bilər, amma onlar nəzərdə tutulmamış məsələlərin həllində acizdirlər.

 Hər hansı proqram sisteminin yaradılması əsasən 5 mərhələni əhatə edir:

  1. Texniki məsələ. Sifarişçi və icraçı arasında danışıqlar. Sifariş veriləcək proqram sistemin giriş və çıxış parametrlərinin(formalarının) müəyyən olunması.Proqram sistemin yaradılması üçün zəruri olan "Texniki məsələ" adlı sənədin hazırlanması.
  2. Texniki layihə. "Texniki məsələ" sənədinin əsasında proqram sistemin ümumi layihə-alqoritmini əhatə edən sənədin hazırlanması. Bu mərhələdə aşağıdakı məsələlər araşdırılır və həll olunur:
    • sistemin giriş və çıxış bloklarının və onlar arasındakı əlaqələrin müəyyən olunması;
    • verilənlər bazasının tipinin müəyyən olunması;
    • məsələni həll etmək üçün lazım olan Alqoritmik Dilin və dillərin müəyyən olunması;
    • məsələnin texniki təminatının müəyyən olunması.

    Bu mərhələnin nəticəsi "Texniki Layihə" sənədidir.

  3. Proqramlaşdırma. Proqramçı "Texniki Layihə" sənədi əsasında proqram təminatını hazırlamağa başlayır. Bu mərhələdə proram təminatının sinifləri, funksiyaları, qlobal dəyişənləri, massivləri, verilənlər bazaları yaradılır, mühafizə məsələləri həll olunur. Bu mərhələnin nəticəsi işlək şəraitə gətirilmiş proqram təminatıdır.
  4. Ekspremental tətbiq. Bu mərhələ yaradılmış proqram təminatının yoxlanılması üçün nəzərdə tutulub. Qabaqcadan hazırlanmış yoxlama testləri vasitəsilə proqram təminatı yoxlanılır. Yoxlama testlrəri qabaqcadan hazırlanmış, verilmiş giriş parametrləri əsasında alınacaq nəticəni özündə saxlayan yoxlama sistemi olub, proram təminatının necə işləməsini müəyyən etmək üçün nəzərdə tutulub.
  5. İstismar. Ekspremental tətbiq bitəndən sonra proqram təminatının istismarı başlayır.

Göstərilən bütün mərhələlər bir-birlərilə sıx əlaqədə olub, proqram təminatının yaradılması müddətində bir-birlərini korreksiya edir.

Bizim şirkət yaratdığı bütün prorqam təminatlarında bu mərhələləri tətbiq edir. Bu səbəbdən də yaratdığımız sistemlər öz yüksək  keyfiyyətinə görə digərlərindən fərqlənir.

Proqram sistemlərin əsasən 3 növü var:

  1. Lokal proqramlaşdırma.  Ayrıca kompüter, lokal/korporativ şəbəkələr üçün nəzərdə tutulan proqram sistemlər. Bununla yanaşı ofis sistemlərləri üçün nəzərdə tutulan Plug In tipli proqram sistemlərdə lokal proqramlaşdırmanın ayrıca bir sahəsidir.
  2. WEB proqramlaşdırma. WEB serverlərdə yerləşərək İnternet şəbəkəsində klientlərə xidmət edən proqram/skript sistemlər.
  3. Qarışıq proqramlaşdırma. Yuxarıda göstərilən proqram sistemləri xüsusi interfeyslə bağlanmış sistemlərdir. Bu sahə yaxın gələcəkdə əsas proqramlaşdırma sahəsinə çevriləcək.

Lokal proqramlaşdırma

İngilis dili C++-un əsasında yaradılıb
(proqramçı lətifəsi)

Klassik mənada proqramlaşdırma deyəndə məhz lokal proqramlaşdırma nəzərdə tutulur. Proqram sistemlərin yaradılmasının 2-ci mərhələsində ("Texniki layihə") hansı Alqoritmik Dildən(dillərdən) (AD) istifadə olunacağı müəyyənləşdirilir. Çünki AD-in seçilməsi, yalnız "Texniki məsələnin" tam araşdırılmasından sonra müəyyən olunur. AD-lər yalnız instrumental mahiyyət daşıyır. Həll olunacaq məsələnin optimal həll üçün uyğun AD-nin seçilməsi zəruridir. Gənc proramçıların bəziləri bu məsələni dəqiq anlamadıqları üçün bildikləri AD-i yerli-yersiz tətbiq etməyə çalışırlar. Bu isə proqram sistemlərin gələcək istismarında ciddi səhvlərin əmələ gəlməsinə gətirib çıxarır. Uyğun AD-in düzgün seçilməməsi ləng, qeyri-optimal və idarəsi mürəkkəb olan proqram sistemlərin əmələ gəlməsinin əsas səbəblərindən biridir. Biz sifarişlərimizi həll etməmişdən öncə hansı AD-dən istifadə olunacağı haqda ciddi araşdırma aparırıq. Məsələnin həlli tələb edərsə yeni AD-nin öyrənilməsi üçün ayrıca vaxt ayırırıq. Çünkü əsas məqsəd keyfiyyətli proqram sisteminin yaradılmasıdır!

Lokal proqramlaşdırmada biz aşağıdakı proqram-sistem alətlərdən istifadə edirik:

İT məsələ Məsələnin həll etmək üçün nəzərdə tutulmuş AD və digər proqram-sistem alətlər
Kiçik və orta ölçülü Verilənlər Bazası (100000 yazıya qədər), ümumi xarakterli problem məsələlər VB (VB.NET) AD-i, SQL müraciət imkanlı MDB bazalar
Böyük ölçülü Verilənlər Bazası (100000-dən yuxarı yazıya malik olan), ümumi xarakterli problem məsələlər FoxPro/Delphi  AD-ləri, SQL müraciət imkanlı MDB/DB/MsSQL bazaları
Böyük ölçülü Verilənlər Bazası, mühafizə və avtorizasiya  məsələsi maksimum nəzərdə tutulan, bank məsələləri SQL müraciət imkanlı Oracle bazaları, VB/FoxPro/Delphi
Riyazi məsələlər VB (VB.NET)/FORTRAN, MatLab sistemi
Proqram təminatının mühafizəsi Assembler/C(C++, C#), debaqerlər - WinICE/WinDasm/IDA, HEX redaktorlar
Yeni yaradılmış texniki avadanlıqların drayverləri əhatə edən sistem-məsələlər Assembler/C(C++, C#), debaqerlər - WinICE/WinDasm/IDA, HEX redaktorlar
Crack Assembler/C(C++, C#), debaqerlər - WinICE/WinDasm/IDA, HEX redaktorlar

Real Proqram sitemlərdə yuxarıda göstərdiyimiz İT məsələlərin bir neçəsi ola bilər.

Ofis sistemlərində proqramlaşdırma

Lokal proqramlaşdırmanın alt-sistemi kimi Ofis proqramlarında proqramlaşdırmanı ayrıca qeyd etmək istərdik. Göstərdiyimiz kimi ideal universal sistem mövcud deyil. Ofis proqramları istifadəçiyə maksimum yaxınlaşdırılsada (yəni xüsusi bacarıq tələb etmədən hər bir insanın istifadəsi üçün nəzərdə tutusada), bu sistemlərin istismarı zamanı elə məsələlər ortaya çıxır ki, onları bu sistemin mövcud rejimləri vasitəsilə həll etmək qeyri-mümkün olur. Məsələn, MsWord-də Azərbaycan dilində olan mətnin qrammatik qaydalar əsasında hecalamaq, mətnin kod cədvəlinin dəyişdirilməsi və ya MsExcel-də ədədlərin Azərbaycan dilində sözlərlə avtomatik əvəz etmək. Bu sistemlərin yaradıcıları bu cür problemləri həll etmək üçün öz sistemlərinin daxilində proqramlaşdırma imkanı yaradıblar. Demək olar ki, bütün müasir sistemlərin (qrafik, animasiya, mətni və d. redaktorlarında - ofis proqramlarında) daxili Alqoritmik Dilləri mövcuddur. Yuxarıda adların çəkdiyimiz MsWord, MsExcel və MisroSoftun digər ofis proramlarının daxili dili VBA(Visual Basic for Aplication)-dır. Faktiki VBA "Visual Basic"-in alt çoxluğu olmaqla, onun bütün əsas imkanlarını özündə saxlayıb.VBA çox geniş yayılıb, bəzi proqramlaşdırma şirkətləri öz məhsullarının daxili dili kimi bu AD-dən istifadə edirlər. Məsələn, Corel şirkətinin məşhur qrafik paketləri Corel Draw/PhotoPaint sistemləri də VBA-dan istifadə edir. Bizim şirkət VBA-da bir neçə sistem yaradıb. Bunlardan sosialoji sorğular üçün nəzərdə tutulmuş Excel VBA-da realizə olunmuş bir neçə xüsusi sistemi, mətnin kod cədvəlini dəyişən Word VBA-da yazılmış sistem,  Word-dən FrontPage-ə import olunmuş mətni "abıra" salan FrontPage VBA-da yazılmış sistemi misal gətirə bilərik.

Hal-hazırda Excel VBA-da TsMuhasib sistemi üzərində iş gedir. Əgər sizdə ofis proqramları ilə bağlı problemlər varsa və ya bu proqramlara yeni imkanlar əlavə etmək istəyirsinizsə bizə müraciət edə bilərsiz.

Web proqramlaşdırma

Web proqramlaşdırmanın 2 növü var:

  • Server tərəfdə proqramlaşdırma
  • Klient tərəfdə proqramlaşdırma

Server tərəfdə proqramlaşdırma dilləri kimi əsasən PHP, PERL, JAVA, C++, ASP və digər AD-dən istifadə olunur. Klient tərəfdə isə JavaScript, VbScript, JScript və s. bu kimi AD-dən istifadə olunsada, bütün Web baxıcılar (browserlər) tərəfindən əsasən JavaScript problemsiz istifadə olunur. Digər klient tərəfdə işləyən skriptlər Web baxıcılar tərəfindən bir mənalı qəbul olunmur: ya işləmir ya da səhvlər verir. Klient tərəfdə işləyən AD-lər dinamik  Web səhifələr yaratmağa icazə verir, bu zaman səhifənin bütünlüklə yüklənməsi Serverdən tələb olunmur - yalnız Web səhifənin müəyyən elementləri tələbdən asılı olaraq dinamik dəyişdirilə bilər.

Server tərəfdə işləyən AD-lər - skriptlər əsasən müəyyən alqoritmlər əsasında html səhifəni formalaşdırıb, server vasitəsilə klientə ötürür. Klient (yəni biz, daha doğrusu kompüterimizdəki Web baxıcı) bu məlumatları monitora çıxarır. Bu məlumatın mətninə (yəni İdarəetmə Kodlarına - teqlərə) baxsaq orda yalnız HTML teqlərinə(İdarəetmə Kodlarına) və JavaScript AD-nin kodlarına rast gələ bilərik. Server skriptlərinin kodu HTML səhifədə görünmür, yalnız bu skriptlərin işlərinin nəticəsi HTML şəkində bizə çatdırılır. Böyük həcmli, çox funksiyalı Web layihələri Server Skriptlərsiz həll etmək mümkün deyil. Xüsusilə Verilənlər Bazaları ilə iş bunlarsız mümkün deyil.

Adi istifadəçi yalnız HTML teqlər vasitəsilə formatlaşdırılmış, Web baxıcıda dizaynerlərin qrafik paketlər vasitəsilə "bəzədikləri" müəyyən səhifəni görürlər. Amma bunun vasitəsilə (Web dizayn) tam funksional saytlar yaratmaq mümkün deyil. O səbəbdən Web səhifələrin yaradılmasında Web proqramlaşdırmaya ən əsas yer ayrılır.

Bizim şirkət TSW universal, masştablaşdırmaya imkan verən, çox modullu sistemi vasitəsilə istənilən çətinlikli Web məsələləri həll edir. (TSW sisteminin özəllikləri ilə bağlı məlumatlarla tanış olmağınızı məsləhət görürük). Web Texnologiyalar çox sahə olub, aşağıdakıları əhatə edir:

  • Web proqramlaşdırma (PERL/PHP/MySQL/JavaScript kimi AD-skript dillərdə professional səviyyədə proqramlaşdırma)

  • Web dizayn (HTML/DHTML/XML texnologiyaları dərindən bilmək)

  • Dinamik banerlər (GİF animasiya və MacroMedia Flash animasiyada müxtəlif dinamik səhnələrin hazırlanması)

  • Web audio/video məlumatların emalı (İnternetə qoşulmaq üçün lazım olan rabitə kanallarının ötürücülük sürətinin artması, video/audio məlumatlı saytların yaradılmasına imkan verir. Yaxın gələcəkdə bu kontentli saytların sayının daha sürətlə artması gözlənilir. Belə tip saytları yaratmaq üçün audio/video məlumatların yaradılması, emalı, ötürülməsi, arxivləşdirilməsi və s. bu kimi məsələlərin Web variantının hazırlanmasına ehtiyac var)

  • Əməliyyat sistemləri və onlara yüklənmiş Web serverlərlə işləmək qabiliyyəti (Yuxarıda sadalanan bütün texnologiyalar hansısa əməliyyat sisteminin Web serverində istismar olunacağını nəzərə aldıqda, bu serverlərin professional səviyyədə idarə olunmasının nə qədər zəruri bir məsələ olduğu meydana çıxır)

və s.

Bizim şirkətin yaratdığı bütün məhsullarda bu texnologiyalardan aktiv şəkildə bu və ya digər formada istifadə olunur.

Qarışıq proqramlaşdırma

Korporativ şəbəkələrdə məlumatların saxlanılması və korporativ klientlər tərəfindən istifadəsi üçün lokal və Web proqramlaşdırmadan eyni zamanda istifadə edilməsi zəruriyyəti ortaya çıxır. Hər iki tip üzrə yaradılmış proqram sistemlər arasında interfeysin(keçid proqramlarının) yaradılması Qarışıq Proqramlaşdırmanın ən əsas məsələsidir. Hər iki sahədə proqram sistemləri yaratmağa qadir olan şirkətimiz Qarşıq proqramlaşdırmada sahəsində də sizə unikal həll metodları təklif edir.

Mövzu ilə bağlı məqalələr

  •  

 

1 2 3 4 5 6 7 8 9 A

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.457914